Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  47 48 49 50 51 52 53 54 55  #
    İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək aparılacaq
    İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə bildirib. O, I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin ixtisas seçiminə buraxılacağını bildirib. “ III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı balı 10-dan az olmayan abituriyentlər ixtisas seçiminə buraxılacaq” - deyə o qeyd edib. Sədr, həmçinin ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına bal məhdudiyyəti tətbiq olunmadığını əlavə edib. “Bakı İslam Universitetinin ixtisaslarını ümumi balı 150-dən az olmayan və iyulun 7-dən 13-dək bu təhsil müəssisəsində yaradılmış dini-psixoloji komissiyadan müvəffəqiyyətlə keçən abituriyentlər seçilə bilərlər” - deyə komissiya sədri diqqətə çatdırıb.
    27.05.11 Məqaləni oxumaq
     
    İyunun 5-də sonuncu sınaq imtahanıdır
    Mayın 29-da ölkənin 27 şəhərində sınaq imtahanı olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O, sınaq imtahanının Bakı, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Qobustan, Göygöl, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək, Sədərək, Şərur, Culfa rayonlarında və digər şəhərlərdə keçiriləcəyini bildirib. M.Abbaszadə sınaq imtahanında iştirak etmək üçün 31 min 842 abituriyentin qeydiyyatdan keçdiyini söyləyib. Sədr sonuncu sınaq imtahanının iyunun 5-də keçiriləcəyini də əlavə edib.
    27.05.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi bir sıra QHT ilə müqavilə imzaladı
    Bu gün Təhsil Nazirliyi ilə qeyri-hökumət təşkilatları arasında 2011-2012-ci tədris ilində ümumi təhsil müəssisələrinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələrin imzalanma mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, ibtidai təhsilin keyfiyyətini yüksəltmək üçün ilk növbədə fənn kurikulumu, təlim strategiyaları və yeni qiymətləndirmə mexanizmlərinin tətbiqini həyata keçirəcək müəllimlərinin pedaqoji-metodiki bacarıqlarını, fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır.
    27.05.11 Məqaləni oxumaq
     
    Arif Həşimov: “Hər bir alim yaşından asılı olmayaraq, bu və ya digər formada fəaliyyətini davam etdirəcək”
    Yaş senzi ilə bağlı qəbul edilən qərar, qanun icra edilməlidir, ancaq Akademiyada yaşından asılı olmayaraq alimlərin elmi potensialından istifadə ediləcək. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov söyləyib. “Elə olmayacaq ki, o elmi potensialdan istifadə edilməsin. Əminəm ki, qanun imkan verəcək ki, biz elmi potensialdan istifadə edək. İnanmıram ki, qəbul ediləcək son qərar alimlərin məsləhət və elmi işçi qismində saxlamağa imkan verməsin”,-deyən A.Həşimov həmçinin hesab edir ki, yaş senzi elmi fəaliyyətə deyil, inzibati vəzifələrin tutulmasına şamil oluna bilər: “Yaş senzi elmi fəaliyyətlə məşğul olmağa şamil oluna bilməz. Ona görə də, hər bir alim yaşından asılı olmayaraq, bu və ya digər formada fəaliyyətini davam etdirəcək. Tam əmin ola bilərsiniz ki, elmi işçilər yaşlarından asılı olmayaraq, elmi fəaliyyətlərini mütləq davam etdirəcəklər”.
    26.05.11 Məqaləni oxumaq
     
    Növbəti tədris ilinədək 25 məktəb istifadəyə veriləcək
    Növbəti tədris ilinədək Azərbaycanın müxtəlif bölgələrində 25 orta ümumtəhsil məktəbi istifadəyə veriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində Təhsil Nazirliyinin Texniki şöbəsinin əməkdaşı Elman Əzimov söyləyib. E.Əzimov qeyd edib ki, yeni istifadəyə veriləcək məktəblər təxminən 5500 şagird yerlik olacaq. Onun sözlərinə görə, həmin məktəblər Ağcabədi, Bərdə, Göygöl, Qobustan, Qusar, Neftçala, Şəki, Şəmkir, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Göyçay, Goranboy, Tovuz, Zaqatala, Kürdəmir, Ucar, İmişli, Balakən, Şabran, İsmayıllı və Beyləqan rayonlarında istifadəyə veriləcək. O, əlavə məktəblərin də tikilməsinin nəzərdə tutulduğunu söyləyib.
    25.05.11 Məqaləni oxumaq
     
    Təhsil naziri Misir Mərdanov əmr imzalayıb
    Təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb. Təhsil Nazirliyindən “KƏLAMİNFO”a verilən məlumata görə, əmrə əsasən “Son zəng” tədbiri 31 may 2011-ci il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək.
    Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.
    24.05.11 Məqaləni oxumaq
     
    Misir Mərdanov məktəb direktorlarına ciddi xəbərdarlıq edib
    Bakıda, 276 nömrəli tam orta məktəbdə ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı paytaxtın məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, müşavirədə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, idarənin məsul işçiləri və paytaxtın ümumtəhsil məktəbləri, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq başa vurmaqda olduğumuz tədris ili ərzində ümumi təhsillə bağlı bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb. Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirildiyini qeyd edən nazir bu məsələnin ölkə prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanıldığını nəzərə çatdırıb.
    21.05.11 Məqaləni oxumaq
     
    Mahmud Kərimov: “Yaş senzinin tətbiqində vahid standart deyil, fərdi yanaşma olmalıdır”
    Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlarla bağlı yaş senzinin tətbiqində fərdi yanaşma olmalıdır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti Mahmud Kərimov söyləyib. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması ilə bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə münasibət bildirən M.Kərimov hesab edir ki, burada vahid standart deyil, fərdi yanaşma olmalıdır: “Elə alimlər var ki, 65 yaşında çox məhsuldar çalışır, işləyirlər. Onların çoxlu tələbələri, aspirantları var. Ona görə də burada vahid standart deyil, fərdi yanaşma olmalıdır. Elə alimlər də var ki, 60 yaşa çatmamış fəaliyyətini dayandırıb və onlar elmi iş baxımında heç bir perspektiv vəd etmir. Onları təqaüdə göndərmədən işdən azad etmək daha yaxşı olar. Hər bir işçinin elmi fəaliyyəti və istedadı mütləq nəzərə alınmalıdır”. M.Kərimov AMEA-nın strukturlarında 10 minə yaxın insanın çalışdığını xatırladıb və qeyd edib ki, onların təxminən yarısına qədəri təqaüd yaşına çatanlardır. Onun sözlərinə görə, gənclərin sayı yaşlılara nisbətən azdır.
    18.05.11 Məqaləni oxumaq
     
    Doktoranturaya respublika üzrə 500-ə yaxın qəbul olacaq
    Doktoranturaya qəbulla bağlı veriləcək elan üzərində iş aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti Mahmud Kərimov söyləyib. Artıq yerlərin müəyyənləşdiyini diqqətə çatdıran M.Kərimov bildirib ki, yay aylarında elan veriləcək və sentyabrdan etibarən imtahanlar başlayacaq. İxtisasların azalmasına gəlincə, M.Kərimov bildirib ki, bunlar azalmayıb, sədacə sistemləşdirilib və Avropa standartlarına uyğunlaşdırlıb. Cari il qəbulun nə qədər olacağına gəlincə, AMEA prezidenti qeyd edib ki, bu, akademiya üzrə 200, respublika üzrə isə təxminən 500-ə yaxın olacaq.
    17.05.11 Məqaləni oxumaq
     
    Mayın 22-si ali məktəblərə qəbulla bağlı ilk imtahan keçiriləcək
    “Mayın 22-də cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbulla bağlı Bakıda və digər bölgə mərkəzlərində rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan keçiriləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, ikinci imtahan iyunun 26-da Bakıda təşkil ediləcək. “Bundan başqa mayın 15-də respublikanın 25 şəhərində sınaq imtahanları keçiriləcək. Bu imtahanlarda 32 mindən çox abituriyentin iştirakı nəzərdə tutulur. Mayın 18-də isə TQDK Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanları keçirəcək. Bu imtahanlarda iştirak etmək istəyən 454 nəfərin namizədliyi qeydə alınıb. Mayın 21-də ədliyyə orqanlarında, 22-də isə vergi və miqrasiya orqanlarında işə qəbul olmaq istəyənlər üçün test imtahanlar keçiriləcək”,-deyə TQDK sədri məlumat verib.
    14.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  47 48 49 50 51 52 53 54 55  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30