Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Seminar-məşğələlərdə 15000-ə yaxın nəzarətçi-müəllim iştirak edəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ilində keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün yanvarın 23-dən başlayaraq seminar-məşğələlər keçirir. seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.
    04.02.13 Məqaləni oxumaq
     
    Bakı abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 238,911-ə bərabər olub
    “2012-ci ildə paytaxtın ümumtəhsil müəssisələrini 21837 şagird bitirib, onların 20166 nəfəri buraxılış imtahanında iştirak edib və 19518 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb”. Bu barədə açıqlama ilə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinə həsr edilən tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çıxış edib. M.Abbaszadə məzunların buraxılış imtahanında ana dili fənni üzrə topladıqları orta bal 18,31, riyaziyyat fənni üzrə topladıqları orta bal 17,30, hər iki fənn üzrə birlikdə topladıqları orta bal 35,61-ə bərabər olduğunu qeyd edib:
    01.02.13 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti Polşada səfərdədir
    Azərbaycan nümayəndə heyəti Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdədir. Səfərin birinci günü Polşa xarici işlər nazirinin müavini xanım Beata Stelmaçla rəsmi görüş keçirilib. Görüşdə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Şamaxı rayonu İcra Hakimiyyəti başçısı Asif Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. 
    31.01.13 Məqaləni oxumaq
     
    Son səkkiz ildə orta məktəb məzunlarının sayı azalıb
    Azərbaycanda son səkkiz ildə orta məktəb məzunlarının sayı 33810 nəfər azalıb. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə və “Abituriyent” jurnalının 12-ci sayının təqdimatına həsr olunan tədbirdə deyib. Komissiya sədri bildirib ki, 2012-ci ildə ümumi təhsil müəssisələrinin 89298 məzunu olub: “Son səkkiz ildə məzunların sayı 27.46 faiz azalıb. Bu il sənəd verənlərin 58.84 faizini builki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2009-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 60.90 faiz, 2010-cu ildə 55.63 faiz, 2011-ci ildə isə 58.39 faiz olub”.
    30.01.13 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi ilə Koreya Xarici İşlər və Ticarət Nazirliyi arasında Qrant Sazişi imzalandı
    Bu gün Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişinin imzalanması mərasimi keçirilib. Təhsil naziri M.Mərdanov son illər Azərbaycanla Koreya arasında təhsil sahəsində əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdırıb.
    29.01.13 Məqaləni oxumaq
     
    TQDK-da Biologiya fənni üzrə elmi-metodiki seminar keçirilib
    Bu gün TQDK-da Biologiya fənni üzrə elmi-metodiki seminar keçirilib. Seminarda ümumtəhsil məktəblərin 5-ci sinifləri üçün Həyat bilgisi dərsliyi və müəllim üçün metodik vəsaitin müzakirə aparılıb.  Seminar iclasında Bakı və Sumqayıt  şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə  TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında  həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak ediblər.  
    25.01.13 Məqaləni oxumaq
     
    "1-2 ilə doktorluq dissertasiyası yazmaq olmaz"
    “Xaricdə müdafiə olunan elmi işlərin keyfiyyəti bizi çox narahat edir. Təsəvvür edin ki, əvvəl Moskvada yaşaya-yaşaya 8-10 ilə doktorluq dissertasiyası, 5-6 ilə namizədlik dissertasiyası yazıb müdafiə edirdik. İndi isə 1-2 ilə doktorluq diplomu gətirirlər. Bu, bizi narahat edir”.
    23.01.13 Məqaləni oxumaq
     
    TQDK bəzi şagirdlərə güzəşt edə bilər
    Tələbə Qəbulu üzrə Dövlət Komssiyası (TQDK) tərəfindən yaradılan "Şagird-məzun elekton məlumat bazası"na barəsində məlumatlar daxil edilməyən bəzi şagirdlərə əlavə vaxt verilə bilər. Bunu TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Onun sözlərinə görə, ilkin mərhələdə bazaya məlumatların daxil olunmasının yanvarın sonlarında başa çatdırılması nəzərdə tutulur. 
    21.01.13 Məqaləni oxumaq
     
    200 mindən artıq şagird haqqında məlumat sistemə daxil ediləcək
    TQDK tərəfindən 2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq prosesi davam etdirilir.  2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq işləri çərçivəsində Komissiya tərəfindən “Şagird - məzun elektron məlumat bazası” yaradılaraq istifadəyə verilib. Bu sistemə respublikanın ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 200 mindən artıq şagird haqqında məlumatların daxil edilməsi nəzərdə tutulur. 
    18.01.13 Məqaləni oxumaq
     
    “Azərbaycanda erqoterapiyanın tədrisi” mövzusunda “Dəyirmi masa” keçirilib
    Bu gün Təhsil Nazirliyində “Azərbaycanda erqoterapiyanın tədrisi” mövzusunda “Dəyirmi masa” keçirilib.  Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının direktoru Qvendolin Berçel erqoterapiyanın tədrisi haqqında məlumat verərək Azərbaycanda bu sahədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən bəhs edib. Görülmüş işlər sayəsində Azərbaycanda erqoterapiya üzrə mütəxəssislərin hazırlandığını bildirən qonaq bu istiqamətdə nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb. UAFA təşkilatının meneceri Nuranə Abdullayeva “Erqoterapiya–reabilitasiyadan real həyata körpüdür” mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Erqoterapiyanın xüsusi qayğıya ehtiyacı olan uşaqların (həmçinin böyüklərin) sosial həyatının inkişafına təkan verdiyini vurğulayan N.Abdullayeva bu sahə üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına diqqət yetirilməsinin zəruriliyini bildirib. 
    17.01.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30