Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 65 66 67 68 69 70 71 72 73 » #
    Sumqayıtda tələbə adına layiq görülmüş gənclərlə görüş keçirilib
    Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayaraq tələbə adına layiq görülmüş gənclərlə görüş keçirib. Bu barədə KƏLAMİNFO-ya Sumqayıt şəhər Gənclər və İdman İdarəsindən xəbər veriblər. Görüş şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində baş tutub. Görüş iştirakçılarını əldə etdikləri nailiyyətlərə görə təbrik edən Baş İdarənin rəisi Musa Həsənov Sumqayıt gənclərinin təhsil sahəsində əldə etdiyi nailiyyətləri sadalayaraq bu sahədə şəhərin ölkənin bütün regionlarından fərqləndiyini qeyd edib. O, şəhərdə gənclərlə iş və idman sahəsində görülmüş işlər və əldə edilmiş uğurlardan danışıb. Qeyd edək ki, tədbirdə çıxış edən tələbələr və valideynlər göstərilən diqqətə, əldə etdikləri nailiyyətlərə görə, ölkə və şəhər rəhbərliyinə, təhsil işçilərinə öz minnətdarlıqlarını bildiriblər. Sonda görüş iştirakçılarına Baş İdarənin hədiyyələri təqdim edilib.
    24.09.10 Məqaləni oxumaq
     
    “Kaspi” Təhsil Mərkəzi ABŞ-ın nüfuzlu universitetlərinin MBA proqramları üzrə tədbir keçirəcək
    Oktyabrın 7-də Park İnn otelinin Dan Ulduzu zalında “Study in Amerika” və “Kaspi” Təhsil Mərkəzi ABŞ-ın nüfuzlu universitetlərinin MBA proqramları üzrə mütəxəsisləri ilə birlikdə tədbir keçirəcək. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində “Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirib. E.Əliyev qeyd edib ki, bu tədbir xüsusən gənc mütəxəssislərin, biznesin idarə edilməsi sahəsindəki təhsillərinin təkmilləşdirilməsi baxımından çox önəmlidir. Qeyd edək ki, tədbirdə iştirak etmək istəyənlər (050) 480-00-59 saylı mobil telefona zəng edərək qeydiyyatdan keçmələri vacibdir.
    23.09.10 Məqaləni oxumaq
     
    BDU-da beynəlxalq konfrans keçirildi
    Bu gün Bakı Dövlət Universitetində (BDU) Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) “Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası” mövzusunda beynəlxalq konfrans keçirildi. Bir sıra türk  dövlətlərinin nümayəndələri, eləcə də universitetin  tələbə, müəllim və professor heyətinin iştirakı ilə keçirilən konfransda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov TürkPA-nın yaranması və onun fəaliyyəti barədə məlumat verib.
    Türkdilli ölkələr arasında mövcud əməkdaşlıqdan bəhs edən A.Məhərrəmov bir sıra təkliflərlə çıxış edib. Bu ölkələr arasında təhsil, elmi-mədəni əməkdaşlığın daha da genişləndirilməsinin zərurilyini vurğulayan A.Məhərrəmov təklif edib ki,  türkdilli ölkələr arasında ortaq danışıq dili olmalıdır.
    22.09.10 Məqaləni oxumaq
     
    ADU ilə Peruca Universiteti arasında müqavilə imzalanacaq
    Sabah Azərbaycan Dillər Universiteti (ADU) ilə İtaliyanın Peruca Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müqaviləni ADU-nun rektoru, professor Səməd Seyidov və Peruca Universitetinin rektoru Stefania Giannini imzalayacaqlar. Müqavilənin məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, birgə seminar, dərs, görüş, konfranslar keçirmək və elmi araşdırmaları inkişaf etdirməkdir. Eyni zamanda hər iki ali təhsil ocağı arasında müəllim və tələbə mübadiləsini artırmaq, bakalavr və magistrların xaricdə təhsil proqramlarında və yay məktəblərində iştirak etmələrinə şərait yaratmaqdır. ADU-da İtalyan dili, mədəniyyəti, siyasəti, iqtisadiyyatı, tarixi, coğrafiyası və digər mövzularda müəllim, tələbələr və digər maraqlanan şəxslər üçün kurslar təşkil olunacaq.
    17.09.10 Məqaləni oxumaq
     
    Azərbaycanda yeni dərs ili başlayıb
    Bu gün Azərbaycanda yeni tədris ili başlayıb. KƏLAMİNFO xəbər verir ki, bu gün ölkənin bütün orta məktəblərində “İlk zəng” çalınıb. 2010-2011-ci tədris ilində ölkəmizin 4546 ümumtəhsil məktəbində 1359900 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 169498 müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 120844 nəfər olacağı proqnozlaşdırılır. Qeyd edək ki, 2009-2010-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 118581 şagird qəbul olunub. Növbəti tədris ilində 36 dövlət ali təhsil müəssisində 116930, 15 özəl ali məktəbdə isə 19430 tələbə təhsil alacaq. Dövlət ali təhsil ocaqlarında 12800, qeyri-dövlət ali məktəblərində isə 2090 müəllim çalışır.
    16.09.10 Məqaləni oxumaq
     
    AMEA Təhsil Nazirliyinin təklifini gözləyir
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elm və təhsil müəssisələrində doktoranturaların yaradılması ilə bağlı Təhsil Nazirliyinin verəcəyi təklifləri gözləyir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə AMEA prezidenti, akademik Mahmud Kərimov söyləyib. M.Kərimov qeyd edib ki, Təhsil Nazirliyinin təkliflərini AMEA-ya yaxın günlərdə təqdim edəcəyi gözlənilir. “Doktorantura ilə bağlı biz bütün təşkilatların təkliflərinin araşdırılmasını yekunlaşdırmışıq. Hansı elmi və ya ali təhsil müəssisəsində doktoranturanın iki və ya bir pilləsinin, eləcə də hansı ixtisaslar üzrə olması təklifləri artıq hazırlanıb. Bununla bağlı yalnız Təhsil Nazirliyinin təkliflərini gözləyirik. Onlar da söz veriblər ki, təklifləri bu günlərdə təqdim edəcəklər”,-deyən M.Kərimov alimlərin attestasiyasının keçirilməsi məsələsinə də münasibət bildirib və qeyd edib ki, hələlik bununla bağlı heç bir iş görülmür.
    15.09.10 Məqaləni oxumaq
     
    REA və AMEA-nın Coğrafiya İnstitutları əməkdaşlıq edəcəklər
    Bu gün Vladiqafkaz şəhərində, Şimali-Qafqaz Dağ-Metallurgiya İnstitutunda “Qlobal dəyişikliklər şəraitində dağ ərazilərinin davamlı inkişafı” VII Beynəlxalq konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbir YUNESKO-nun dəstəyi ilə keçirilir. Tədbirdə təşkilat komitəsinə daxil olmuş Rusiya, Azərbaycan, Qırğızıstan, Ermənistan və Abxaziyanın Elmlər Akademiyalarının alimləri iştirak edir. Konfransın toplusuna müxtəlif ölkələrin alimləri və mütəxəssislərinin 400-dən çox elmi məruzələri və məqalələri daxil olub.
    14.09.10 Məqaləni oxumaq
     
    ADU-nun tələbələri mükafatlandırılacaq
    Azərbaycan Dillər Universitetinə (ADU) yüksək balla daxil olan 14 tələbə mükafatlandırılacaq. ADU-nun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sentyabrın 15-də universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşəcək. Tədbir universitet həyatını özündə əks etdirən fotoşəkillərdən ibarət slaydın nümayişi ilə yekunlaşacaq.
    14.09.10 Məqaləni oxumaq
     
    Vitse-prezident Arif Həşimov İrana gedəcək
    AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov 30 nəfər nümayəndə heyəti ilə İrana səfər edəcək. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi 14-16 sentyabr tarixlərində İranın Təbriz şəhərində Serac Universiteti tərəfindən keçiriləcək “Energetikanın texniki və fiziki problemləri” adlı beynəlxalq konfransda iştirak etməkdir. Rumıniya, İspaniya, Türkiyə, İran və Azərbaycan alimlərinin iştirak edəcəyi tədbirdə bazar iqtisadiyyatı şəraitində enerji sistemlərinin problemlərinə aid məsələlər müzakirə olunacaq. Konfransda əsasən nativ və bərpa olunan enerji sistemlərinin araşdırılması, enerji sistemlərinin ekoloji problemlərinin təhlili, enerji sistemlərinin iqtisadi səmərəliliyinin təmini və ümumiyyətlə enerji sistemlərinin dayanıqlı istismarının təşkili məsələlərinə aid məruzələr dinləniləcək.
    14.09.10 Məqaləni oxumaq
     
    Gürcüstanda yaşayan 20 azərbaycanlı Şimali Kiprdə təhsil alacaq
    Azərbaycanın Diasporla İş üzrə Komitəsinin (DİDK) Şimali Kiprdə fəaliyyət göstərən Yaxın Doğu Universiteti ilə bağladığı müqaviləyə əsasən, həmin təhsil ocağında Gürcüstanda təhsil alan azərbaycanlı gənclər üçün müxtəlif ixtisaslar üzrə yerlər ayrılıb. Bununla əlaqədar Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) DİDK-nin nümayyəndəsi Füzuli Nəcəfovun iştirakı ilə abitüriyentlərin seçimi olub. AMM-dən KƏLAMİNFO-ya verilən məlumata görə, seçim xüsusi komissiya tərəfindən sorğu-sual şəkilində baş tutub. Komissiyanın üzvləri F.Nəcəfov, AMM sədri Fazil Həsənov, təhsil şöbəsinin rəhbəri Mikayıl Mustafayev, gürcü dili müəllimi Xatirə Əmiraslanova abitürientlərə ümumi suallar verərək onların valideyinləri ilə də söhbətlər aparıblar.
    13.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 65 66 67 68 69 70 71 72 73 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30