Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 56 57 58 59 60 61 62 63 64 » #
    AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda elmi konfrans keçirilib
    Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Fəlsəfə və elmlərin qarşılıqlı əlaqaəsi” mövzusunda elmi konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirdi ki, rəhbərlik etdiyi qurumda xarici ölkələrin tanınmış elm adamları ilə görüşlər ənənə halını alıb. İ.Məmmədzadə qeyd edib ki, belə konfranslar cəmiyyətdə fəlsəfənin simasını müasirləşdirir və bütün dünyada tanıdır. Fəlsəfənin ümumi problemləri ilə bağlı tədbir iştirakçılarına məlumat verən İ.Məmmədzadə 2009-cu ildə Azərbaycanda elminin inşkişafı ilə bağlı prezident tərəfindən Fərman imzaladığını xatırladıb. İ.Məmmədzadə qeyd edib ki, bu Fərmandan irəli gələn vəzifələrin yeninə yetirilməsinə səylə çalışırlar. “Çalışırıq ki, Azərbaycan fəlsəfəsini yeni, müasir üslubla inkişaf etdirək və elmimizlə bütün dünyanı tanış edək”,-deyə İ.Məmmədzadə əlavə edib.
    03.02.11 Məqaləni oxumaq
     
    TQDK miqrasiya orqanlarına qulluğa qəbulla bağlı keçirdiyi test imtahanının nəticələrini açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 30-da miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanda iştirak etmək istəyən 285 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 271 nəfəri imtahanda iştirak edib, 14 nəfər imatahana gəlməyib. İmtahanın nəticələri artıq TQDK-nın internet saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən 18 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasındada imtahan nəticələrinə dair arayış təqdim olunacaq.
    01.02.11 Məqaləni oxumaq
     
    Azərbaycan Universitetində gənc tədqiqatçıların ümumrespublika elmi-praktik konfransı keçiriləcək
    Fevralın 2-3-ü tarixlərində Azərbaycan Universitetində “Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər” mövzusunda gənc tədqiqatçıların ümumrespublika elmi-praktik konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Universitetinin mətbuat xidmətindən veriblər. “Gənclər günü”nə həsr olunan konfrasda “Azərbaycanda inkişaf etmiş cəmiyyət quruculuğunun iqtisadi-bazasının formalaşması və inkişafı: nəzəriyyə və praktika”, “İnkişaf etmiş cəmiyyət quruculuğunun siyasi, sosial və mədəni inkişaf problemləri” və digər mövzularda 100-dən artıq məruzənin dinləniləcəyi gözlənilir. Qeyd edək ki, konfransın açılış hissəsində AMEA-nın müxtəlif institut rəhbərləri, Azərbaycanın ali təhsil müəssisələrinin rektorları, dövlət və hökumət nümayəndələri, QHT təmsilçiləri də iştirak edəcək. Konfransda həmçinin xarici ölkələrdən də qonaqların iştirakı gözlənilir.
    31.01.11 Məqaləni oxumaq
     
    Bakıda “Təhsildə İKT-nin tətbiqi-bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib
    Bu gün Əl Oyunları İdman Sarayında “Təhsildə İK-nin tətbiqi-bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib. KƏLAMİNFO xəbər verir ki, sərgi Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
    Sərgidə çıxış edən BŞTİ-nin rəhbəri Nailə Rzaquliyeva sərginin məqsədindən bəhs edib və əlavə edib. Bildirib ki, tədbirin əsas hissəsi paytaxt məktəblərinin müəllim və şagirdlərinin İKT sahəsindəki nailiyyətilərinin nümayişinə həsr edilib. N.Rzaquliyeva xatırladıb ki, sərgidə hansı nailiyyətlərin nümayiş olunması üçün müsabiqə təşkil edilib. Müsabiqəyə 403 müəllim və 64 şagird tərəfindən 567 layihə təqdim olunub.
    29.01.11 Məqaləni oxumaq
     
    TQDK sınaq imtahanlarının nəticələrini açıqlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 23-də Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanın nəticələri TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Sınaq imtahanında iştirak etmək üçün 31 min 126 abituriyent qeydiyyatdan keçib ki, onlardan da 1460 nəfəri imtahanda iştirak etməyib. 29 nəfər qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub. Qeyd edək ki, növbəti sınaq imtahanlarının müntəzəm olaraq aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.
    28.01.11 Məqaləni oxumaq
     
    Bu gündən ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu başlayır
    Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə sənəd qəbuluna başlayır. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, sənəd qəbulu fevralın 7-dək davam edəcək. “Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış sənəd qəbulu komissiyasında təsdiq etdirəcəklər. Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində sənəd qəbulu komissiyası fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış komissiyaların birində təsdiq etdirməlidirlər”,-deyə sədr vurğulayıb. M. Abbaszadə deyib ki, magistraturaya qəbul qaydalarında bəzi dəyişikliklər edilib. “Bu ildən etibarən fəlsəfə ixtisası üzrə fəlsəfə, fizika və riyaziyyat ixtisaslarını bitirənlər də magistraturaya sənəd verə bilərlər”,-deyə o, əlavə edib.
    26.01.11 Məqaləni oxumaq
     
    TQDK sədri: “Son illər orta məktəblərdə qiymətləndirmə şişirdilir”
    Ötən ilin orta məktəb məzunlarından əla qiymətlə bitirən məzunların yalnız 63,64%-i attestat qiymətlərini qəbul imtahanlarında təsdiq edə bilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun fikrincə, bu hal, məktəblərdə yüksək qiymətlərlə qiymətləndirmənin son illər şişirdildiyini göstərir. “Əla qiymətlərlə bitirənlərin ancaq 63%-i 500-700 bal toplayıb. Əvvəllər bu rəqəm daha aşağı idi. Qiymətləndirmədə mövcud olan bu problemin azalması istiqamətində ildən-ilə müsbət irəliləyiş hiss olunur. Lakin, hələ ki, göstəricilər 100%-ə yaxın olmayıb. Əgər biz görsək ki, abituriyentlərin qiymətləri imtahan nəticələri ilə üst-üstə düşür, onda biz attestat balını ümumi toplanan balların üstünə gəlib hesablaya bilərik. Təəssüflər olsun hələ ki, bu vəziyyət bizi tam qane etmir”,-deyə M.Abbaszadə vurğulayıb.
    25.01.11 Məqaləni oxumaq
     
    TQDK sədri: “Ötən tədris ilində ən yüksək keçid balı Dövlət İdarəçilik Akademiyasına məxsus olub”
    Ötən tədris ilinin qəbul imtahanlarında ali məktəblərin reytinq cədvəlinə görə Prezident yanında Dövlət İdarəçilik Akademiyası birinci yer tutub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. TQDK sədri qeyd edib ki, 2-ci yeri Tibb Universiteti, 3-cü yer Qafqaz Universitetinə, 4-cü yer Dövlət Neft Akademiyasına, 5-ci yer Turizm İnstitutuna məxsusdur.
    25.01.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Ötən tədris ilində ölkə üzrə ali məktəblərə qəbul planı 90,90% yerinə yetirilib”
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə ilk növbədə 2010/2011-ci tədris ilində ali məktəblərə qəbul olan tələbələrin statistikası barədə məlumat verib.
    25.01.11 Məqaləni oxumaq
     
    BDU ilə Ankara Universiteti arasında Memorandum imzalandı
    Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə KƏLAMİNFO-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Görüşdə A. Məhərrəmov BDU və Ankara Universiteti arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və digər məsələlərdən bəhs edib. Rektorlar ikili diplomların verilməsi üçün Ankara Universitetinin tələbələrinin BDU-da, BDU tələbələrinin isə Ankara Universitetində yay məktəblərində iştiraklarının detallarını müzakirə ediblər. A.Məhərrəmov, Amerika, Avropa və Asiya universitetləri arasında elm və təhsilin inkişafı ilə bağlı proqramların olduğunu xatırladaraq Azərbaycan və Türkiyə arasında da belə proqramların olmasının əhəmiyyətini qeyd edib. Bu baxımdan rektor Heydər Əliyev və Atatürk proqramlarının yaradılmasını təklif edib.
    20.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 56 57 58 59 60 61 62 63 64 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30