Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 43 44 45 46 47 48 49 50 51 » #
    Nazir: 65 yaşlı müəllmlərin məktəbdən uzaqlaşdırılması hələlik müzakirə mövzusu deyil
    Orta məktəb müəssisələrində çalışan 65 yaşlı müəllimlərin 15 sentyabrda dərsə gəlib-gəlməməsi ilə bağlı rəsmi qərar yoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov söyləyib. Onun sözlərinə görə, 65 yaşa çatan müəllmlərin məktəbdən uzaqlaşdırılması hələlik müzakirə mövzusu deyil.
    07.07.11 Məqaləni oxumaq
     
    AMEA-nın Aqrar və Tibb Elmləri Bölməsi hələ yaradılmayıb
    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Aqrar və Tibb Elmləri Bölməsinin yaradılması ilə bağlı ilkin işlərə başlanılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində AMEA-Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri deyib. Onun sözlərinə görə, bölmənin infrastrukturu və strukturunun formalaşdırılması məsələsi hələlik həll edilməyib. Bölmənin yaradılması, gələcəkdə aqrar sahədə tədqiqatların aparılması və digər işlərin görülməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə birgə müvfiq tədbirlərin də görüldüyünü xatırladan S.Xavəri prosesin tam formalaşdırılması ilə bağlı bəzi problemlərin də mövcudluğunu söyləyib.
    06.07.11 Məqaləni oxumaq
     
    Müəllim işləmək istəyənlərin elektron ərizələrinin qəbulu başlanıb
    Bu gündən etibarən 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərinin vakant yerlərində çalışmaq istəyən müəllimlərin ərizələrinin qəbuluna başlanır. “KƏLAMİNFO” xəbər verir ki, artıq bununla bağlı Təhsil Nazirliyi elan verib. Müsabiqədə iştirak etmək istəyənlər ərizələrini yalnız elektron formada doldurur. Bunun üçün namizədlər Təhsil Nazirliyinin elektron portalının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” bölməsinə daxil olaraq ərizələrini doldura bilərlər. Ərizələr iyulun 15-dək qəbul ediləcək. İmtahanlar isə avqust ayından başlanacaq. Qeyd edək ki, ölkə üzrə təxminən 2 mindən artıq vakant yer var. Bunlardan 300-dən çoxu Bakı şəhərindədir. Vakant yerlərdən təxminən 800-ə qədəri güzəştli şərtlərlə, stimullaşdırıcı tədbirlər tətbiq etməklə müəyyənləşdirilən yerlərdir. Daha çox vakant yer Gədəbəy, İmişli, Şamaxı, Cəlilabad, Yardımlı və digər rayonlardadır.
    02.07.11 Məqaləni oxumaq
     
    III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 3-də keçiriləcək
    İyulun 3-də cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadə deyib ki, imtahan respublikanın 4 şəhərində keçiriləcək. “İmtahan Bakıda 41, Naxçıvanda 3, Gəncə və Sumqayıt şəhərlərində isə hər birində 6 binada təşkil olunacaq” - deyə komissiya sədri vurğulayıb.
    01.07.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə abituriyentləri ciddi xəbərdarlıq etdi
    “Ali məktəblərə builki qəbul imtahanlarında mobil telefonların yoxlanılması üçün texnologiya daha da təkmilləşdirilib. Kim mobil telefonlarla imtahan binalarına girsə, biz dərhal bunu biləcəyik və həmin abituriyent dərhal tapılacaq, onun nəticələri heç nəyə baxılmadan ləğv olunacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadə deyib ki, imtahana gələn şəxslər özləri ilə yalnız şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi, diyircəkli qələmlər gətirməlidirlər. “İmtahan zallarının hamısında su olacaq. Ona görə də abituriyentlər özləri ilə su da gətirməyə bilərlər. “Fanta” və “Coca-cola” sularının gətirilməsi, ümumiyyətlə, qadağandır. Digər avadanlıqların gətirilməsi də qəti qadağandır. Abituriyentlər imtahana gələndə nə qədər böyük çanta götürsələr, onların problemləri də böyük olacaq. Çanta ilə gəlməyə ehtiyac yoxdur” - deyə TQDK sədri vurğulayıb. Onun sözlərinə görə istənilən halda imtahan keçirilən binalarda həmin gün mobil telefon dalğası tutmayacaq.
    01.07.11 Məqaləni oxumaq
     
    Abituriyentlər imtahana buraxılış vərəqələrini çap etdirib götürməyə tələsməlidirlər
    “Təəssüf ki, bəzi valideynlər və ya da abituriyentlər ali məktəblərə qəbul imtahanı ilə bağlı məsələləri hansısa müəllimlərə, yaxud da “ağıllı” saydıqları adamlara həvalə edirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
    01.07.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: Orta məktəbi qızıl medalla bitirən məzunlara heç bir güzəşt olmayacaq
    “Bu gün Azərbaycanın “Təhsil haqqında” qanunda güzəştlə bağlı heç nə yoxdur və ona görə də orta məktəbi qızıl və gümüş medalla bitirən məzunlara ali məktəblərə qəbul imtahanlarında heç bir güzəşt olmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin qiymətləndirmə meyarları özünü təsdiqləsə və məzunların attestatdakı qiymətləri onların real biliklərini əks etdirsə TQDK ali məktəblərə qəbul qaydalarını dəyişdirəcək. “O zaman təkcə medal alanlar yox, ümumiyyətlə bütün abituriyentlər üçün ali məktəblərə qəbul mərhələsində orta məktəbdə əldə etdiyi nailiyyətlər hesablanacaq”,-deyə M.Abbaszadə vurğulayıb. O, əlavə edib ki, artıq TQDK bununla bağlı müvafiq işlər də aparır.
    01.07.11 Məqaləni oxumaq
     
    Abel Məhərrəmov Türkiyənin səfirliyinin təhsil müşaviri ilə görüşüb
    Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu ilə görüşüb. BDU-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə məlum olub ki, müşavirin diplomatik missiyası başa çatır və yaxın günlərdə Azərbaycanı tərk edəcək. 2008-ci ildən ölkəmizə təhsil müşaviri təyin olunan H.Koyuncuoğlunun fəaliyyətini yüksək qiymətləndirən rektor A.Məhərrəmov bu illər ərzində BDU ilə təhsil müşavirliyi arasında görülən mühüm işlərdən bəhs edib. A.Məhərrəmov H.Koyuncuoğlunun Azərbaycandakı fəaliyyəti ilə əlaqədar müvafiq strukturlara BDU-nun adından təşəkkür məktublarının göndəriləcəyini bildirib. H.Koyuncuoğlu hər iki tərəfin səyləri nəticəsində BDU-da təhsil alan türk tələblərə yaradılan şəraitdən məmnun olduğunu bildirib və problemlərinin həlli üçün göstərilən xüsusi diqqətə görə rektora təşəkkür edib.
    01.07.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı gənclər Rusiya Diplomatik Akademiyasında ödənişsiz təhsil ala bilər
    Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası tərəfindən bakalavr (ikinci ali təhsil formasında) və magistratura proqramları üzrə ödənişsiz təhsil elan edilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, azərbaycanlı gənclərin iştirak edə biləcəyi proqram çərçivəsində bakalavr (ikinci ali təhsil formasında) təhsili üçün beynəlxalq münasibətlər, iqtisadiyyat, magistratura pilləsi üçün isə beynəlxalq münasibətlər, iqtisadiyyat, menecment və hüquq istiqamətləri üzrə müraciət oluna bilər. Qeyd edək ki, sürətləndirilmiş proqramlar şəklində həyata keçiriləcək təhsilin müddəti 2 ildir. Namizədlər təhsil haqqından azad olunacaqlar, lakin təhsil müddətində yaşayış və yol xərcləri namizədlərin özləri tərəfindən ödənilməlidir. Proqram haqqında ətraflı məlumatı http://www.dipacademy.ru internet ünvanından əldə etmək mümkündür. Maraqlananlar müvafiq sənədləri cari ilin 10 iyul tarixinə qədər Xarici İşlər Nazirliyinə (Aliyə Ağazadə - 5969215) təqdim etməlidirlər.
    30.06.11 Məqaləni oxumaq
     
    Bakıda Regional Təlim və Təhsil Mərkəzi yaradılacaq
    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Elm Fondu və AZEKOLAB laboratoriyası tərəfindən birgə Regional Təlim və Təhsil Mərkəzi yaradılacaq. MEF-in direktoru Fuad İsmayılov “KƏLAMİNFO”ya müsahibəsində bildirib ki, Bakıda təsis ediləcək mərkəzin inşasına bu ilin sentyabrından başlanılması nəzərdə tutulub. Onun sözlərinə görə, məqsəd laborator analitik avadanlıqlarla işləyən kadrların sayını artırmaq, ümumiyyətlə bu sahədəki kadr çatışmazlığını aradan qaldırmaqdan ibarətdir. F.İsmayılov deyib ki, mərkəzdə əsasən “xronomotoqrafiya” sahəsinə daha çox üstünlük veriləcək. Onun sözlərinə görə, burada istifadə ediləcək avadanlıq əksər sahələr, o cümlədən yeyinti, kənd təsərrüfatı, neft və digər sahələrdə aparılacaq analizlərin dəqiq nəticəsini verəcək. F.İsmayılov qeyd edib ki, mərkəz fəaliyyət göstərdikdən sonra ora Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə və digər ölkələrdən tələbələr cəlb ediləcək.
    29.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 43 44 45 46 47 48 49 50 51 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30