Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 57 58 59 60 61 62 63 64 65 » #
    Təhsil Nazirliyində növbəti iki şöbənin hesabatı dinlənilib
    Bu gün Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib. Nazirlikdən KƏLAMİNFO-ya verilən məlumata görə, İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə bildirib ki, 200-ə yaxın tədbirdə media nümayəndələrinin iştirakı təmin olunub, mətbuat konfransları keçirilib, nazirliyin 30-dan çox əməkdaşının, tanınmış təhsil mütəxəssislərinin, beynəlxalq məsləhətçilərin müxtəlif televiziya və radio verilişlərində iştirakı, 450-yə yaxın müsahibəsi təşkil edilib, rəsmi məlumat, press-reliz və təqdimatlar kütləvi informasiya vasitələrinə çatdırılıb.
    19.01.11 Məqaləni oxumaq
     
    İKT-nin Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin 29-cu iclası Bakıda keçiriləcək
    İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin növbəti 29-cu iclası bu ilin aprelində Bakıda keçiriləcək. Bu qərar yanvarın 10-dan 13-dək İslamabadda COMSTECH-in İcraiyyə Komitəsinin 28-ci və Baş Assambleyasının 14-cü iclası zamanı qəbul edilib. Məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. İclasda Azərbaycanda son illərdə müşahidə edilən iqtisadi yüksəlişi, habelə informasiya texnologiyaları və elm sahələrində həyata keçirilən genişmiqyaslı işlər nəzərə alınaraq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov COMSTECH-in Baş Assambleyasının baş məruzəçisi (Rapporteur General) seçilib. Ə.Abbasov çıxışında Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkədə elm və texnologiya sahələrinin sürətlə tərəqqisi, ikitərəfli və regional əlaqələrin inkişafı, bu istiqamətdə respublikada təsis edilmiş Elmin İnkişafı Fondunun səmərəli fəaliyyəti ilə bağlı məlumat verib.
    19.01.11 Məqaləni oxumaq
     
    AMEA-da akademik Zahid Xəlilovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
    Bu gün AMEA-nın Rəyasət Heyətində riyaziyyat sahəsində tanınmış alim, əməkdar elm xadimi, akademik Zahid Xəlilovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda bir sıra ölkələrdən, o cümlədən dünyanın qabaqcıl elmi mərkəzlərində riyaziyyat sahəsində çalışan əslən azərbaycanlı olan alimlər məruzələrlə çıxış edəcəklər.
    13.01.11 Məqaləni oxumaq
     
    TQDK-nin Naxçıvan bölməsində çalışmaq istəyənlərin imtahanının vaxtı məlum olub
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan regional bölməsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test imtahanının vaxtı məlum olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) veriblər. Məlumata görə, imtahan yanvarın 14-ü saat 12:00-da Naxçıvan şəhərində, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər korpusunda keçiriləcək. Xatırladaq ki, DQMK tərəfindən 2010-cu il 21 oktyabr tarixdə TQDK-nin Naxçıvan regional bölməsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.
    12.01.11 Məqaləni oxumaq
     
    Elmin İnkişafı Fondu bu ilin ilk qrant müsabiqəsini elan edib
    Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) elmi tədqiqat proqramları, layihələri və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ildə I qrant müsabiqəsini elan edib. EİF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqədə qurumlar və elmi yaradıcı kollektivlər (alimlərin, mütəxəssislərin və ya qurumların iştirakı ilə müvəqqəti olaraq təşkil olunmuş), alimlər, mütəxəssislər və digər fiziki şəxslər, iştirak edə bilərlər.
    12.01.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyində Ali və orta ixtisas təhsili və Beynəlxalq əlaqələr şöbələrinin hesabatları dinlənilib
    Təhsil Nazirliyində Ali və orta ixtisas təhsili və Beynəlxalq əlaqələr şöbələrinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev rəhbərlik etdiyi şöbənin fəaliyyətinin əsas istiqamətləri, 2010-cu il üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işlərdən söz açıb. Şöbə müdiri bildirib ki, şöbə əməkdaşlarının iştirakı ilə ali məktəblərdə kredit sisteminin tətbiqi ilə bağlı simpozium, konfrans, seminar, treninqlər keçirilib, 2010-cu il üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının layihəsi hazırlanıb, ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı müvafiq addımlar atılıb, 2009-2010-cu tədris ilinin imtahan sessiyalarının təşkili və monitorinqi yerinə yetirilib. İ.Mustafayev Dünya Bankının vasitəsilə Yaponiya hökumətindən alınan qrant hesabına ali təhsilin islahatı üzrə layihənin hazırlanması, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqrammı” və “2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər proqrammı” çərçivəsində həyata keçirilən tədbirləri nəzərə çatdırıb.
    11.01.11 Məqaləni oxumaq
     
    Arif Həşimov: “İstəyirik ki, mart ayında doktoranturaya qəbula başlayaq”
    Doktoranturaya qəbulla bağlı elanın nə vaxt veriləcəyi hələlik məlum deyil, ancaq istəyirik ki, proses bu ayın sonuna kimi reallaşsın və mart ayında qəbul başlanılsın. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov söyləyib. Akademik bildirib ki, Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı”nı təsdiq edib və hazırda müəssisələr tərəfindən hökumətə qəbul planının təqdim edilməsi prosesi gedir. Onun sözlərinə görə, qəbulla bağlı elan planın təqdim edilməsi prosesi Təhsil Nazirliyi, AMEA-nın rəyindən sonra baş tutacaq. Xatırladaq ki, Nazirlər Kabineti ötən ilin sonlarında “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı”nı təsdiq edib. Siyahı hazırlanarkən aidiyyəti nazirlik, komitə və təşkilatların təklifləri, AMEA və Təhsil Nazirliyinin rəyləri nəzərə alınıb. Siyahıya əsasən, təhsil müəssisələrinin qəbul planının təqdim edilməsi prosesinə dekabrın 20-dən start verilir.
    06.01.11 Məqaləni oxumaq
     
    DAAD-ın bir qrup nümayəndə heyəti Azərbaycana gələcək
    Yanvarın 10-11-i tarixlərində “Alman Akademik Mübadilə Xidməti” (DAAD) təşkilatının bir qrup nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə KƏLAMİNFO-ya Almaniyanın ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin rəhəbəri Orxan Səttarov məlumat verib. O qeyd edib ki, səfər çərçivəsində nümayəndə heyətinin Təhsil Nazirliyinin rəsmiləri ilə görüşü olacaq. Onun sözlərinə görə, görüşdə əsasən növbəti bir qrup azərbacanlı gəncin Almaniyada təhsil almasını təmin etmək məsələləri müzakirə ediləcək. Xatırladaq ki, Almaniya ilə ali təhsil sahəsində əməkdaşlıq əlaqələrinin təməli hələ sovet dövründə Zigen Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyası arasında və “Alman Akademik Mübadilə Xidməti (DAAD)” təşkilatı vasitəsilə qoyulub.
    06.01.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinin “qaynar-xətt” xidmətinə 14239 müraciət daxil olub
    Ötən il ərzində Təhsil Nazirliyinin “qaynar-xətt” xidmətinə 14239 müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Təhsil Nazirliyi Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi, “qaynar-xətt”in xidmətinin koordinatoru Ənvər İmanov söyləyib. Ə.İmanov bildirib ki, müraciətlərin 70 faizi sorğu, qalanları isə şikayət xarakterli olub. Onun sözlərinə görə, sorğular operativ olaraq cavablandırılıb, şikayətlər isə araşdırılaraq müvafiq tədbirlər görülüb. Ə.İmanov “qaynar-xətt” xidmətinin və Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupun ötən ilki fəaliyyəti ilə bağlı hesabatın artıq hökumətə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildiyini söyləyib. Qeyd edək ki, Təhsil Nazirliyndə, “qaynar-xətt” xidməti ilə yanaşı, Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupu da fəaliyyət göstərir.
    06.01.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi gələn il 20-dən çox layihə üzərində iş aparacaq
    Təhsil naziri Misir Mərdanov növbəti il üçün təhsil sahəsində görəcəkləri işləri və istiqamətləri açıqlayıb. KƏLAMİNFO xəbər verir ki, nazir jurnalistlərə deyib ki, gələn il əsasən, bu günə qədər başladıqları, ancaq tamamlanmayan işləri başa çatdırmaq fikrindədirlər. Onun sözlərinə görə, bundan başqa, Dünya Bankı ilə birgə bir neçə istiqamətdə həyata keçirdikləri ciddi işlər davam etdiriləcək. “Məktəb tikintisi, İKT, müəllimlərin ixtisasının artırılması, təkmiləşdirilməsi, bağçalar, peşə təhsili ilə bağlı işlər davam etdiriləcək. Adambaşına maliyyələşmə işi genişləndiriləcək, xarici dillərin öyrənilməsi prosesi davam etdiriləcək”,-deyən M.Mərdanov qeyd edib ki, gələn il kurikulum, təhsilin məzmunu, təhsilin keyyfiyyətinin yüksəldilməsi ilə bağlı işlər davam etməli, eyni zamanda bu prosesə yenidən baxılmalıdır, monitorinq və qiymətlənirmə məsələsinə də diqqət yetiriləcək. Nazir qeyd edib ki, növbəti il 20-dən çox layihə üzərində iş aparılacaq.
    31.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 57 58 59 60 61 62 63 64 65 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30