Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Azərbaycan Elminin İnkişaf Konsepsiyası hazırlanıb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Azərbaycan Elminin İnkişaf Konsepsiyası hazırlanıb. Bunu APA-ya açıqlamasında AMEA-nın I vitse prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, Konsepsiya “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında elm qarşısında duran məsələlərin icrasına nəzarət etmək məqsədilə hazırlanıb:  “Azərbaycan elminin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı 2009-cu ildə təsdiq olunub. Bu proqram 2015-ci ilə qədər elmin inkişafını özündə əks etdirir. Azərbaycan elminin bundan sonrakı inkişafı yeni hazırlanan Konsepsiyada əks olunacaq. Yanvarın 30-dək AMEA-ya tabe olan qurumlar da öz təkliflərini Rəyasət Heyətinə təqdim etməlidirlər. AMEA bu təklifləri İqtisadi İnkişaf Nazirliyinə təqdim edəcək. “Azərbaycan Elminin İnkişafı Konsepsiyası” “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının tərkibinə daxil olacaq”.
    16.01.13 Məqaləni oxumaq
     
    Nazirlik məktəb-liseyin fəaliyyətini “kafi” qiymətləndirdi
    Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ümumi təhsil müəssisələrinin akkreditasiyasının ilk dəfə aparıldığını qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub. Bakı şəhər 164 nömrəli tam orta məktəbdə aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Bəhram Şiriyev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. B.Şiriyev 164 nömrəli tam orta məktəbdə tədrisin təşkili, təhsil müəssisəsinin pedaqoji kollektivi və şagird kontingenti, məzunların ali məktəblərə qəbulu, eləcə də digər bu kimi məsələlərdən söz açıb. 
    15.01.13 Məqaləni oxumaq
     
    2013-cü il üçün imtahan yerləri bazasının formalaşdırılmasına başlanıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü ildə ali təhsil müəssisələrinin müxtəlif səviyyələrinə qəbul, buarıxılış siniflərinin şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi, sınaq və digər imtahanlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində və bölgələrdə imtahan binalarına baxış keçirilməsi prosesinə başlayıb.İmtahan yerləri bazasında mövcud 500-ə yaxın binaya baxış keçirildikdən sonra onların imtahana yararlılıq dərəcələri müəyyənləşdiriləcək, yeni binalar haqqında məlumat və dəyişikliklər bazaya daxil ediləcək, binaların pasportları yenidən tərtib ediləcək. 

    11.01.13 Məqaləni oxumaq
     
    Peşə məktəblərinin fəaliyyəti “kafi” qiymətləndirilib
    Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinin əhəmiyyətini qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə reallaşdırılan tədbirlərin zəruriliyini nəzərə çatdırıb. Cəlilabad Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. V.Quliyev Cəlilabad Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı və digər bu kimi məsələlərdən söz açıb. 2 nömrəli Bakı Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb.
    11.01.13 Məqaləni oxumaq
     
    Kimya fənninin tədrisinə VII sinifdən başlanacaq
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında kimya fənni üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilib. Seminar iclasında Bakı və Sumqayıt  şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə  TQDK-nın Naxçıvan, Gəncə, Şəki və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında  həmin bölgələrin ümumtəhsil məktəblərinin müəllimləri də iştirak edib və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.

    10.01.13 Məqaləni oxumaq
     
    Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzuları müzakirə olunub
    Bu gün Təhsil Nazirliyinin sifarişi əsasında 2012-ci ildə Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilib.
    Təhsil naziri Misir Mərdanov ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının digər sahələrlə yanaşı, təhsil sektorunun da hərtərəfli inkişafına təkan verəcəyini bildirib.  Nazir Təhsil Problemləri İnstitutunda təhsil sahəsi üzrə ictimaiyyəti maraqlandıran müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə çatdırıb. Görülmüş işlərin, həyata keçirilmiş islahatların nəticələrinin qiymətləndirilməsinin əhəmiyyətinə toxunan Misir Mərdanov təhsil sahəsində yeniliklərin tətbiqi prosesinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

    09.01.13 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi müsabiqəi keçirir
    Təhsil Nazirliyinin təşkilatçılığı ilə “1 şagird – 1 kompüter” müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Müsabiqənin təşkil edilməsində əsas məqsəd İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılmasından ibarətdir. Müsabiqənin Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri arasında hər il keçirilməsi qərara alınıb. 
    07.01.13 Məqaləni oxumaq
     
    Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilib
    Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilib. Tədbirdə çıxış edənlər akademik R.Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsini zamanında yazılmış sanballı, intellektual bir məqalə kimi qiymətləndirmiş, bu vətənpərvər ruhlu yazı ilə bağlı fikirlərini bölüşüblər.
    28.12.12 Məqaləni oxumaq
     
    Geologiya İnstitutu fəaliyyəti ilə bağlı hesabat verdi
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu 2012-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib. AMEA-nın Yer Haqqında Elmlər Bölməsi və Geologiya İnstitutu Elmi Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə institut tərəfindən neft-qaz, geodinamika, palçıq vulkanizmi, hidrogeologiya və geologiya elminin digər istiqamətlərində aparılmış tədqiqatların gedişatı və nəticələri barədə məlumat verilib.
    27.12.12 Məqaləni oxumaq
     
    Nazir xəbərdarlıq etdi
    Təhsil naziri Misir Mərdanov 2012-2013-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə bir sıra tapşırıqlar verib. Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Mərdanovun bununla bağlı imzaladığı əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməlidirlər.
    24.12.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30