Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 62 63 64 65 66 67 68 69 70 » #
    Mahmud Kərimov: “AMEA-da doktoranturaya qəbul bu ilin sonuna kimi aparılacaq”
    Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktoranturaya qəbul bu ilin sonuna kimi aparılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Mahmud Kərimov bildirib. O, qeyd edib ki, doktoranturaya qəbul aparacaq müəəssisələr və müvafiq ixtisaslar Nazirlər Kabineti tərəfindən təsdiqlənməli, sonra isə həmin ixtisaslar üzrə plan yerləri müəyyənləşdirilməlidir. “Cari il üçün doktoranturaya qəbul planının azalması gözlənilir. Keçmişdə bəzi elmi-tədqiqat müəssisələrində doktorantura olub, amma bundan sonra olmayacaq. Belə olan halda müəyyən ixtisaslar ixtisar ediləcək. Düşünürəm ki, doktorantura hazırlığı yalnız doktorant və rəhbər münasibətlərindən asılı deyil. Bunun üçün burada müəyyən elmi mühit, diskussiya şəraiti olmalıdır. Doktorant da bu şəraitdə yetişməlidir. Belə şəraiti olmayan müəssisələrdə doktoranturanın yaradılmasını məqsədəuyğun saymamışıq”,-deyə M.Kərimov fikirini açıqlayıb.
    12.11.10 Məqaləni oxumaq
     
    DİA-da Rusiyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
    Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinlə görüş olub. DİA-nın mətbuat və informasiya xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə ali təhsil ocağının tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev ölkələrimiz arasında təhsil sahəsində aparılan islahatlar və ikitərəfli əlaqələrin önəmindən danışıb. Öz növbəsində qonaq səmimi görüşdən razı qaldığını bildirib və iki ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün layihələrdən bəhs edib. O, gələcək planlardan da bəhs edib və əlavə edib ki, Rusiya Dövlət Qulluğu Akademiyası və Xalq Təsərrüfatı Akademiyası ilə ikitərəfli mübadilə proqramlarının hazırlanması üzərində iş gedir.
    29.10.10 Məqaləni oxumaq
     
    Təhsil naziri buraxılış imtahanlarının təkmilləşdirilməsi və daha səmərəli təşkili barədə əmr imzalayıb
    Təhsil naziri Misir Mərdanov ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili barədə əmr imzalayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Əmrə görə, 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, o cümlədən, ötən dərs illərində buraxılış imtahan¬ların¬dan qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahan¬la¬rının mər¬kəz¬ləşdirilmiş qaydada keçirilməsi işinin təşkili məqsədilə yerlərdə təlimati iş aparmaq üçün Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri üzrə 313 nömrəli məktəb və Təhsil Problemləri İnstitutunun əmkdaşları müxtəlif bölgələrə ezam edilib.
    28.10.10 Məqaləni oxumaq
     
    BSU-da “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpozium keçirilir
    Bakı Slavyan Universitetində bu gündən etibarən Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpoziumu keçirilir. KƏLAMİNFO xəbər verir ki, “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpoziumuna Türkiyənin Qazi və İstanbul Kültür Universitetlərindən 24 professor və aparıcı elmi işçi qatılıb. Tədbirdə çıxış edən BSU-nun rektoru Kamal Abdulla bildirib ki, konfransda iştirak edən hər bir ölkənin nümayəndəsi Azərbaycan haqqında məhəbbət və təəssüratlarını uzaq Avstraliyayadan başlayaraq bizə yaxın olan Türkiyəyə qədər aparacaqlar. O, BSU-da təşkil olunan hər bir konfransın məqsədinin beynəlxalq arenaya çıxmaq olduğunu söyləyib. Qazi Universitetinin professoru İsmət Çətin bildirib ki, bu simpozium 2000-ci ildən etibarən Bakı Slavyan Universiteti ilə Qazi Universiteti ilə imzalanmış layihənin davamıdır. “Bir ay əvvəl hər iki universitet 5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən müəllim və tələbə mübadiləsi olacaq.
    23.10.10 Məqaləni oxumaq
     
    TQDK Bakı, Gəncə və Naxçıvanda elmi-metodiki seminar təşkil edəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının təşkili və keçirilməsi metodikasını təkmilləşdirmək məqsədi ilə elmi-metodiki seminarlar təşkil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. Seminarların ilk təşkilati iclası TQDK-nın regional bölmələri ilə birlikdə 26 oktyabr tarixində internet vasitəsi ilə keçiriləcək. Seminar iclasa xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul aparılan ali təhsil müəssisələrinin nümayəndələri dəvət edilir. İnternet bağlantısı istifadə olunmaqla iclas Bakıda, TQDK-nın akt zalında, Gəncə şəhərində TQDK-nın regional bölməsində və Naxçıan şəhərində TQDK-nın regional bölməsində təşkil olunacaq.
    21.10.10 Məqaləni oxumaq
     
    Dövlət qulluğuna qəbulla bağlı test imtahanı başa çatıb
    Oktyabrın 11-dən 19-na kimi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanı üzrə 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı keçirilib. DQMK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılıb: 1. dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;
    20.10.10 Məqaləni oxumaq
     
    AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Cənubi Afrikada keçiriləcək beynəlxalq elmi konfransda iştirak edəcək
    AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Cənubi Afrikanın Keyp-Taun şəhərində keçiriləcək CODATA Beynəlxalq qurumunun “Cəmiyyət üçün elmi informasiya: Bu gündən gələcəyə” mövzusu üzrə 22-ci Elmi konfransında iştirak edəcək. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, 24-27 oktyabr tarixlərdə keçiriləcək konfransda e-elm, qrid texnologiyaları, elmi məlumatların mübadiləsi, paylanması, sosial şəbəkələr və digər mövzularda müzakirələr aparılacaq. Tədbirdə R.Əliquliyev “Azərbaycanda elektron-elm: mövcud vəziyyət və inkişaf perspektivləri” adlı məruzə ilə çıxış edəcək. Alim ölkəmizdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq intellektual mühitə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədlərinə xidmət edən “Elektron elm” proqramı çərçivəsində həyata keçirilən işlər, AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparılan araşdırmalar, əldə olunan nəticələr, problemlər və onların həlli yolları, perspektivlər haqqında geniş məlumat verəcək. Qeyd edək ki, e-elm problemləri ilə məşğul olan CODATA (Committee on Data for Science and Technology) 1966-cı ildə təsis edilib.
    20.10.10 Məqaləni oxumaq
     
    Ümumtəhsil məktəblərinin 6-9-cu sinifləri üçün coğrafi atlas və kontur xəritələr yenidən çap edilib
    Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Bakı Kartoqrafiya Fabrikində Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına dair Sərəncamının icrası ilə əlaqədar olaraq 20 rayonun 1:100 000 miqyaslı xəritələri hazırlanıb çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya DTXK-dən veriblər. Eyni zamanda ümumtəhsil məktəbləri üçün 6-9-cu sinifləri üzrə coğrafi atlas və kontur xəritələr yenidən çap edilib. Hazırda isə Azərbaycanın Milli Ensiklopediyasına daxil olan xəritələrin ilin sonunadək hazırlanıb təhvil verilməsi üçün ciddi tədbirlər görülür.
    19.10.10 Məqaləni oxumaq
     
    BSU-nun gənc alimi Türkiyədə keçiriləcək beynəlxalq elmi konfransda iştirak edəcək
    Bakı Slavyan Universitetinin gənc alimi, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” fakültəsinin tələbəsi, fəlsəfə elmləri doktoru Əhməd Şahidov oktyabrın 20-24-də Türkiyənin Çanaqqala şəhərində keçiriləcək beynəlxalq elmi konfransda iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ə.Şahidov özü verib.
    19.10.10 Məqaləni oxumaq
     
    AMEA-nın müxbir üzvü R.Əliquliyev Lüksemburqda TERENA-nın Baş Assambleyasının toplantısında iştirak edəcək
    Oktyabrın 19-21-i tarixlərində Lüksemburq şəhərində TERENA-nın (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 34-cü toplantısı keçiriləcək. Tədbirdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA İnformasiya Texnologiyaları İnstitutundan veriblər. TERENA-nın Baş Assambleyasının cari ilin iyun ayında keçirilən iclasında Azərbaycan Milli Elmlər Akademiyası sözügedən transmilli qurumun tam hüquqlu üzvü seçilib. TERENA Avropa ölkələrinin akademik araşdırma mərkəzləri və universitetlərinin şəbəkələrini əhatə etməklə, elm və təhsilin maraqlarına cavab verən yüksək keyfiyyətli beynəlxalq informasiya-telekommunikasiya infrastrukturunu yaratmağa, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşmasına xidmət edən təşkilatdır.
    19.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 62 63 64 65 66 67 68 69 70 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30