Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 46 47 48 49 50 51 52 53 54 » #
    Orta məktəblərdə keçirilən buraxılış imtahanları davam edir
    Orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən buraxılış imtahanları davam edir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahanlar bu gün Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında keçirilir. Növbəti imtahanlar iyunun 10-u Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonları, iyunun 13-ü Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax, iyunun 16-sı isə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə olacaq.
    07.06.11 Məqaləni oxumaq
     
    Qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncədə keçiriləcək
    Magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bakalavrlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq, bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramında ixtisaslaşmaları seçib, təsdiq etdirməlidirlər. “Qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək”,-deyə TQDK sədri vurğulayıb. O, həmçinin bakalavrların iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq, ikinci mərhələ üçün “bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib, götürməli olduqlarını da bildirib. Xatırladaq ki, magistraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 20-də keçirilib.
    04.06.11 Məqaləni oxumaq
     
    Abituriyentlərin sayı azalıb
    Cari tədris ilində ali məktəblərə qəbul imtahanlarına ərizə verən abituriyentlərin sayı ötən illə müqayisədə 1,85 faiz, yəni 20 085 nəfər azalıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfrasında bildirib. O qeyd edib ki, bu il ümumilikdə qəbul imtahanlarında iştirak etmək üçün 110 423 abituriyent ərizə verib. “Abituriyentlərin 99 min 190-ı Azərbaycan, 11 min 233-ü rus bölməsi üzrə sənəd verib. Ümumilikdə bu il 1-ci ixtisas qrupuna 34 988, 2-ci ixtisas qrupuna 27 068, 3-cü ixtisas qrupuna 32 859, 4-cü ixtisas qrupuna 15 508 nəfər sənəd verib” - deyə M.Abbaszadə vurğulayıb. Onun sözlərinə görə, builki abituriyentlərin 50,38 faizini oğlanlar, 49,62 faizini qızlar təşkil edir. “Son illərdə ilk dəfə olaraq bu il qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən oğlanların sayı qızlara nisbətən bir qədər çoxdur. Sənəd verənlərin 57,17 faizi orta məktəbləri bu il bitirən abituriyentlərdir. Ötən il bu göstərici 55,63 faiz olub” - deyə o, əlavə edib.
    04.06.11 Məqaləni oxumaq
     
    Rusiya ali məktəblərinin boş qalan yerlərinə qəbul imtahanı iyunun 11-i keçiriləcək
    Azərbaycan vətəndaşları üçün Rusiya ali məktəblərində boş qalan yerlərə qəbul imtahanları iyunun 11-də keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, may ayında keçirilmiş imtahanların nəticələrinə görə, azərbaycanlılar üçün ayrılmış plan yerindən 11-i boş qalıb. “Abituriyentlər boş qalmış yerlərə ərizələrini Azərbaycanın Rusiyadakı diasporuna və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə təqdim edirlər. Bizdə olan məlumata görə, artıq boş qalan yerlərə 150 ərizə daxil olub” - deyə TQDK sədri vurğulayıb.
    03.06.11 Məqaləni oxumaq
     
    X Respublika Universiadasında 1450 tələbə öz gücünü sınayıb
    Ali təhsil məktəb tələbələrinin X Respublika Universiadası qalibləri mükafatlandırıldı. “KƏLAMİNFO” xəbər verir ki, X Respublika Universiadası idmanın 10 növü üzrə keçirilib. Gənclik Tələbə İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyev yarışlarda 21 ali məktəb tələbələrinin iştirak etdiyini deyib. Onun sözlərinə görə, yarışda 1450 tələbə öz gücünü sınayıb. “Mübarizəyə qoşulanlardan 528 nəfəri zərif cinsin nümayəndələridir. Yarışmada ilk pillədə Tibb Universiteti yer alıb. İkinci və üçüncü yerlərdə isə İdman Akademiyası və İqtisad Universiteti qərarlaşıb”,-deyə o qeyd edib. Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev ölkə başçısının tövsiyələrini həyata keçirmək üçün gənclər arasında müntəzəm olaraq müxtəlif idman tədbirlərinin həyata keçirildiyini söyləyib. O, Respublika Universiadasının 1993-cü ildən başlayaraq iki ildən bir keçirildiyini vurğulayıb.
    03.06.11 Məqaləni oxumaq
     
    Orta məktəblərdə buraxılış imtahanları başlayıb
    Bu gündən etibarən Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. İlk imtahan bu gün Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəblərində keçirilir. 11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım çəkəcək.
    03.06.11 Məqaləni oxumaq
     
    ADA-nın rektoru Hafiz Paşayev Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub
    Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və icraçı dekan Fariz İsmayılzadə Səudiyyə Ərəbistanının aparıcı təhsil ocaqları ilə əməkdaşlığı müzakirə etmək üçün bu ölkəyə səfər ediblər. ADA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, iki günlük səfər çərçivəsində Hafiz Paşayev Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunun baş direktoru Abdulkərim Həmid Əl-Dekhayel, ölkənin ən böyük universiteti - Səudiyyə Krallığı Universitetinin rektoru Abdulla bin Abdul Rəhman Əl-Otaman, şah Fəysalın adını daşıyan Araşdırma və İslam Tədqiqatı Mərkəzinin rəhbəri, Böyük Britaniyada sabiq səfir, şahzadə Türki Əl-Fəysal və paytaxt Əl-Riyadın meri, şahzadə Səlman Əl-Səudla görüşüb. Azərbaycan Diplomatik Akademiyasının rektoru və Səudiyyə Diplomatik Araşdırmalar İnstitutunun baş direktoru Anlaşma Memorandumu imzalayıblar. H.Paşayev ölkənin aparıcı təhsil ocaqlarının rəhbərlərini Azərbaycana səfərə dəvət edib.
    01.06.11 Məqaləni oxumaq
     
    Ümümtəhsil məktəblərində “son zəng” qeyd edilir
    Bu gün ölkəmizin ümümtəhsil məktəblərində “son zəng” qeyd edilir. “KƏLAMİNFO” xəbər verir ki, təhsil naziri Misir Mərdanov bu günlərdə “Ümumtəhsil məktəblərində” “son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb. Əmrə əsasən, Azərbaycanda “son zəng” mayın 31-də yalnız təhsil müəssisələrinin ərazisində keçiriləcək. Qeyd edilib ki, “son zəng” mayın 31-də saat 10:00-dan başlayaraq üç saat müddətində keçirilə bilər. Əmrdə ölkənin ümumtəhsil məktəblərində təşkil olunan “son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Bununla yanaşı, “son zəng” tədbirini məzunların həyatında yadda qalan və əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olunması da qeyd olunub. Eyni zamanda əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Gəncə şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə "son zəng"in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar da verilib.
    01.06.11 Məqaləni oxumaq
     
    65 yaş həddi elmi tədqiqat müəssislərində çalışanlara şamil olunmayacaq
    Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, komitə sədri Hadı Rəcəbli bildirib ki, gündəlikdə Əmək Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı dövlət başçısı tərəfindən parlamentə daxil olan layihə müzakirə olunur. O qeyd edib ki, layihə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş dövlət büdcəsindən maliyyələşən elmi tədqiqat müəssisələrində çalışanların yaş həddi ilə bağlıdır. Layihəyə əsasən, dövlət müəssisələrində çalışanlar üçün nəzərdə tutulan maksimum 65 yaş həddi elmi tədqiqat müəssislərində çalışanlara şamil olunmayacaq.
    31.05.11 Məqaləni oxumaq
     
    Ali məktəblərə 31 min 519 plan yeri ayrılıb
    Bu il ali məktəblərə 31 min 519 plan yeri ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. Onun sözlərinə görə, 9848 yer I, 8988 yer II, 8839 yer III, 3844 yer isə IV ixtisas qrupu üzrə nəzərdə tutulub. M.Abbaszadə dövlət ali təhsil ocaqlarına 26 min 484 plan yer ayrıldığını da diqqətə çatdırıb. O, dövlət sifarişli yerlərin sayının 10 min 616 olduğunu qeyd edib. “Onlardan 4136 yer I, 2345 yer II, 2642 yer III, 1493 yer isə IV qrup üzrə nəzərdə tutulub. Dövlər ali məktəblərinə I qrup üçün 9 min 127 yer, II qrup üçün 6586, III qrupa 7136 və IV ixtisas qrupu üçün isə 3635 yer ayrılıb. Özəl ali məktəblərə isə bu il 5 min 35 yer ayrılıb ki, onlardan da I ixtisas qrupu üzrə 721, II qrup üzrə 2402, III qrup üzrə 1703, IV ixtisas qrupu üzrə isə 209-dur”,-deyə TQDK sədri M.Abbaszadə əlavə edib.
    28.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 46 47 48 49 50 51 52 53 54 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30