Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 58 59 60 61 62 63 64 65 66 » #
    Bu il Tibb Universitetinin məzunlarının 80%-ə bölgələr üzrə təyinat verilib
    Səhiyyə Nazirliyində 2010-cu il ərzində görülmüş işlərə dair kollegiya iclası keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. İclasda qonaq qismində Prezidentin xüsusi Tibbi Xidmətinin rəhbəri, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev və fövqəladə hallar nazirinin müavini, tibb xidməti general- leytenantı Faiq Tağızadə də iştirak edib. Tədbirdə 2010-cu il ərzində səhiyyə sahəsində görülmüş işlər haqqında geniş müzakirələr aparılıb. Qeyd olunub ki, bu il səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Ötən il ərzində qan xidmətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.
    30.12.10 Məqaləni oxumaq
     
    Paytaxtdan kənarda yerləşən ali məktəblərə qəbulda müsabiqə balı aşağı salına bilər
    Paytaxtdan kənarda yerləşən ali məktəblər üçün dövlət sifarişi ilə müsabiqə balı müəyyən qədər aşağı olsa yaxşıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov söyləyib. “Məsələn, Mingəçevirdə texniki institut var. Əlbəttə, oradakı texniki şəraitlə Bakıda yerləşən Texniki Universitetin şəraitini müqayisə etmək olmaz. Bu baxımdan deyirik ki, həmin məktəblərə müsabiqə balının aşağı salınması yaxşı hal ola bilər. Bu təklifin nəzərə alınıb-alınmaycağı barədə isə bir söz deyə bilmərəm. Çünki bu, bizim təklifimizdir”,-deyə M.Mərdanov təklifini əsaslandırıb.
    29.12.10 Məqaləni oxumaq
     
    Məcburi köçkün tələbələrin təhsil haqları oxuduqlara ali məktəbə kompensasiya edilə bilər
    Təhsil naziri Misir Mərdanov ali məktəblərə ödənişli əsaslarla qəbul olan məcburi köçkün və qaçqın statuslu tələbələrin təhsil haqlarının müvafiq qaydada kompensasiya edilməsi təklifi ilə çıxış edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı nazir M.Mərdanov söyləyib. Nazir irəli sürdüyü təklifini də əsaslandırıb. “Dövlət məcburi köçkünlərin digər sosial xərcələrini nəzərə aldığı kimi, təhsil xərclərini də nəzərə ala bilər və bununla da ali məktəblərin probleminin xeyli hissəsi həll olunmuş olar”,-deyə M.Mərdanov əlavə edib. Nazir ali məktəbələrin yataqxanalarının boşaldılması məsələsinə də münasibət bildirib. Qeyd edib ki, bu prosesə gələn ildən etibarən Bakı Dövlət Universitetindən (BDU) başlanacaq.
    28.12.10 Məqaləni oxumaq
     
    Geologiya İnstitutu 2010-cu ilə dair hesabat verdi
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib. İnstitutdan KƏLAMİNFO-ya verilən məlumata görə, toplantıda çıxış edən AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə bildirib ki, bu il Geologiya İnstitutunun bir neçə alimi Azərbaycanın elm sahəsi üzrə Dövlət Mükafatı ilə təltif edilib. Onun sözlərinə görə, bu, geoloqların cari ildə qazandığı ən böyük uğurlardan biridir.
    28.12.10 Məqaləni oxumaq
     
    BDU-da “Riyaziyyat və mexanizmin aktual problemləri” adlı konfrans keçirilib
    Bu gün Bakı Dövlət Universitetində “Riyaziyyat və mexanizmin aktual problemləri” adlı Beynəlxlaq konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, BDU-nın rektoru, akademik Abel Məhərrəmov konfransın keçirilməsinin məqsədlərindən danışıb. O, konfransın görkəmli alim və ictimai xadim, Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, BDU-nun sabiq rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunduğunu bildirib. A.Məhərrəmov vurğulayıb ki, Y.Məmmədov BDU-da 17 il rektor olmaqla bərabər, 35 il riyaziyyat kafedrasına da rəhbərlik edib. “Onun bu illər ərzində universitetdə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olub. Onun rəhbərliyi altında Azərbaycan, Rusiya, Özbəkistan, Türkmənistan, Əlcəzair, Misir, Polşa, Almaniya, Türkiyə kimi ölkələrin 32 nəfər nümayəndəsi namizədlik dissertasiyası və onlardan 7 nəfəri doktorluq dissertasiyası müdafiə ediblər”,-deyə A.Məhərrəmov bildirib.
    28.12.10 Məqaləni oxumaq
     
    ADU-da ərəb ölkələrinin Azərbaycandakı səfirlərinin görüşü keçiriləcək
    Sabah Azərbaycan Dillər Universitetində (ADU) ərəb ölkələrinin Azərbaycandakı səfirlərinin görüşü keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər. Görüşdə ADU-nun rektoru, millət vəkili, Səməd Seyidov, İraqın, İordaniya Krallığının, Misir Ərəb Respublikasının, Küveytin, Mərakeş Krallığının, Qətərin, Səudiyyə Ərəbistanı Krallığının, Fələstin dövlətinin səfirləri, eləcə də Liviya Xalq Sosialist Ərəb Cəmahiriyyəsinin Azərbaycandakı müvəqqəti işlər vəkili iştirak edəcəklər. Qarşılıqlı dialoq zamanı ərəb ölkələri ilə Azərbaycan arasındakı əlaqələr müzakirə ediləcək. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti də əsas müzakirə mövzularından olacaq.
    27.12.10 Məqaləni oxumaq
     
    AMEA-nın şöbə müdiri: “Gələn il 2 elmi layihənin icrasına başlanılacaq”
    Gələn ildən etibarən Fransa, Azərbaycan və Gürcüstan alimləri tərəfindən birgə 2 layihənin icrasına başlanılacaq. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində AMEA-nın Xarici əlaqələr şöbəsinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Həsənov söyləyib. Ə.Həsənov xatırladıb ki, layihələrin dəstəklənməsi və həyata keçirilməsi ilə bağlı Fransanın müvafiq elmi təşkilatı ilə müqavilə bağlanılıb. Onun sözlərinə görə, icra ediləcək layihələr elmin müxtəlif istiqamətlərinə aiddir və iki il dava edəcək.
    25.12.10 Məqaləni oxumaq
     
    Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
    Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Yaponiyanın Doşişa Universitetinin professoru Hisae Nakanishini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Görüşdə ölkələrarası, parlamenlərarası əlaqələrə və təhsil sahəsində əməkdaşlığa toxunan rektor Səməd Seyidov Azərbaycan Dillər Universiteti haqda qonağa məlumat verib. S.Seyidov rektoru olduğu ali təhsil ocağının tarixindən bəhs edərək ADU-nun Azərbaycanda unikal tədris müəssisəsi olduğunu xanım Hisae Nakanishinin diqqətinə çatdırıb. Universitetdə müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin açıldığını və gündən-günə bunların sayının artdığını bildirən S.Seyidov ADU-da ingilis, alman, fransız, ispan, italyan dillərinin öyrənilməsi ilə yanaşı, Universitetdə Beynəlxalq əlaqələr və Regionşünaslıq, həmçinin Tərcümə fakeltələrinin mövcudluğunu vurğulayıb.
    24.12.10 Məqaləni oxumaq
     
    Magistr və ya doktorontların YUNESKO-da iştirak etmək şansı var
    YUNESKO tərəfindən 2011-ci il üçün Gənc Peşəkarlar Proqramı (Young Profesionals Programme) elan edilib. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, namizədlərə təşkilatda işləmək imkanı verən bu proqramın məqsədi YUNESKO Katibliyinin coğrafi təmsilçiliyinin genişləndirilməsi, təşkilatın işçi heyətinin gənc kadrlarla təchiz olunması, işçilər arasında qadınların sayının artırılması, eləcə də qurumun işinin ahəngdar və daha səmərəli olmasının təmin edilməsindən ibarətdir. Proqramda iştirak etmək üçün müraciət edəcək şəxs maksimum 30 yaşında olmalı, ingilis və ya fransız dilini mükəmməl səviyyədə bilməli və aşağıdakı sahələrdə magistr və ya doktorluq dərəcəsinə malik olmalıdır. Proqramda təhsilin iqtisadiyyatı, təhsil siyasəti, təhsilin keyfiyyəti, təhsildə idarəetmə, geologiya və ya geofizika, coğrafi informasiya sistemləri, riyaziyyat və ya fizika, elm və texnologiya etikası, antropoliya, etnologiya, sosiologiya, politologiya, maliyyə menecmenti, maliyyə və ya mühasibatlıq, informatika, informasiya sistemləri və bu kimi sahələrə üstünlük veriləcək.
    24.12.10 Məqaləni oxumaq
     
    M.Abbaszadə: “TQDK respublikanın 11 şəhərində sınaq imtahanı keçirəcək”
    Gələn ilin yanvarın 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublika üzrə abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə və ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək üçün sınaq imtahanları keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanda iştirak üçün yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Onun sözlərinə görə, sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. “Bunun üçün abituriyentlər TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Həmin kartları respublikanın bütün şəhər (rayon) şöbələrində əldə etmək mümkün olacaq. Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılacaq. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercart/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formasında ala biləcək”,-deyə M.Abbaszadə söyləyib.
    22.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 58 59 60 61 62 63 64 65 66 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30