Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 49 50 51 52 53 54 55 56 57 » #
    Misir Mərdanov: “Ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılması nəzərdə tutulur”
    2011-2012-ci il tədris ili üçün ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılması nəzərdə tutulur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib. M.Mərdanov bildirib ki, bununla bağlı Təhsil Nazirliyi Maliyyə Nazirliyinə müraciət edib. Onun sözlərinə görə, təhsil haqlarının nə qədər artırılacağı hələlik bəlli deyil. M.Mərdanov onu da əlavə edib ki, artıq Azərbaycan Nazirlər Kabineti növbəti tədris ili üçün ali məktəblərə qəbul planını təsdiqləyib. M.Mərdanov Dillər Universitetində diplom işinin ləğv edilməsinə də münasibət bildirib. O, bu işin pilot layihə kimi həyata keçirildiyini qeyd edib. Bildirib ki, layihə uğurlu olarsa, digər ali təhsil ocaqlarında da tətbiq oluna bilər.
    30.04.11 Məqaləni oxumaq
     
    Doktoranturaya qəbulun vaxtı yaxınlaşır
    Bu ilin avqust ayında doktoranturaya qəbulla bağlı elan veriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov söyləyib. Akademik qeyd edib ki, cari ilin sentyabr ayında isə doktoranturaya qəbul imtahanlarının aparılması nəzərdə tutulub. Onun sözlərinə görə, qəbul planı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilib və bu planlar çərçivəsində qəbul həyata keçiriləcək. A.Həşimov əlavə edib ki, hər bir elmi-tədqiqat müəssisəsi, dövlət qurumu, səhmdar cəmiyyət qəbulla bağlı planlarını alıblar.
    29.04.11 Məqaləni oxumaq
     
    Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlanmalıdır
    Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı bizə yenicə tapşırıq daxil olub və biz hələ o təklifləri hazırlamamışıq. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov söyləyib. Müəllimlərə yeni statusun verilməsi ilə bağlı hansı işlərin görüldüyü, bununla bağlı Təhsil Nazirliyinin nə kimi təklifləri olduğuna münasibət bildirən F.Qədirov qeyd edib ki, bununla bağlı əsaslandırılmış təkliflər hazırlanmalıdır. “Bu təcrübə Azərbaycanda olmayıb. Ona görə də bunun üçün fikir formalaşmalıdır”,-deyən F.Qədirov sənədin hazılanmısında xarici təcrübədən də istifadə ediləcəyini istisana etməyib. Sənədin bu il ərzində hazılanacağına gəlincə, F.Qədirov bildirib ki, statusla bağlı Konsepsiyanın hazılanmasına 3 ay vaxt verilib. Onun sözlərinə görə, konsepsiya hazırlandıqdan sonra onun icra mexanizmləri və digər məsələləri yaradılmalıdır ki, bu da xeyli vaxt aparacaq. Yeni statusun əvvəllər müəllim işləyənlərə də şamil olunacağmı sualına gəlincə, F.Qədirov qısa olaraq belə cavab verib ki, hər şey təklifər və onların qəbul edilməsindən asılı olacaq.
    29.04.11 Məqaləni oxumaq
     
    Bu gündən abituriyentlərin sənədlərinin qəbulu başlayır
    Bu gündən etibarən ali məktəblərə ərizə verən abituriyentlər sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirə bilərlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Ərizələrin təsdiqi üçün ayrılan vaxt mayın 31-də başa çatacaq. Ali və orta təhsil məktəblərinə (tam orta təhsil bazasında) qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı da bu gün başlayır və mayın 31-də başa çatır. Abituriyentlər qeydiyyata alınmaq üçün müvafiq Qabiliyyət İmtahanı Komissiyasına tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidirlər.
    27.04.11 Məqaləni oxumaq
     
    Asəf Hacıyev: “Müəllimlər yüksək maaş və pensiya alacaqlar”
    “Azərbaycanda müəllimlərin dövlət qulluqçusu kateqoriyasına daxil edilməsi ilə bağlı Prezident İlham Əliyevin qərarı böyük əhəmiyyətə malikdir. Bütün təhsil ictimaiyyəti dövlət başçısının bu addımını alqışlayır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev deyib. A.Hacıyev bildirib ki, bu məsələnin müəllimlər üçün mənəvi cəhətdən üstünlüyü çoxdur. Çünki təhsil işçiləri xalqımız qarşısında böyük xidmətlər göstərir, gənc nəslin təlim-tərbiyəsində, onların yaxşı təhsil almasında öz zəhmətlərini əsirgəmirlər. Onun sözlərinə görə, bu mənada müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi mənəvi baxımdan önəmlidir. “Əlbəttə, bu məsələnin sosial tərəfi kifayət qədər vacibdir. Müəllimlər dövlət qulluqçusu olduqdan sonra yüksək maaş və pensiya alacaqlar. Bu qərar tətbiq olunanda yəqin ki, yaşlı müəllimlər yüksək təqaüd müqabilində pensiyaya çıxacaqlar. Şübhəsiz ki, yaxın aylarda ölkə Prezidentinin məlum sərəncamına uyğun olaraq tədbirlər görüləcək və müəllimlərin dövlət qulluqçusu kimi statusu rəsmiləşəcək. Mən dövlət başçısının həmin sərəncamını mükəmməl bir sənəd hesab edirəm” - deyə A.Hacıyev vurğulayıb.
    26.04.11 Məqaləni oxumaq
     
    Amerika tarixçilərinin ermənilər və türklər arasında baş verən münaqişələrdən bəhs edən kitabı çap edilib
    AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Amerika tarixçiləri Castin və Karolin Makkartilərin “Türklər və ermənilər. Erməni məsələsi üzrə rəhbərlik” adlı kitabının Azərbaycan dilində olan variantının təqdimat mərasimi keçirilib. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, institutun direktoru, professor İlham Məmmədzadənin redaktorluğu ilə çapa hazırlanan kitab bu elm ocağının əməkdaşları, hüquq elmləri üzrə fəlsəfə doktoru Aydın Əliyev və fəlsəfə doktoru Yaşar Əliyev tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Kitabın Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmasında məqsəd XIX və XX əsrlərdə ermənilər və türklər arasında baş verən münaqişələr və onların tarixi kökləri barədə neytral mövqedən çıxış edən alimlərin ancaq tarixi həqiqətlərə əsaslanan obyektiv fikirlərini Azərbaycan oxucusuna çatdırmaq, “erməni genosidi” deyə tüğyan edən “məzlum” erməni təbliğatının dünyaya meydan oxuduğu bir şəraitdə Azərbaycan oxucusunu əsaslı elmi müzakirələrə hazırlamaqdan ibarətdir.
    25.04.11 Məqaləni oxumaq
     
    TQDK Türkiyə ali məktəbləri üçün ixtisasların siyahısını elan edir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyədə TCS-2011 imtahanlarında iştirak etmək üçün sənəd vermiş Azərbaycan abituriyentlərlə bağlı elan verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Qeyd olunur ki, Türkiyə Respublikasının ÖSYM təşkilatının rəsmi internet saytında 21.04.2011-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları üçün ayrılmış yeni ixtisasların siyahısı göstərilib. Abituriyentlər yeni siyahıdan seçdikləri ixtisasları imtahan zamanı onlara təqdim olunacaq yeni ixtisaslar formasında qeyd edəcəklər. Abituriyentlər siyahı ilə bu linkdə tanış ola bilərlər: osym.gov.tr/dosya/1-57603/h/yeni-2011-tcs-yurtdisi-klz-yeni.pdf
    22.04.11 Məqaləni oxumaq
     
    Ən çox şikayət orta məktəblərlə bağlı olub
    Cari ilin mart ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1707 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciətlərin 1575-i telefonla, 132-si elektron poçt vasitəsi ilə qəbul edilib. Əksəriyyəti (1490 müraciət) sorğu və məlumat xarakterli olan müraciətlər əsasən ümumtəhsil məktəblərinə, məktəbəqədər təhsil müəssisələrinə, ali və orta ixtisas təhsili ocaqlarına aiddir. Məktəbdənkənar və texniki peşə təhsili müəssisələri, eləcə də xaricdə təhsil məsələləri ilə bağlı müraciətlər də daxil olub.
    22.04.11 Məqaləni oxumaq
     
    Bir sıra bölgələrin müəllimləri “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmayıb
    Ölkə rəhbərinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq 2010-2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb. Təhsil Naziriyndən “KƏLAMİNFO”ya verilən məlumata görə “Ən yaxşı müəllim” müsabiqəsi isə davam edir.
    Bu ilki “Ən yaxşı müəllim” müsabiqəsində iştirak üçün 425 müəllim sənəd təqdim edib. Onlardan 10-nun sənədi müvafiq tələblərə cavab vermədiyi üçün baxılmayıb, 415 müəllimin sənədi isə ekspertizadan keçirilib.
    Bu il Naftalan şəhəri, Ağdam, Qobustan, Daşkəsən, Yardımlı, Kəlbəcər, Neftçala, Gədəbəy, Laçın, Tərtər, Saatlı, Sabirabad, Xocavənd, Xocalı rayonlarının məktəblərindən heç bir müəllim müsabiqəyə sənəd təqdim etməyib. “Ən yaxşı müəllim” müsabiqəsinə sənədləri qəbul edilən müəllimlərin göstəricilərinin ekspertizasının nəticələrinə görə, 415 nəfərdən 217-si 1, 3–3, 8 civarında bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb ki, bu da ötən ildəkindən 13 nəfər çoxdur.
    22.04.11 Məqaləni oxumaq
     
    TQDK: “Lənkəran şəhərində yalnız IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək”
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 2-ci sayında texniki səhflə bağlı məlumat yayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    Məlumatda qeyd olunub ki, jurnalın qeyd olunan sayında səhvən Lənkəran şəhərində ali təhsil müəssisələrinə III qrup üzrə qəbul imtahanının keçiriləcəyi göstərilib.
    TQDK bildirir ki, Lənkəran şəhərində yalnız IV ixtisas qrupu üzrə imtahan keçiriləcək.
    22.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 49 50 51 52 53 54 55 56 57 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30