Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Əli Abbasovun 60 illik yubileyinin keçiriləcək
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin (RH) 2012-ci ildə AMEA-nın elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun yekununa həsr edilmiş iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirib ki, AMEA RH-in 2012-ci il 28 avqust tarixli sərəncamına uyğun olaraq, 2012-ci ildə müəssisə və təşkilatlar üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 288 yer (o cümlədən, 158 əyani, 130 qiyabi) təsdiq olunub. 
    21.12.12 Məqaləni oxumaq
     
    Gənclərə elmi dərəcələrin verilməsi qaydaları sadələşdirilə bilər
    Gənclərə elmi dərəcələrin verilməsi qaydalarının sadələşdirilməsi üçün hər ixtisasa verilən tələblər yüngülləşdirilməlidir. Bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərlə söhbətində bildirib.
    Nazir keyfiyyətə ziyan vurmamaq şərti ilə bu tələbləri müəyyən qədər yüngülləşdirməyin lehinə olduğunu diqqətə çatdırıb: “Bunun da nəticəsində ölkədəki gənc alimlərin sayı çoxala bilər.
    20.12.12 Məqaləni oxumaq
     
    154 nəzarətçi TQDK-nın bazasından xaric edilib
    Cari ilin qəbul imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən qəbul imtahanlarına 4707 müəllim cəlb edilib, nümunəvi fəaliyyətinə görə 433 nəzarətçi-müəllimə təşəkkür elan olunub, o cümlədən 26 nəfəri fəxri fərmanla təltif edilib. Köçürməyə və digər qayda pozuntularına yol verən 154 nəzarətçi bazadan xaric edilib.

    18.12.12 Məqaləni oxumaq
     
    BDU 3 universitetlə əməkdaşlıq müqaviləsi imzaladı
    Bu gün Çin Xalq Respublikasının Sanjuan Universitetinin rektoru, professor Taşpulat Teyupu, Türkiyənin İqdır universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz və ABŞ-ın Tulane Universitetinin Hüquq fakültəsinin dekanı, professor David Meyerin başçılıq etdikləri nümayəndə heyətləri Bakı Dövlət Universitetində olublar. BDU-nun mətbuat və informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, qonaqları ayrı-ayrılıqdan qəbul edən rektor, akademik Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib. Rektor Sanjuan, İqdır və Tulane universitetləri ilə BDU arasında olan əməkdaşlıqdan danışıb. Qonaqlar da öz növbələrində rəhbərlik etdikləri təhsil ocaqlarından danışıb və BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar. Sonda hər üç universitetlə əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan müqavilələr tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur.
    11.12.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinin sifarişi ilə qısametrajlı film çəkiləcək
    “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” adlı qısametrajlı film çəkiləcək. Film Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan maliyyələşdirmə sazişinə əsasən “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL)” çərçivəsində çəkiləcək. Layihənin İcraçı Agentliyi kimi təyin edilən Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, məqsəd DİKPGL ilə bağlı Azərbaycan və ingilis dilində qısa metrajlı filmin hazırlanmasıdır. Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan qısametrajlı filmin hazırlanması üçün maraqlarını bildirməyə dəvət edir. Layihənin icrası 4 aydır. Xidmətlərə maraq göstərən şirkətlər müraciət məktubu, yerinə yetirilən müvafiq xidmətlərin təsviri, müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat və nizamnamə təqdim etməlidirlər. Seçim meyarları televiziya, maarifləndirmə və reklam xarakterli filmlərin çəkilişi sahəsində təcrübə, ingilis dilində video məhsulun hazırlanması üzrə təcrübə və çəkiliş və montaj üçün maddi texniki bazadan ibarətdir.
    10.12.12 Məqaləni oxumaq
     
    Tələbələrin topladığı kreditin sayı qaldırıldı
    Bakalavr səviyyəsində təhsil alan tələbələrin kredit sayı qaldırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bənd Nazirlər Kabinetinin "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"nda etdiyi dəyişikliklərdə əks olunub. Təhsil Nazirliyinin təklifi nəzərə alınaraq edilən dəyişikliyə görə, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilib. Dəyişikliyə görə, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qeyd edək ki, əvvəlki Qaydalarda qeyd olunub ki, bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalıdır.
    10.12.12 Məqaləni oxumaq
     
    TQDK-nın əməkdaşları Səudiyyə Ərəbistanında beynəlxalq konfransda iştirak ediblər
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Qabiliyyət imtahanları üzrə sektorunun müdiri Samirə Həsənzadə və Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun aparıcı məsləhətçisi Cavanşir Orucov dekabrın 2-dən 4-dək Səudiyyə Ərəbistanının Ali Təhsilin Qiymətləndirilməsi üzrə Milli Mərkəzinin dəvəti ilə Riyadda keçirilən ölçmə və qiymətləndirmə üzrə ilk beynəlxalq konfransda iştirak ediblər. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, “Ali təhsil üzrə qəbul meyarları” mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın 30-a yaxın ölkəsindən 100-dən çox nümayəndə iştirak edib.
    10.12.12 Məqaləni oxumaq
     
    Xaricdə doktorantura təhsili almaq istəyənlər üçün fürsət
    İslam İnkişaf Bankı 2013-2014-cü tədris ili üçün bu təşkilata üzv olan ölkələrin vətəndaşları üçün dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili və doktoranturadan sonrakı tədqiqat işi üzrə təqaüd proqramı təklif edir. “KƏLAMİNFO” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq. Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını bu internet səhifəsindən (http://www.isdb.org/irj/portal/anonymousNavigationTarget=navurl://c28c70fde436815fcff1257 ef5982a08) və Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə formaları və digər lazımi sənədlər 24 dekabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim oluna bilər.
    06.12.12 Məqaləni oxumaq
     
    ADU-da daha bir mərkəz açıla bilər
    Dekabrın 5-i Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının həmsədri, Macarıstanın xarici və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Macarıstanla Azərbaycan arasındakı əlaqələrin vacibliyindən söz açan rektor S.Seyidov ADU haqqında onlara məlumat verib. O, universitetdə 15 dilin tədris olunduğunu diqqətə çatdırıb. Milli Məclisin deputatı parlament səviyyəsində əlaqələrin inkişaf etdiyini də vurğulayıb və Azərbaycan-Macarıstan Parlament Dostluq qrupunun fəaliyyətindən danışıb.
    05.12.12 Məqaləni oxumaq
     
    ADU-da treninq keçirilir
    Dekabrın 4-ü Azərbaycan Dillər Universitetində (ADU “Ekoloji təhlükəsizlik və Azərbaycanda süni və təbii fəlakətlər: beynəlxalq təcrübə mübadiləsi” mövzusunda 2 günlük treninq öz işinə başlayıb. Treninq ADU, Xarici İşlər Nazirliyi, Azərbaycan Beynəlxalq NATO Məktəbi və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb. Treninqdə Fövqəladə Hallar, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, bir sıra ali təhsil müəssisələri və QHT nümayəndələri iştirak edir. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Nato Məktəbinin icraçı direktoru Hüseyn Pənahov rəhbərlik etdiyi məktəbin fəaliyyətindən danışıb və həyata keçirilən layihələrdən söz açıb.
    04.12.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30