Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 50 51 52 53 54 55 56 57 58 » #
    TQDK ali məktəblərə qabiliyyət imtahanlarının vaxtını açıqladı
    Ali məktəblərə sənəd verən abituriyentlərin musiqi sənəti, təsviri incəsənət, kino-aktyorluq istiqamətləri üzrə qabiliyyət imtahanı iyulun 7-13 tarixlərində keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Memarlıq və dizayn istiqamətini seçənlər 14-20 iyulda, idman istiqamətini seçən abituriyentlər isə 20-28 iyulda imtahandan keçəcək. Ali məktəblərdə ixtisas seçimi isə avqustun 2-dək davam edəcək.
    19.04.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinin “qaynar xətt”inə 1707 müraciət daxil olub
    Ötən ay ərzində Təhsil Nazirliyinin “qaynar xətt”inə 1707 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsil şöbəsinin baş məsləhətçisi, “qaynar xətt”in koordinatoru Ənvər İmanov söyləyib. Onun sözlərinə görə, müraciətlərin 1575-i telefon, qalanları isə elektron vasitə ilə daxil olub. 1518 müraciət sorğu və məlumat, 189 müraciət isə şikayət xarakterli olub. Müraciətlərin 70-80 faizi ümumtəhsil müəssisələrindən olub. Müraciətlər müəllimlərin dərs yükü, imtahanlar, müəllimlərin işə qəbulu və digər mövzularla bağlı olub. Müraciətlərə vaxtında cavab verilib, şikayətlər araşdırılıb və müvafiq qərarlar qəbul edilib. İşlərində yol verdikləri nöqsanlara görə bir müəllimə töhmət verilib, başqa bir müəllimə isə şifahi xəbərdarlıq edilib.
    19.04.11 Məqaləni oxumaq
     
    Təhsildə gender problemləri müzakirə olunub
    Azərbaycan Dillər Universitetində (ADU) “Təhsildə və məişətdə gender problemi” mövzusunda seminar keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”a ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova verib. “Təhsildə və məişətdə gender” adlı təqdimatla çıxış edən ADU-nun İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Kifayət Gözəlova bildirib ki, gender qadının və kişinin cəmiyyətdəki sosial rolunu və vəziyyətini təyin edən anlayış kimi xarakterizə olunur. Onun sözlərinə görə, dünyada ali təhsilli insanların 57%-ni kişilər, 43 %-ni isə qadınlar təşkil edir. Peşə təhsilinə gəldikdə isə kişilərdə bu göstərici 69,7 %-dir. Bu məsələdə ailədə verilən tərbiyə də önəmli rol oynayır. Belə ki, ailə başçıları daha çox oğlanların ali təhsil almasına üstünlük verirlər. Kafedranın müəllimi Reyhan Rzayeva isə “Cəmiyyətdə qadınlar” mövzusuna toxunub. R.Rzayeva Azərbaycan qadının ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutduğunu vurğulayıb. Seminar məruzələr ətrafında aparılan müzakirələrlə yekunlaşıb.
    18.04.11 Məqaləni oxumaq
     
    “İnsan, zaman və həyat həqiqəti” monoqrafiyası nəşr edilib
    AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nailə Səmədovanın “İnsan, zaman və həyat həqiqəti” monoqrafiyası nəşr edilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, “Nurlan” nəşriyyatında çap edilən kitabda XI əsrdən dövrümüzə qədər yaşayıb-yaratmış bir sıra Azərbaycan ədibləri və sənət adamlarının əsərlərində, tərcümeyi-hal və xatirələrində əks olunan müxtəlif məsələlər ətrafında fikirlər yürüdülüb, insan, zaman və həyatın real təcəssümü olan memuar nümunələri təhlil edilib. 264 səhifə həcmində olan əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.
    14.04.11 Məqaləni oxumaq
     
    Abel Məhərrəmov: “Elmi kim qabağa apara biləcək?”
    “Son zamanlar ali məktəblərdə magistratura pilləsində gənclərin hərbi xidmətə cəlb olunmasında çoxlu problem yaranıb”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, məsələn, Bakı Dövlət Universitetində 988 nəfər magistr pilləsində təhsil alır. “Onlardan 687 nəfəri qız, 301 nəfəri oğlandır. Əgər bu oğlanlar növbəti hərbi xidmətə çağırılacaqsa, gələcəkdə elmi kim qabağa apara biləcək? Bilirik ki, qızlar bəzən ailə qurduqlarına görə elmlə məşğul ola bilmirlər. Oğlanların isə hərbi xidmətə çağırılması onların təhsildən yayınmasına gətirib çıxarır. İkinci problem isə ondan ibarətdir ki, hətta əyani şöbəyə daxil olan magistrlər bir müddətdən sonra dövlət qulluğuna elan çıxan kimi ərizə verib qəbul olunurlar. Bununla da onlar rektora müraciət edərək işlə təmin olunduğuna görə təhsildən azad edilməsini xahiş edirlər. Dövlət qulluğuna elan zamanı magistrlərin təhsildən yayınması təhsildə deformasiyaya gətirib çıxaracaq. Təklif edirəm ki, müvafiq qurumlar bu məsələni müzakirə etsinlər”-deyə millət vəkili vurğulayıb.
    08.04.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi imtahanların nəticələrini açıqlayıb
    Təhsil Nazirliyi aprelin 3-də ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirdiyi yoxlama imtahanlarının nəticələrini açıqlayıb. Təhsil Nazirliyindən KƏLAMİNFO-a verilən məlumata görə, imtahanlar Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlıda keçirilib. İmtahan nəticələri http://exam.edu.gov.az/ saytında yerləşdirilib. Şagirdlər bu internet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər. Nazirlikdən bildirilib ki, imtahanlar test üsulu ilə keçirilib və buraxılış imtahanlarına hazırlıq xarakteri daşıyıb. Məqsəd şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə nail olmaqdır. Qeyd edək ki, növbəti imtahanlar aprelin 10-da Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda, aprelin 17-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda keçiriləcək.
    07.04.11 Məqaləni oxumaq
     
    Bakıda beynəlxalq elmi konfrans keçiriləcək
    Sentyabrın 28-30-u tarixlərində AMEA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Konfrans “Xalq Cümhuriyyətinin qurulması ərəfəsində Azərbaycan”, “Azərbaycan Xalq Cümhuriyyəti - şərqdə ilk hüquqi, dünyəvi, demokratik respublika” və “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” bölmələri üzrə fəaliyyət göstərəcək.
    07.04.11 Məqaləni oxumaq
     
    Məktəblərin qiymətləndirilməsi bu həftə yekunlaşdırılacaq
    Aprelin 9-da Təhsil Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsi üzrə qiymətləndirmələr başa çatacaq. Hazırkı mərhələdə məktəb direktorları təhsil ocaqlarının son 3 il ərzindəki fəaliyyəti və nailiyyətləri ilə bağlı 10 dəqiqəlik təqdimatlar etməkdədirlər. «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin komissiyasının üzvü Təranə Şərifova «Azadinforum»a açıqlamasında bildirdi ki, aprelin sonunda «Ən yaxşı müəllim» müsabiqəsinin üçüncü - sonuncu mərhələsi üzrə qiymətləndirmələrə start veriləcək. Bu mərhələdə müəllimlərin peşə fəaliyyətindəki uğurları, layihələrdə iştirakı, yaradıcılığı qiymətləndiriləcək. Qeyd edək ki, «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsində qalib gələn məktəbə 10 min manat, «Ən yaxşı müəllim» müsabiqəsində qalib gələn müəllimə isə 5 min manat pul mükafatı veriləcək.
    05.04.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyində bir neçə struktur bölmə rəhbərinin təqdimat-məruzəsi dinlənilib
    Bu gün Təhsil Nazirliyində nazirliyin bir neçə struktur bölmə rəhbərinin təqdimat-məruzəsi dinlənilib. Öncə Təhsil Nazirliyinin Hüquq sektorunun müdiri Elmir Həsənov ““Təhsil haqqında” Qanununun qəbul edilməsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi” mövzusunda təqdimat edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyinjən veriblər. E.Həsənov müvafiq qanuna uyğun olaraq hazırlanan bir çox sənədin Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu bildirib və qeyd edib ki, daha 5 sənəd isə təsdiq olunma mərhələsindədir. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı 13-19 fevral 2011-ci il tarixlərində 16 nəfərdən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri barədə təqdimat-məruzə ilə çıxış edib.
    31.03.11 Məqaləni oxumaq
     
    Misir Mərdanov ABŞ səfiri Metyu Brayza ilə görüşüb
    Bu gün təhsil naziri Misir Mərdanov ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Naziliyindən veriblər. Görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlıqda təhsil sahəsinin də mühüm rolu olduğunu bildirib. Nazir, son illər ölkə prezidentinin rəhbərliyi ilə təhsil sahəsinin inkişafı istiqamətində mühüm addımların atıldığını xüsusi qeyd edib. M.Mərdanov Azərbaycanla ABŞ arasındakı səmərəli təhsil əlaqələrinin müsbət nəticələrindən danışıb, bir sıra təhsil və mübadilə proqramları çərçivəsində görülən işləri diqqətə çatdırıb.
    30.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 50 51 52 53 54 55 56 57 58 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30