Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 59 60 61 62 63 64 65 66 67 » #
    TQDK qəbul imtahanlarında 116 müəllimə şifahi xəbərdarlıq edib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə bu il keçirilmiş qəbul imtahanlarında öz vəzifələrini layiqincə yerinə yetirmiş nəzarətçi-müəllimlərlə görüş keçirib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə TQDK rəhbərliyi qəbul imtahanlarında müntəzəm iştirak edərək zal nəzarətçisi vəzifəsini nümunəvi yerinə yetirmiş 23 nəzarətçiyə Fəxri Fərman təqdim edib, onlar TQDK-nın nəşrləri, test kitabçaları, tədris vəsaitləri ilə mükafatlandırılıb, 617 nəzarətçi-müəllimə isə təşəkkür elan edilib. Qeyd edək ki, TQDK-nın nəzarətçilər bazasına 8000-dək fənn müəllimi daxildir. 2010-cu ildə keçirilmiş qəbul imtahanlarına 6109 nəzarətçi-müəllim cəlb olunub, 184 nəzarətçi əsaslı bir səbəb olmadan imtahana gəlməyib, 236 nəfər isə imtahanda laqeydlik, səhlənkarlıq göstərdiklərinə və təlimat qaydalarını pozduqları üçün nəzarətçilər bazasından çıxarılıb və onlar barədə müvafiq tədbirlər görülməsi üçün aidiyyatı orqanlara müraciət edilib, 116 müəllimə isə şifahi xəbərdarlıq edilib.
    21.12.10 Məqaləni oxumaq
     
    Magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsinin vaxtı açıqlandı
    Ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsinin vaxtı müəyyənləşib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. İmtahanlar üçün ərizə qəbulu gələn il yanvarın 25-dən fevralın 7-dək aparılacaq. Qəbul imtahanlarının ilk mərhələsi fevralın 20-də keçiriləcək. Bu mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri yoxlanacaq. Yanvarın 23-də isə TQDK ilk dəfə tətbiq olunacaq açıq testlərə abituriyentlərin cavabların təhlil etmək üçün Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevirdə sınaq imtahanları keçirəcək.
    21.12.10 Məqaləni oxumaq
     
    BDU-da akademik Ş.Mehdiyevin anadan olmasının 100 iliyinə həsr olunan Respublika elmi konfransı keçirilir
    Bu gün Azərbaycanın görkəmli alimi, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, akademik Şəfaət Mehdiyevin anadan olmasının 100 iliyinə həsr olunan “Geologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransdan əvvəl Ş.Mehdiyevin BDU-dakı barelyefi və onun adını daşıyan elmi-tədqiqat laboratoriyanın açılışı oldu.
    21.12.10 Məqaləni oxumaq
     
    AMEA prezidenti Nazirlər Kabinetinin elmi cihazların ƏDV-dən azad olunması qərarını alqışlayır
    Nazirlər Kabinetinin ölkəyə idxal olunan elmi cihazların və avadanlıqların gömrük rüsumundan və əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı qərarını alqışlayırıq. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov söyləyib. Əvvələr elmi cihaz və avadanlıqların ölkəyə gətirilməsində vergilər, gömrüklə müəyyən problemlərin olduğunu xatırladan M.Kərimov qeyd edib ki, ölkə prezidentinin müvafiq Sərəncamından sonra bununla bağlı problemlər olmayacaq və bu sahəyə ayrılan vəsait də səmərəli istifadə ediləcək.
    21.12.10 Məqaləni oxumaq
     
    M.Mərdanov: “Məktəbə hicabla gəlməmək müəlllim və tələbəyə aid deyil”
    Məktəblərə hicabla gəlməmək məsələsi müəllimələrə şamil olunmur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov müəllimələrin orta məktəblərə buraxılmaması ilə bağlı məsələyə münasibət bildirəkən söyləyib. Onun sözlərinə görə, hicabla gəlməmək yalnız orta məktəb şagirdlərinə aiddir. M.Mərdanov onu da əlavə edib ki, bu prinsip universitet tələblərinə də şamil olunmur. “Məqsədimiz odur ki, Azərbaycanı irəliyə aparaq. Öz mili-mənəvi dəyərlərimizi qorumalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, biz, dövlətin qaydalarına və qanunlarına riayət etməyə üstünlük veririk və verəcəyik. Azərbaycanı geriyə çəkən heç bir addıma yol vermək olmaz”,-deyə M.Mərdanov məsələyə münasibət bildirib.
    16.12.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi ali təhsil sistemində illik önədinşəlirin qaldırılması üçün Tarif Şurasına müraciət edəcək
    Təhsil Nazirliyi ali təhsil sistemində illik önədinşəlirin qaldırılması üçün Tarif Şurasına müraciət edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. M.Mərdanov bildirib ki, qiymətlərin qaldırılması həm dövlət sifarişli əsaslarla təhsil alan tələbələrə, həm də ödənişli əsaslarla təhsil alanlara şamil olunacaq.
    15.12.10 Məqaləni oxumaq
     
    Azərbaycan Universiteti ilə Auditorlar Palatası arasında müqavilə imzalanacaq
    Bu həftə Azərbaycan Universiteti ilə Auditorlar Palatası arasında əməkdaşlığa dair müqavilə imzalanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Universitetinin mətbuat xidmətindən veriblər. Əməkdaşlıq təhsilin inkişafı, Azərbaycanda dövlət təşkilatları, peşəkar qurumlar və biznes strukturları ilə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi üçün yeni tərəfdaşlıq mühitinin formalaşdırılması, dünya elmi nailiyyətlərinin idarəetmənin və sahibkarlığın inkişafına yönəldilməsi və sahibkarlıq subyektlərinin maarifləndirilməsinə kömək göstərilməsi məqsədi daşıyır.
    15.12.10 Məqaləni oxumaq
     
    ADA-da “Azərbaycan müstəqillikdən sonra” kitabının təqdimat mərasimi keçirilib
    Azərbaycan Diplomatik Akademiyasında (ADA) ABŞ-ın tanınmış Con Hopkins Universitetinin professoru, Orta Asiya və Qafqaz üzrə ekspert Svante Kornelin “Azərbaycan müstəqillikdən sonra” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADA-dan veriblər.
    15.12.10 Məqaləni oxumaq
     
    Avropa İttifaqı Azərbaycana qarşı ikili standartlarla yanaşır
    Avropa İttifaqı təhsillə bağlı elan etdiyi proqramlarda iştirakda Azərbaycana qarşı nisbətən ikili standartlarla yanaşır. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Dillər Universitetində (ADU) Milli Tempus İnformasiya gününə həsr olunan tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov söyləyib.
    15.12.10 Məqaləni oxumaq
     
    Rektor: “Tibb Universitetinə qəbul olan hər bir xarici ölkə vətəndaşı qəbuldan əvvəl tibbi müayinədən keçirilir”
    Tibb Universitetinə qəbul olan hər bir xarici ölkə vətəndaşı qəbul olunmamışdan əvvəl tibbi müayinədən keçirilir və ondan lazımı analizlər götürülür. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib.
    O, qeyd edib ki, bütün bu tədbirlər bir sıra xarici ölkələrdə tüğyan edən virusların və müxtəlif növ xəstəliklərin ölkəmizdə yayılmasının qarşısını almaq üçündür. “Nəzərə alsaq ki, Azərbaycanda ən çox xarici tələbənin oxuduğu ali məktəb bizim universitetdir, o zaman risklər bizdə daha çox ehtimal oluna bilər.
    15.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 59 60 61 62 63 64 65 66 67 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30