Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 45 46 47 48 49 50 51 52 53 » #
    Orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı açıqlanıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) tələbə qəbulu elan edib. “KƏLAMİNFO” xəbər verir ki, TQDK-də mətbuat konfransı keçirən komissiyanın sədri Məleykə Abbaszadə bildirib ki, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər iyunun 28-dən avqustun 10-dək internet vasitəsilə elektron ərizələrini doldurmalıdırlar. Bakalavr piləsindən fərqli olaraq onlar ərizələrini dolduranda peşə ixtisaslarını da doldura biləcəklər. Abituriyentlərin ixtisas seçimi ilə bağlı jurnalın hazır olmadığını diqqətə çatdıran M.Abbaszadə qeyd edib ki, ixtisaslar hələ Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. TQDK sədri onu da məsləhət görüb ki, abituriyentlər bu aydan müvafiq sənədlərini əldə etməlidirlər ki, təsdiqlənmə prosesinə hazır olsunlar. Qeyd edək ki, abituriyentlər tələb edilən sənədləri təhsil aldıqları müəssisələrin yerləşdiyi rayonda fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyasına təqdim edərək ərizələrini təsdiq etməlidirlər. Hər bir abituriyent 12-dək ixtisas kodunu seçə bilər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslar seçə bilərlər.
    11.06.11 Məqaləni oxumaq
     
    TQDK sədri: Təhsil haqlarının artırılması təhsilin keyfiyyətinin də artırılmasını tələb edir
    Dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslar üzrə təhsil haqlarının qaldırılması Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) aid məsələ deyil. “KƏLAMİNFO” xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. Komissiya sədri eyni zamanda onu da deyib ki, təhsil haqlarının artırılması təhsilin keyfiyyətinin də artırılmasını tələb edir. O, təhsil haqlarının hesablanması üçün xüsusi metodologiyasının olduğunu deyib: “Bu bütün dünyada belədir. Mən bilmirəm bu metodologiyadan nə dərəcədə istifadə edərək bu addımı atıblar. Ümidvaram ki, bu addımın elmi əsasları var”.
    10.06.11 Məqaləni oxumaq
     
    Hərbi xidməti başa vuranların təhsil almağa marağı artır
    Bu il abituriyentlərin ümumi strukturunda 18-25 yaş arası olan şəxslərin payı çoxalıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında söyləyib. TQDK sədri qeyd edib ki, bu yaş arasında sənəd verənlərin əksəriyyətini oğlanlar təşkil edir: “Bu da onu göstərir ki, hərbi xidmətdən qayıdan oğlanların ali təhsil almağa meyli artır”. TQDK sədri, həmçinin əlavə edib ki, 25-35 yaşlı abituriyentlərin əksəriyyəti ikinci ixtisas alma və ixtisaslarını dəyişmək üçün ali məktəblərə sənəd veriblər. Onun sözlərinə görə, abituriyentlərin arasında 50 yaşdan yuxarı olanlar da var. TQDK sədri bu il də bəzi regionlarda, xüsusilə cənub zonasında ali məktəbə qəbul imtahanlarında iştirak üçün sənəd verən qız abituriyentlərin sayının az olduğunu deyib. O, bu göstəricilərin cənub zonasının ayrı-ayrı rayonları üzrə fərqli olduğunu söyləyib.
    10.06.11 Məqaləni oxumaq
     
    Abituriyentlərin bilik səviyyələrində fərq yoxdur
    Əvvəlki illərlə müqayisədə abituriyentlərin bilik səviyyələrində fərq hiss olunmayıb. Səviyyə demək olar ki, ötənilki kimidir. “KƏLAMİNFO” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdikləri sınaq imtahanlarının nəticələrinə əsaslanaraq söyləyib. TQDK sədrinin sözlərinə görə, nəticələr onu deməyə əsas verir ki, sınaq imtahanlarına qatılanların müəyyən hissəsi müsabiqəyə qatılmaq üçün tələb edilən orta balları toplayıblar. M.Abbaszadə, həmçinin bildirib ki, bu, bütün abituriyentlərin nəticəsi demək deyil, çünki sınaq imtahanlarında abituriyentlərin hamısı iştirak etmir.
    10.06.11 Məqaləni oxumaq
     
    Azərbaycanda 5 910 nəfər elmi dərəcəsi olan pensiya yaşındadır
    Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər təsdiq olunub. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə məlumat verən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qanuna 19.3-cü maddə əlavə olunub. Onun sözlərinə görə, bu əlavədə bildirilir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının əmək pensiyasının baza hissəsi üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əlavə hesablanır. İclasda Dövlət Sosial müdafiə Fondunun sədri Səlim Müslümov deyib ki, Azərbaycanda 10 723 nəfər elmlər doktoru və elmlər namizədi var. “Bunun 1 827 nəfəri elmlər doktoru, 8 896 nəfəri isə elmlər namizədidir ki, onlardan da 5 min 910 nəfəri pensiya yaşındadır. Dəyişiklik təsdiq ediləndən sonra pensiyaların artımla verilməsi üçün 1 ayda 830 min manat, 6 ayda isə 5 mln. manata ehtiyac var”-deyə fondun sədri vurğulayıb. Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
    10.06.11 Məqaləni oxumaq
     
    Əhliman Əmiraslanov: Təhsil haqqının artması Tibb Universitetində qəbul səviyyəsinə təsir etməyəcək
    Azərbaycan ali məktəblərində təhsil haqqının artması Azərbaycan Tibb Universitetində qəbul səviyyəsinə heç bir təsir etməyəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib. O qeyd edib ki, hazırda universitetdə təhsil alanların 50 faizi ödənişsiz ixtisaslarda oxuyur. “Hər il də bundan əlavə, 120-150 nəfər tələbə məcburi köçkün və digər imtiyazlı kateqoriyadan olmaqla dövlət tərəfindən maliyyələşdirilir. Hesab edirəm ki, ali məktəblərdəki ödəniş artımları bizim universitetdə heç bir azalma ilə müşahidə olunmayacaq” - deyə rektor vurğulayıb. Ə.Əmiraslanov onu da deyib ki, Tibb Universitetdə təhsil haqları müvafiq olaraq 50-70 faiz aralarında artır.
    10.06.11 Məqaləni oxumaq
     
    Magistraturada oxumaq istəyənlər bu gündən proqram və ixtisas seçimi etməlidirlər
    Bu gündən etibarən ali məktəblərin magistraturalarına 20 fevral tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlar proqram və ixtisas seçimi etməlidirlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən veriblər. Bunun üçün onlar bu gündən etibarən iyunun 15-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. Proqram və ixtisaslaşmaları seçib təsdiq etmiş bakalavrlar iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Qəbul imtahanının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
    09.06.11 Məqaləni oxumaq
     
    Xaricdə təhsil almaq istəyənlər üçün daha bir şans
    Malayziyanın Ali Təhsil Nazirliyi tərəfindən bu ölkənin universitetlərində bir sıra ixtisaslar üzrə magistratura və doktorantura pillələrində təqaüdlü təhsil proqramları elan edilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, proqramda azərbaycanlı gənclər də iştirak edə bilərlər. Qeyd edək ki, təqaüd proqramına elm və mühəndislik, kənd təsərrüfatı və balıqçılıq, iqtisadiyyat və İslam dünyasında maliyyə, informasiya - kommunikasiya texnologiyaları, biotexnologiya, biotəhlükəsizlik və qida təhlükəsizliyi, infrastruktur və kommunal xidmətlər, ətraf mühit elmləri və tibb ixtisasları daxildir. Proqramda iştirak etmək arzusunda olan namizədlər cari ilin 15 iyun tarixinə qədər http://www.portal.mohe.gov.my/portal/page/portal/ExtPortal/Basic_search internet səhifəsində elektron qeydiyyatdan keçməlidirlər.
    08.06.11 Məqaləni oxumaq
     
    Vitse-prezident Arif Həşimov Türkiyəyə gedəcək
    AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov iyunun 19-da Türkiyəyə səfər edəcək. Bu barədə məlumat “KƏLAMİNFO”ya AMEA-dan veriblər. Məqsəd Türkiyənin Doğuş Universiteti tərəfindən İstanbul şəhərində təşkil ediləcək Engin Arık və onun həmkarlarının xatirəsinə həsr edilən Parçacıq Fizikası üzrə II Beynəlxalq konfransda iştirak etməkdir.
    08.06.11 Məqaləni oxumaq
     
    Test imtahanında keçid balı aşağı salındı
    Dövlət qulluğunda çalışmaq istəyənlər üçün keçiriləcək test imtahanında keçid həddi 5 bal aşağı salınıb. Bu, hazırkı - sonuncu müsabiqənin test mərhələsindən etibarən tətbiq ediləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli söyləyib. R.Məcidbəyi xatırladıb ki, əvvəl namizədlər 6-7-ci təsnifatlar üzrə 100 baldan 80-ni toplamalı idi. Onun sözlərinə görə, hazırda bu keçid balı 75 olub: “Bu da namizədlərin xeyrinə olan bir işdir” deyən R.Məcidbəyli bildirib ki, sonuncu müsabiqədən test imtahanlarını yeni üsulla aparacaqlar. Qeyd edək ki, axırıncı müsabiqə mayın 27-də elan olunub. Müsabiqəyə 72 dövlət orqanı üzrə 627 vakant vəzifə çıxarılıb.
    07.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 45 46 47 48 49 50 51 52 53 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30