Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 48 49 50 51 52 53 54 55 56 » #
    TQDK sədri: “Jurnalistika ixtisası üçün qabiliyyət imtahanlarının keçirilməsinin qəti əleyhinəyəm”
    “Mən ali məktəblərdə jurnalistika ixtisası üçün qabiliyyət imtahanlarının keçirilməsinin qəti əleyhinəyəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, kütləvi ixtisaslara qabiliyyət imtahanlarının keçirilməsinə ehtiyac yoxdur. TQDK sədrinin sözlərinə görə, müəllimlik, o cümlədən, jurnalistika kütləvi ixtisaslara aiddir. “Düzdür, jurnalistikanın müəllimlik qədər kütləvi ixtisas olduğunu demək çətindir. Amma jurnalistika da kütləvi ixtisasdır. İndi tutaq ki, biz müəllim olmaq istəyən hər bir namizəd üçün qabiliyyət imtahanı keçirdik. Bu gün Azərbaycanda müəllim olmaq istəyənlər heç də yüksək savadlı abituriyentlər deyillər. Müəllimliyə keçid balı 300-dür. Bu halda biz müəllimin gözəl olması, yaxud onun psixologiyası, uşaqlarla davranışına yönəlik abituriyentlə hər hansı qabiliyyət imtahanı keçirsək, uğursuz olar. Çünki müəllimliyə çox yüksək savadlı abituriyentlər sənəd vermirlər” - deyə M.Abbaszadə vurğulayıb.
    13.05.11 Məqaləni oxumaq
     
    Bu günə kimi 43 782 abituriyent elektron ərizələrini təsdiq etdiriblər
    Bu günə kimi 43 782 nəfər abituriyent sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Sənəd Qəbulu Komissiyalarına təqdim edərək elektron ərizələrini təsdiq ediblər. “KƏLAMİNFO” xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. M.Abbaszadə deyib ki, bu günə kimi 1 qrup üzrə 12 836 nəfər (Azərbaycan bölməsi 10 450, rus bölməsi 2386 nəfər), 2 ixtisas qrupu üzrə 11 255 nəfər (Azərbaycan bölməsi 8608, rus bölməsi 2647 nəfər), 3 qrup üzrə 13 325 nəfər (Azərbaycan bölməsi 10 718, rus bölməsi 2607 nəfər) 4 qrup üzrə isə 6366 nəfər (Azərbaycan bölməsi 5267, rus bölməsi 1999 nəfər) öz ərizələrini SKK-da təsdiq etdiriblər. TQDK sədri qeyd edib ki, 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini və tələb olunan sənədlərini SQK-ya təqdim etməlidirlər.
    13.05.11 Məqaləni oxumaq
     
    Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artıb
    Cari tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin planı Nazirlər Kabineti tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il dövlət sifarişli yerlərin sayı 10429 yer təşkil edirdisə, bu il bu rəqəm 10616 olub. TQDK sədri qeyd edib ki, mayın 20-də son ixtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının III buraxılışı çap olunacaq və ayrılan yerlər barədə geniş elan veriləcək.
    13.05.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Turist şirkətlərinin TQDK-ya hazırladıqları təkliflər yersiz məsələdir”
    “Azərbaycanın bəzi turist şirkətlərinin turizm mövsümü ilə əlaqədar qəbul imtahanlarının vaxtının dəyişdirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) hazırladıqları təkliflər yersiz məsələdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. O, qeyd edib ki, turizm mövsümünə görə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi ilə bağlı təklif artıqdır. “Mən də onlara təklif edərdim ki, daxili turizmdə xidmətlərin keyfiyyətini yüksəltsinlər və qiymətləri dəyişsinlər. Keyfiyyətə və qiymətə görə daxili turizmə daha tez və daha çox turist cəlb etmək mümkündür”,-deyə M.Abbaszadə vurğulayıb.
    13.05.11 Məqaləni oxumaq
     
    Abel Məhərrəmov: “Hazırda təhsil sahəsində ciddi islahatlar gedir”
    “Hazırda təhsil sahəsində ciddi islahatlar gedir. Təhsil işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsi də aparılan böyük islahatın vacib tərkib hissəsidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov deyib. A.Məhərrəmov bildirib ki, indiki şəraitdə ziyalılar məsələ ilə bağlı müvafiq təkliflərini verməkdədir. Onun fikrincə, bu proses mərhələlərlə həyata keçiriləcək. “Pensiya yaşına çatmış müəllimlər bu gün təqaüdə çıxmırlar. Bunun səbəbi isə təqaüdün azlığıdır. Dövlət qulluqçusu olanda isə pensiya təminatı da yüksək olur. Bu islahatın həyata keçirilməsində əsas məqsədlərdən biri də müəllimlərin pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Nəzərdə tutulur ki, müəllimlər təqaüdə çıxanda onların pensiyasının məbləği aldıqları maaşın həcminə yaxın olsun”,-deyə akademik vurğulayıb.
    13.05.11 Məqaləni oxumaq
     
    Gövhər Baxşəliyeva: “Elmi dərəcələrə görə təqaüdlər artırılmalıdır”
    “Dövlət büdcəsinə əlavə və dəyişikliklər edilərkən elmi dərəcələrə görə verilən təqaüdlərin artırılmasını təklif edəcəm”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında parlamentin Elm və təhsil komitəsinin üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib. Millət vəkili deyib ki, hazırda doktorluq adına görə 50, elmlər namizədi adına görə isə ayda 30 manat təqaüd verilir: “Mən istərdim ki, o təqaüdlər artsın və bu təklifi səsləndirəcəm”. Son vaxtlar dövlət rəhbərliyi səviyyəsində elmə diqqət və qayğının artdığını deyən G.Baxşəliyeva, həmçinin AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini də zəruri sayıb: “Ezamiyyələrə daha çox vəsait ayrılmalıdır. Şərqşünaslıq İnstitutunun işi bilavasitə xaricdə nəşr olunan ədəbiyyatlarla əlaqədardır, bundan əlavə, bir çox xarici ölkədə əlyazma mərkəzləri, kitab xəzinələri var, həmin mənbələrlə müntəzəm işləmək üçün elmi işçilərimizin ezamiyyəsi lazımdır. Odur ki, elmi ezamiyyələr üçün, həmçinin xaricdən yeni nəşrlərin, dövrü mətbuatın alınması üçün daha çox vəsaitə ehtiyac var. Kitab nəşri üçün də vəsaitlərin ayrılması müsbət effekt verər”. G.Baxşəliyeva AMEA işçilərinin əməkhaqqının ötən ilin sonunda və bu ilin əvvəlində iki dəfə artırıldığını xatırladaraq, bunun elm adamlarına böyük hörmət olduğunu bildirib.
    07.05.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə təhsil sistemindən narazılıq edildi
    “Bizim qəbul elədiyimiz Konstitusiyada normativ sənədlərin çox sabit olması nəzərdə tutulsa da, bu, tez-tez dəyişilir. Tələbə qəbulu qaydalarına müəyyən düzəlişlər edilməsi buna misaldır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında deyib. O bildirib ki, əgər bu dəyişiklik edilirsə belə, gələn il üçün nəzərdə tutulmalıdır. “Azərbaycanda heç kimə sirr deyil ki, hər dəfə TQDK sədri Məleykə Abbaszadə bildirir ki, ölkədəki orta məktəblərdə tədris işi yaxşı təşkil olunmayıb. Buna görə də ildən-ilə test sualları çətinləşdirilir. Baxmayaraq ki, Azərbaycanda orta təhsil pulsuzdur, gəlin yoxlayaq görək neçə faiz tələbə repetitorsuz ali məktəblərə qəbul olunur.
    06.05.11 Məqaləni oxumaq
     
    Abel Məhərrəmov: “Hər kəs elmi adı öz zəhməti, alın təri ilə qazanmalıdır”
    “Azərbaycanda elmə marağın artması müsbət haldır. Elmi ad almaq və elmi fəaliyyətlə məşğul olmaq istəyənlərin sayı xeyli çoxalıb. Son vaxtlar Azərbaycanda elmin inkişafı istiqamətində ciddi addımların atılması gənclərin elmə olan marağını daha da gücləndirəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib. A.Məhərrəmov qeyd edib ki, elmdə plagiatlıq olsa da, onun qarşısı alınır. Yəni bu istiqamətdə dövlət mexanizmi yaxşı işləyir. Belə halların həmişə olduğunu deyən akademik buna qarşı daim mübarizə aparıldığını söyləyib. “Mən əminəm ki, son zamanlar həyata keçirilən tədbirlər bu sahədə xeyli yenilikləri ortaya çıxaracaq. Hər kəs elmi adı öz zəhməti, alın təri ilə qazanmalıdır”,-deyə A.Məhərrəmov vurğulayıb. Akademik son günlər Azərbaycan Prezidenti tərəfindən elm sahəsi ilə bağlı imzalanmış sərəncamların əhəmiyyətini vurğulayıb. O bildirib ki, hər bir xalqın, dövlətin gələcəyi elm və təhsillə bağlıdır.
    05.05.11 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Dövlət imtahanlarını tam olaraq ləğv etməmişik”
    “Dövlət imtahanları və buraxılış işini tam olaraq ləğv etməmişik. Biz sınaq üçün Xarici Dillər Universitetində bunu həyata keçirdik”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, bu sistem özünü doğrultsa, gələcəkdə digər universitetlər də bu sistemə keçə bilər: “Əgər tələbə 4 il ərzində nəzərdə tutulan kreditləri tam ödəyə bilibsə, onları biz əlavə imtahandan azad edirik. Bu işin mahiyyəti bundan ibarətdir”. Nazir, həmçinin ödənişli təhsil haqqının qaldırılması ilə bağlı fikirlərin tam dəqiq olmadığını bəyan edib. Nazirliyin gəldiyi qərar budur ki, dövlət sifarişi hesabına qəbul olunanların dövlət tərəfindən ödənilən təhsil xərcləri ödənişli təhsil xərcindən aşağı olmasın. O, bu təklifin Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə təqdim olunduğunu və bu barədə müvafiq qərarın qəbul ediləcəyini qeyd edib.
    04.05.11 Məqaləni oxumaq
     
    TQDK həftə ərzində nəticələri açıqlayacaq
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də respublikanın 25 şəhərində keçirdiyi sınaq imtahanının nəticələrini bu həftə açıqlayacaq. Bu barədə məlumatı “KƏLAMİNFO” TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada aparılıb. İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb. Həftə ərzində nəticələrin Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Nəticələr elan olunduqda “Azercell” şirkəti ilə yanaşı, “Bakcell” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə imtahanın nəticələrini öyrənə bilərlər.
    02.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 48 49 50 51 52 53 54 55 56 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30