Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  44 45 46 47 48 49 50 51 52  #
    TQDK abituriyentləri xəbərdar etdi
    Cari tədris ili üçün Azərbaycanda buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək attestat alan 54 min 400 abituriyentin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyasında (SQK) attestat məlumatlarını təsdiqlətmələrinə ehtiyac olmayacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Artıq Təhsil Nazirliyi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair məlumat bazası TQDK-a təqdim olunub. Bu məlumatlar əsasında bu il orta ümumtəhsil müəssisələrini bitirən abituriyentlərin attestat məlumatları Komissiya tərəfindən onların elektron ərizələrinə daxil edilib. Mərkəzləşdirilmiş buraxılış imtahanlarına cəlb olunmayan, elektron ərizə doldurarkən şagird kodunu yanlış qeyd edən və ya ümumiyyətlə qeyd etməyən abituriyentlər SQK-da attestat məlumatlarını təsdiqlətməli olacaqlar. Belə abituriyentlərin sayı təxminən 6 min 300 nəfərdir. Həmin abituriyentlərin imtahana buraxılış vərəqələri saytda yerləşdirilməyəcək və onlar iş nömrələrini və şifrlərini həmin səhifəyə daxil etdikdə ekranda bu barədə xəbərdarlıq elanı görünəcək. Həmin abituriyentlər attestatlarını elektron ərizələrini təsdiq etdirdikləri SQK-ya təqdim edib attestat məlumatlarını təsdiqlətdikdən sonra “İmtahana buraxılış vərəqəsi”i çap edə biləcəklər.
    28.06.11 Məqaləni oxumaq
     
    III ixtisas qrupunun abituriyentləri iyunun 27-dən imtahana buraxılış vərəqələrini çap edə biləcəklər
    Təhsil Nazirliyi məzunların attestat qiymətlərini elan edib və orta məktəb məzunlarının builki bazası bu gün axşam TQDK-ya təqdim ediləcək. Beləliklə, III ixtisas qrupunun imtahanlarında iştirak edən abituriyentlər iyunun 27-dən imtahana buraxılış vərəqələrini çap edə biləcəklər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. “Attestat bazası bu gün təqdim edilsə, komissiya bu ilin məzunlarının attestat qiymətlərini abituriyentlərin elektron ərizələrinə daxil edə biləcək. Əvvəlki illərin məzunlarının ərizələrinə attestat qiymətləri daxil edildiyi üçün onların elektron ərizələri artıq təsdiqlənib” - deyə M.Abbaszadə söyləyib.
    25.06.11 Məqaləni oxumaq
     
    Bu il müəllimlərə təyinat verilməyəcək
    Bu il müəllimlər təhsil müəssisələrinə təyinatla göndərilməyəcək. Ona görə də iyul ayının 1-dən etibarən vakant yerlər elan ediləcək və elektron ərizələr qəbul ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov söyləyib. Şöbə müdiri qeyd edib ki, elanda həm ümumi qayda ilə işə qəbul, həm də güzəştli şərtlərlə ucqar kənd məktəblərinə qəbul prosesi barədə məlumat veriləcək. Onun sözlərinə görə, iyulun 15-dək sənədlər qəbul ediləcək: “Sonra Təhsil Nazirliyi tərəfindən müəyyən təhlil aparılacaq və avqust ayından isə imtahan keçiriləcək”. F.Qədirov güman edir ki, yeni dərs ilinə qədər müəllimləri iş yerlərinə göndərə biləcəklər. Ölkədə 2 minə qədər vakant yerin olduğunu açıqlayan F.Qədirov Bakıda fiziki tərbiyə, gənclərin hərbi çağırışa qədərki, informatika fənn müəllimlərinə daha çox ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, rayon yerlərində isə əsasən Azərbaycan dili, ədəbiyyat, kimya, fizika, biologiya, xarici dil fənn müəllimlərinə ehtiyac var. O, daha çox İmişli, Yardımlı, Masallı, Cəlilabad rayonlarında müəllimlərə böyük ehtiyac olduğunu açıqlayıb. F.Qədirov müəllimlərin attestasiyadan keçməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, hələlik Azərbaycanda müəllimlərin attestasiyasını keçirməyə ehtiyac yoxdur: “Dünyada da müəllimləri attestasiyası adlı mexanizm yoxdur. Hər təhsil müəssisəsi özü mütəmadi olaraq müəllimlərin monitorinqini keçirir, müşahidələr aparır və onların fəaliyyətini qiymətləndirir. Müəllimlərin inkişafı ilə məktəb məşğul olmalıdır. Təhsil Nazirliyi ölkədə olan yüz yetmiş minə yaxın müəllimin monitorinqini apara bilməz. Biz təhsil müəssisələri, yerli təhsil idarəetmə orqanlarına tapşırıq vermişik və onlar mütəmadi olaraq bu işləri aparır”.
    24.06.11 Məqaləni oxumaq
     
    Müəllimlərin birdən, yoxsa mərhələ-mərhələ təqaüdə göndəriləcəyi dəqiqləşməyib
    Azərbaycanın təhsil müəssisələrində 65 yaşı tamam olan müəllimlərin hansı qaydada təqaüdə göndəriləcəyi hələlik dəqiqləşməyib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov söyləyib. Hazırda Azərbaycanın təhsil sistemində 65 yaşı tamam olan 17 000 işçinin fəaliyyət göstərdiyini diqqətə çatdıran F.Qədirov qeyd edib ki, bu, ümumi müəllimlərin 10 faizini təşkil edir: “Bu o qədər böyük rəqəm deyil. Hesab etsək ki, ölkədə müəllim sıxlığı var, yaşla əlaqədar atılacaq addım məktəblərdə ciddi kadr çatışmazlığına gətirib çıxarmayacaq. Bir qədər ciddi vəziyyət ucqar kənd məktəblərində yarana bilər. Hansı ki, orada hər fənn üzrə bir müəllim çalışır.
    23.06.11 Məqaləni oxumaq
     
    Müəllimlərə dövlət qulluqçusu verilməsini özündə əks etdirən Konsepsiya layihəsi hökumətə təqdim edilib
    Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi hazırlanaraq hökumətə təqdim edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov söyləyib. Konsepsiyada bir sıra yeniliklərin əks olunduğunu diqqətə çatdıran şöbə müdiri bildirib ki, bu layihədə əsasən müəllimlərə dövlət qulluğunun xüsusi növü şamil ediləcək. F.Qədirovun sözlərinə görə, xüsusi növə əsasən müəllimlərin təminatında, öhdəliklərində, sosial təminatında bir sıra yeniliklər gözlənilir.
    23.06.11 Məqaləni oxumaq
     
    TQDK rus bölməsi abituriyentlərini xəbərdar etdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ilinin rus bölməsi abituriyentləri ilə bağlı elan verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahan iyunun 26-da keçiriləcək. Abituriyentlər iyunun 20-dən etibarən “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytına daxil olaraq çap edə bilərlər.
    21.06.11 Məqaləni oxumaq
     
    Magistratura pilləsinin ixtisaslaşmaları üçün ayrılmış yerlərin sayı 5816-ya qaldırıldı
    Cari ildə aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5815-dir. Ötən illə müqayisədə yerlərin sayı 10,9% artıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev deyib. Onun sözlərinə əsasən, magistraturaya qəbul olmaq istəyənlərin 7866 nəfəri ixtisaslaşmaları və qəbul proqramını seçərək təsdiqləyib. “183 ərizə təsdiq edilməyib. Ərizədə bütün ixtisas seçimi düz olanların sayı cəmi 17-dir. Yerdə qalanlar isə bakalavr ixtisaslarına uyğun olmayan yerləri işarələyiblər”,-deyə o əlavə edib. Sədr müavini ötən illə müqayisədə magistraturaya sənəd verən bakalavrların sayının 20% artdığını da nəzərə çatdırıb. “İyunun 26-da magistraturanın ikinci mərhələsi üçün keçiriləcək imtahanlarda iştirak edənlərdən 6809 nəfəri Azərbaycan, 1057 nəfəri isə rus bölməsinin məzunudur.
    17.06.11 Məqaləni oxumaq
     
    “Rus bölməsinin abituriyentləri ana dilindən yüksək nəticə göstərir”
    Rus bölməsinin abituriyentləri ana dilindən ötən illərlə müqayisədə yüksək nəticə göstərir. Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili üzrə vəziyyəti ilbəil yaxşılaşır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədr müavini Namiq Babayev bildirib. Onun dediklərinə görə, keçən il Azərbaycan dili fənnindən 700 rus bölməsinin abituriyenti kəsilib. O, həmçinin rusdilli abituriyentlərin sayının stabil olduğunu vurğulayıb. “İyunun 22-də Azərbaycan dili fənnindən kəsilən rus dili bölməsinin abituriyentləri iyunun 26-da yenidən imtahan verəcəklər. Birinci imtahandan 10087 abituriyentdən yalnız 8696 nəfəri müvəffəqiyyətlə keçib. İyunun 26-da isə 2538 nəfər iştirak edəcək”,-deyə sədr müavini deyib. Onun sözlərinə görə, 2538 abituriyentdən 1572 nəfəri mayın 22-də keçirilən imtahandan kəsilənlər, 966 nəfəri isə ərizəsini həmin imtahanda iştirak üçün nəzərdə tutulmuş vaxtdan sonra təsdiqlədənlərdir. O, imtahanların Bakı və Naxçıvan şəhərlərində keçiriləcəyini də qeyd edib.
    17.06.11 Məqaləni oxumaq
     
    Ali məktəblərdə magistraturaya ixtisas seçimi başa çatdı
    Bu gün ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi başa çatdı. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən veriblər. Seçimdə 7846 bakalavr ikinci mərhələnin elektron ərizəsini təsdiq edib. Hazırda bakalavrların elektron ərizələrinin statistik təhlili aparılır. Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak hüququ olan 8000 bakalavrdan 7846-sı internetlə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları təsdiq ediblər. Ali məktəblərin magistraturasına qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncədə keçiriləcək.
    17.06.11 Məqaləni oxumaq
     
    2520 bakalavr qəbul proqramını və ixtisasını seçib
    Ali təhsil müəssisələrinin magistraturalarına 20 fevral tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlardan bu günə qədər 2520-si internetlə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Proqram və ixtisaslaşma seçimini təsdiqləməyən bakalavrların qeyd olunan proseduru vaxtında icra etmələri tələb olunur. Əks halda, onlar iyunun 26-da keçiriləcək magistraturaya qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar. Təsdiq prosesi iyunun 15-də (saat 10:00-da) başa çatacaq.
    13.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  44 45 46 47 48 49 50 51 52  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30