Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 51 52 53 54 55 56 57 58 59 » #
    BŞTİ paytaxt məktəblərində monitorinq aparacaq
    Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində təhsil alan IV və V sinif şagirdlərinin bilik səviyyəsini yoxlamaq üçün mayın əvvəlində monitorinqlərə başlayır. BŞTİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinq üçün IV siniflərin seçilməsinin əsas səbəbi bu şagirdlərin təhsilin bir pilləsindən digərinə keçməsidir. Qeyd edək ki, monitorinq aparılan V sinif şagirdlərinin bilik səviyyəsi ötən il qiymətləndirilib. İndi bu şagirdlərin V sinifdəki müvəffəqiyyətləri yoxlanılacaq. Monitorinqin nəticələri əsasında müvafiq təkliflər hazırlanacaq və həmin təkliflər həm zəif oxuyan uşaqların, həm də ən yaxşı oxuyan şagirdlərin istedadının inkişaf etdirilməsi ilə bağlı olacaq. Bu prosesin gələcəkdə əhatə dairəsinin genişləndirilməsi və bütün sinifləri əhatə etməsi planlaşdırılır.
    29.03.11 Məqaləni oxumaq
     
    Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi keçiriləcək
    Aprelin 9-da Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi açılacaq. Sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, Şimali Kipr, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. KƏLAMİNFO xəbər verir ki, ümumilikdə, sərgidə 12 ölkənin 60 ali təhsil ocağı təmsil olunacaq. Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar.
    28.03.11 Məqaləni oxumaq
     
    V.L.Komarov adına Botanika İnstitutu ilə AMEA Botanika İnstitutu arasında müqavilə izalanıb
    Rusiya Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunun (Sankt-Peterburq) alimləri - iki dəfə Rusiyanın Dövlət Mükafatı laureatı, REA-nın müxbir üzvü, Herbari şöbəsinin müdiri Rudolf Vladimiroviç Kamelin, b.e.d. Olqa Petrovna Kamelina, b.e.n. İqor Germanoviç Leviçev və b.e.n. Lyudmila Stepanovna Krasovskaya AMEA Botanika İnstitutunda olublar. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, qonaqlar institutun direktoru Validə Əli-zadə ilə görüşüblər. Görüşdə gələcək əməkdaşlıq əlaqələri istiqamətində razılıqlar əldə edilib və elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.
    28.03.11 Məqaləni oxumaq
     
    TQDK rezidenturaya qəbul qaydalarını nəşr edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) rezidenturaya qəbul qaydaları və qəbul proqramları test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. “Rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməli və imtahana hansı fənlərin proqramları əsasında hazırlaşmalı?” kimi suallara cavab almaq üçün ilk növbədə “Rezidentura” jurnalını əldə etmək və burada verilmiş “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli” ilə diqqətlə tanış olmaq lazımdır. Bu materiallar TQDK tərəfindən yaradılmış Səhiyyə Nazirliyinin və Tibb Universitetinin mütəxəssislərindən ibarət işçi qruplarında hazırlanıb. Buraxılışda bütün ixtisaslar üzrə rezidenturaya qəbul proqramları təqdim edilib. Proqramlar baza ali tibb təhsili səviyyəsinin istiqamətləri üzrə qruplaşdırılaraq verilib.
    18.03.11 Məqaləni oxumaq
     
    Nazirlər Kabineti “Təhsil haqqında” qanunun tətbiqi ilə bağlı qərarında bəzi dəyişiklik edib
    Nazirlər Kabineti bəzi qərarlarında dəyişikliklər edib. Nazirlər Kabinetindən KƏLAMİNFO-ya verilən məlumata görə, dəyişiklik “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanının 1.30-cu bəndinə əsasən aparılıb. Qərara əsasən, “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 1 və 2 nömrəli əlavələrinin mətnində “attestatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilib. Bundan əlavə, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın 11.1.3-cü bəndində “Azərbaycan dili” - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə),” sözlərindən sonra “Ədəbiyyat” sözü əlavə edilib.
    17.03.11 Məqaləni oxumaq
     
    Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri ADU-da olub
    Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycan Dillər Universitetində (ADU) “Şərq əməkdaşlığı və Avropa Birliyi-Azərbaycan münasibətlərinin vəziyyəti” mövzusunda təqdimatla çıxış edib. Çıxışı zamanı R. Kobia Avropa Birliyinin yaranma tarixi, Avropa Birliyi-Azərbaycan münasibətləri, eləcə də Şərq əməkdaşlığından geniş şəkildə danışıb. Bu barədə KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən məlumat verilib. Nümayəndəliyin rəhbəri Avropa Birliyinin dünyada ilk inkişaf edən iqtisadi təşkilat olduğuna toxunaraq, AB-də 23 rəsmi dilin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. R.Kobianın dediyinə görə, Avropa Birliyində üzv dövlətlərin könüllü iştirakı, bərabər əsasda bütün üzvlərin qərar qəbul etməsi, tam şəffaf iştirak sistemi var ki, bunların heç biri SSRİ-də olmayıb. AB-Azərbaycan əlaqələrinin tarixinin 1990-cı illərdən başlandığını deyən səfir əlaqələrin daha da genişlənməsindən söz açıb. Bundan əlavə, Şərq əməkdaşlığına toxunan R.Kobia bu əməkdaşlığın demokratiya, insan hüquqları, yaxşı idarəetmə, bazar iqtisadiyyatı üzərində qurulduğunu qeyd edib.
    15.03.11 Məqaləni oxumaq
     
    TQDK abituriyentlər üçün növbəti sınaq imtahanlarının vaxtını açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də və 10-da növbəti sınaq imtahanlarını keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanlarda yeni 2 nömrəli test kitabçalarından istifadə olunacaq. Həmin imtahanda iştirak etmək istəyən abituriyentlər sabah saat 11:00-dan etibarən TQDK-nın internet saytının müvafiq səhifəsinə (www.tqdk.gov.az/sinaq) daxil olmalı, TQDK-nın ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə sınaq imtahanına yazılmalıdırlar. Həmin səhifədə imtahanların keçiriləcəyi yerlərin siyahısı göstəriləcək. Ödəmə kartlarını TQDK-nın “Abituriyent” satış köşkündən, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar.
    15.03.11 Məqaləni oxumaq
     
    TQDK həkim mütəxəssislərin hazırlanması üçün rezidenturaya qəbul qaydalarını elan etdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul qaydalarını elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər. Rezidenturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, qüvvədə olan qanunvericillikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, rezidenturaya yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslara qəbul oluna bilərlər. Rezidenturaya qəbul həkimin ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisaslar üzrə aparılır. Həkimlər qəbul imtahanında iştirak etmək üçün təyin olunacaq vaxtda TQDK-nın rəsmi internet saytında “Həkimin elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissıyasına (SQK-a) tələb olunan sənədləri sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
    12.03.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyində Ali təhsildə yeni maliyyələşmə mexanizmi ilə bağlı müşavirə keçirilib
    Təhsil Nazirliyində “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda müşavirə keçirilib. Müşavirədə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, Nazirlər Kabinetinin şöbə müdirinin müavini Qurban Əmirov və ali məktəb rəhbərləri iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Müşavirədə “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda təqdimat-məruzə ilə çıxış edən M.Mərdanov bildirib ki, yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində bir sıra ali məktəblərdə dövlət sifarişi üzrə tələbə qəbulu gözləniləndən az olub, ödənişli əsaslarla tələbə qəbulu isə artıb. Nazir ali təhsil müəssisələrində büdcədənkənar vəsaitlərdən əməkhaqqına ayrılan vəsaitin artırılmasının da nəzərdə tutulduğunun açıqlayıb.
    11.03.11 Məqaləni oxumaq
     
    TQDK TCS-2011 imtahanında iştirak etmək istəyən abituriyentlər üçün elan verib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) TCS-2011 imtahanında iştirak etmək istəyən abituriyentlər üçün elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ərizə qəbuluna, imtahanın keçirilməsinə, imtahan nəticələrinin elan edilməsinə dair məlumatları www.osym.gov.tr səhifəsindən əldə etmək olar.
    11.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 51 52 53 54 55 56 57 58 59 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30