Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
    TQDK müsabiqə elan edir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus dili ( rus bölməsi üçün ), ingilis, fransız, alman dilləri, fizika və coğrafiya fənləri üzrə mütəxəssis ( əmək müqaviləsi ilə ) vəzifələrini tutmaq üçün müsabiqə elan edir. TQKD-dan KƏLAMİNFO-ya verilən məlumata görə, mütəxəssis vəzifəsinə ali təhsilli, 25-40 yaş həddində olan, müvafiq ixtisasa uyğun nəzəri bilikləri və həmin biliklərdən təcrübədə istifadə etmək vərdişi və bacarığı olan, metodiki və pedaqoji təcrübəsi olan, orta məktəbin tədris planı, proqramı və dərslikləri barədə məlumatı olan, testologiya sahəsində biliklərə malik olan, pedaqoji testləşdirmə metodlarını bilən, təhsil sisteminin strukturu, problemləri, tədrisin təşkili barədə geniş məlumatı olan, müasir komputer sistemindən istifadə etməklə müəyyən işləri yerinə yetirməyi bacaran şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak edənlər kadrların şəxsi uçot vərəqi, tərcümeyi-hal, təhsil haqqında sənədin surətini təqdim etməlidirlər. Sənədlər 01 .12.2010-cu il tarixindən 25.12.2010-cu il tarixinədək qəbul olunur.
    30.11.10 Məqaləni oxumaq
     
    TQDK Naxçıvan MR Daxili işlər və Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələrini açıqlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikasının (MR) Daxili işlər və Vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    29.11.10 Məqaləni oxumaq
     
    BDU-da yaradılan Erməni Araşdırmaları Elmi Mərkəzi araşdırmalara başlayıb
    İlin sonuna kimi Bakı Dövlət Universitetində (BDU) yaradılan Erməni Araşdırmaları Elmi Mərkəzinin (EAM) strukturu tam formalaşdırlacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində EAM-nin rəhbəri Qafar Çaxmaqlı söyləyib. Artıq EAM-nin fəaliyyətə başladığını xatırladan Q.Çaxmaqlı hazırda mərkəzdə erməni dilini mükəmməl bilən kadrlarla birlikdə müvafiq araşdırmalar üzərində iş apardıqlarını söyləyib. Onun sözlərinə görə, bütövlükdə EAM-də 6-7 təcrübəli kadrın çalışması nəzərdə tutulub və mərkəzin strukturunun tam formalaşması üçün müvafiq iş aparılır.
    29.11.10 Məqaləni oxumaq
     
    Səfir Mahir Əliyev Dəməşq Universitetinin professoru Süleyman Zeydiyyə ilə görüşüb
    Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev Dəməşq Universitetinin rus dili və ədəbiyyatı kafedrasının professoru Süleyman Zeydiyyə ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Görüş zamanı Sovet İttifaqında təhsil almış S.Zeydiyyə sovetlər dövründə bir neçə dəfə ölkəmizdə olduğunu söyləyərək Azərbaycanın ədəbi mühiti ilə yaxından tanış olduğunu qeyd edib. Bundan başqa professor Azərbaycanın Suriyada öz səfirliyini açmasını iki ölkənin tarixində mühüm hadisə hesab etdiyini bildirib. O, səfirliyimizin kitabxanasına L.S. Bretanskiy, B.V.Veymarn - Azərbaycan İncəsənəti IV- XVIII əsrlər, Məmməd Arif Dadaşzadə - Azərbaycan Ədəbiyyatı (müəllifin şəxsi aftoqrafı ilə), Nurəddin Seyidov - Azərbaycan nağılları, Mirzə Şəfi Vazehin seçilmiş əsərləri, İmadəddin Nəsiminin seçilmiş əsərləri, Firdovsinin Şahnamə əsəri, Mirzə İbrahimovun “Pərvanə” romanı (müəllifin şəxsi aftoqrafı ilə) və Nəbi Xəzrinin şer və poemaları; iki cilddə (müəllifin şəxsi aftoqrafı ilə) hədiyyə olaraq təqdim edib.
    26.11.10 Məqaləni oxumaq
     
    Edinburq Universitetinin rektoru ADU-da olub
    Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov ABŞ-ın Edinburq Universitetinin rektoru Ceremi Braun və Universitetin Moskva ofisinin rəhbəri xanım Olqa Zinovyevanı qəbul edib. Görüşdə Azərbaycan təhsil sistemi haqda geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqdan söz açılıb. Eyni zamanda, Azərbaycan Dillər Universiteti və Edinburq Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Professor Səməd Seyidov ilk öncə bu günlərdə universitetdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər haqda məlumat verib. ADU-nun tarixi haqda danışan rektor hazırda ADU-da 10-dan çox dilin tədris olunduğunu deyib. S.Seyidov ölkələrin dili ilə yanaşı, həm də mədəniyyət, tarix, siyasətinin tədrisinin əhəmiyyət daşıdığını və buna xüsusi yer ayrıldığını vurğulayıb. O, universitetdə dili tədris olunan ölkələrin hər birinin dil və mədəniyyət mərkəzlərinin açıldığını və bunun gündən-günə daha da artdığını qonağın nəzərinə çatdırıb.
    25.11.10 Məqaləni oxumaq
     
    S.Seyidov İngiltərənin Hartford Universitetinin fəxri prezidenti H.Tonkinlə görüşüb
    Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov İngiltərənin Hartford Universitetinin fəxri prezidenti, professor Hampri Tonkinlə görüşüb. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə S.Seyidov ADU-da 25-27 noyabrda “Mədəniyyətlərarsı dialoq: Linqvistik pedaqoji və ədəbi aspektlər” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Hampri Tonkinin bu beynəlxalq konfransa olan marağını yüksək qiymətləndirib. Universitetin beynəlxalq əlaqələrinə toxunan ADU-nun rektoru rəhbərlik etdiyi təhsil ocağında tədris olunan dillər haqqında qonağa məlumat verib. Dillərin mədəniyyətlərarası əlaqələrin genişlənməsində mühüm əhəmiyyətini vurğulayan S.Seyidov universitetdə mövcud olan Tərcümə və Filologiya fakültəsinin əsas istiqamətləri barədə də danışıb. Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin fəaliyyətindən söz açıb. H.Tonkin bu konfransın məhz fəlsəfi-sosioloji aspektlərə söykənərək mədəniyyətlərarası dialoqda mühüm rol oynadığını vurğulayıb. O, belə konfransların keçirilməsinin əlaqələrin qurulmasında vacib rol oynadığını bildirib.
    24.11.10 Məqaləni oxumaq
     
    BŞTİ ümumtəhsil müəssisələrində monitorinqə başlayır
    Bu həftədən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümumtəhsil müəssisələrində monitorinqə başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya BŞTİ-dən veriblər. Monitorinq zamanı məktəbli formasına keçidin vəziyyəti, məktəbin tərtibatı, sənədləşmə, məktəb ətrafının təmizliyi, şagirdlərin, xüsusən də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti kimi məsələlərə ciddi fikir veriləcək. Reyd zamanı məktəbdaxili nəzarətin və tərbiyəvi işin təşkili, müəllimlərin dərsə hazırlıq vəziyyəti, o cümlədən iş proqramlarının və jurnalların doldurulması, gündəliklərin yazılması, müəyyən sinif otaqlarının, kabinetlərin tərtibatı kimi məsələlərə də ciddi nəzarət ediləcək. Reydlər mütəmadi olaraq, bəzən bir məktəbdə bir neçə gün olmaqla keçiriləcək. Qeyd edək ki, BŞTİ-nin keçirəcəyi budəfəki reydlərdə mətbuat nümayəndələrinin də iştirakı gözlənilir.
    23.11.10 Məqaləni oxumaq
     
    TQDK nəşr etdiyi test kitabçalarının keyfiyyəti haqqında rəy sorğusu keçirir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məktəblilər üçün nəşr etdiyi test kitabçalarının keyfiyyəti haqqında rəy sorğusu keçirməyi qərar alıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Sorğu orta məktəb müəllimlərinə ünvanlanıb. Rəy sorğusunun cavablarını TQDK-nın “Abituriyent” jurnalının redaksiyasına şəxsən təqdim edə, yaxud Komissiyanın poçt ya elektron ünvanına göndərə bilərlər. Bütün ünvanlar TQDK-nın portalında göstərilib.
    20.11.10 Məqaləni oxumaq
     
    ATİB baş katibi Naxçıvan Özəl Universitetində keçirilən konfransda çıxış edib
    Naxçıvan Özəl Universitetində “Azərbaycan Türkiyə münasibətlərində iqtisadiyyatın rolu” mövzusunda konfrans keçirilib. Konfransın işində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti sədrinin müavini, baş katib Rəşad Rəsullu da iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATİB-dən veriblər. Konfransı giriş sözü ilə açan Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev Azərbaycan Türkiyə münasibətlərinin sürətli və hərtərəfli inkişafında iqtisadi əlaqələrin rolunun böyük olduğunu söyləyib: “Xüsusilə Naxçıvanın dünya ilə iqtisadi əlaqələrinin təmin edilməsində Türkiyə əhəmiyyətli mövqeyə malikdir”. Türkiyə Cumhuriyyətinin Naxçıvandakı baş konsulu Ayhan Enginar konfrans iştirakçıları qarşısında “Türkiyə Naxçıvan münasibətləri bu gün” mövzusunda məruzə ilə çıxış edib. O, Türkiyə xarici siyasətində və qardaş ölkə Azərbaycanla qarşılıqlı əlaqələrində Naxçıvanın mühüm yer tutduğunu iştirakçıların diqqətinə çatdırıb.
    19.11.10 Məqaləni oxumaq
     
    Bakıda Ümümdünya Fəlsəfə Gününə həsr olunan konfrans keçiriləcək
    Sabah AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Dünya fəlsəfəsi kontekstində İslam regionu fəlsəfə tarixinin tədqiqi və tədrisi problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. YUNESKO-nun dəstəyi ilə Ümümdünya Fəlsəfə Gününə həsr olunan konfransda Fransa, Böyük Britaniya, Macarıstan, İran, Türkiyə və Mərakeşdən olan görkəmli alimlərin iştirakı da gözlənilir.
    18.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30