Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 42 43 44 45 46 47 48 49 50 » #
    Azərbaycanda 29 abituriyent IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarından xaric edilib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahan respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada aparılıb. İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. İlkin statistik məlumatlara əsasən 2011-ci ildə IV qrup üzrə ərizə vermiş 14619 abituriyentdən 689 nəfəri imtaha gəlməyib. Abituriyentlərdən 29 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılıb.
    19.07.11 Məqaləni oxumaq
     
    I qrup ixtisası üzrə 9513 abituriyent müsabiqəyə buraxılıb
    I qrup ixtisası üzrə 9513 abituriyent 200-dən çox bal toplayaraq müsabiqəyə buraxılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qeyd edib. Onun sözlərinə görə, bu ixtisas qrupu üçün ümumilikdə 7533 plan yeri ayrılıb. Yerlərdən 4186-sı dövlət sifarişlidir. Dövlət sifarişli yerlərdən 3996-sı xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üçün, 190-ı isə qabiliyyət tələb edən ixtisaslar üçün nəzərdə tutulub. TQDK sədri dövlət sifarişli 3996 yerə 4511 nəfər abituriyentin buraxıldığını qeyd edib. “Builki məzunlardan 42 %-i imtahan verəndən sonra ixtisas seçmə müsabiqəsinə buraxılıb. Onlardan 22%-i dövlət sifarişli yerlərə namizəddir. Keçən ilki məzunlardan isə 475 nəfər müsabiqəyə buraxılıb ki, bu da imtahan verənlərin 13%-ni təşkil edir. Onlar 3%-i isə dövlət sifarişli yerlərə iddialıdır” - deyə o əlavə edib.
    16.07.11 Məqaləni oxumaq
     
    Bakı Biznes Universitetində təhsil haqqı aşağı endirilib
    Bakı Biznes Universitetində cari tədris ili üçün qəbul olan tələbələrin bir hissəsinin təhsil haqqı aşağı endirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Universitetin 26-cı proqrama daxil olan ixtisaslaşmalarına qəbul olmuş və qəbul olunacaq bakalavrlar üçün illik təhsil haqqı Elmi Şuranın qərarı ilə 2000 manatdan 900 manata endirilib.
    15.07.11 Məqaləni oxumaq
     
    AMEA-da Rumıniya hakim partiyasının nümayəndə heyəti ilə görüş olub
    Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniya Demokrat Liberal Partiyasının nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında akademiyanın üzvləri ilə görüşüblər. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə AMEA prezidenti Mahmud Kərimov qonaqları salamlayaraq Azərbaycan ilə Rumıniya arasındakı dostluq əlaqələrindən bəhs açıb. Rumıniyanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğuna toxunan AMEA prezidenti iki ölkənin elm adamları və elmlər akademiyaları arasındakı əlaqələrdən danışıb. Millət vəkili Asəf Hacıyev qonaqları akademiya üzvlərinə təqdim edib. Buxarest şəhərinin II sektorunun meri Nekulay Ontsanu çıxışında Rumıniyanın Azərbaycana dost ölkə olduğunu söyləyib.
    14.07.11 Məqaləni oxumaq
     
    Tələbə hüquqları Nizamnaməsi təqdim edildi
    “Tələbə hüquqlarının Azərbaycanda təbliği” layihəsi çərçivəsində Tələbə Hüquqları Nizamnaməsinin ana dilimizə tərcüməsi elektron kitabça şəklində hazırlanıb. Bu barədə “KƏLAMİNFO”ya ATB-dən məlumat verilib. Layihə Tələbələr Birliyi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Kitabçanın hazırlanmasında əsas məqsəd tələbə hüquqlarının tanınmasında və qorunmasında təbliğat işini daha yaxşı qura bilməkdir. Kitabçada Azərbaycan Tələbələr Birliyinin tam hüquqlu üzv olduğu Avropa Tələbələr Birliyinin üzvləri tərəfindən hazırlanan Tələbə Hüquqları Nizamnaməsinin Azərbaycan dilinə tərcüməsi yer alıb. Nizamnamə ali təhsil almaq, tələbə iştirakı, təhsilin sosial aspektləri, təhsilin elmi aspektləri, informasiya və biliyin əldə edilməsi və məxfiliyi hüquqları adı altında 5 bölmədən, 35 maddədən ibarətdir. Qeyd edək ki, Azərbaycan Tələbələr Birliyi bu kitabçanı hazırlamaqla hüquq təşkilatlarımızın, təhsil müəssisələrinin rəhbərlərinin, Milli Məclis üzvlərinin, digər maraqlı təşkilatlar və şəxslərin qarşısında tələbə hüquqları ilə bağlı məsələni daha ciddi şəkildə qaldırmaq niyyətindədir.
    13.07.11 Məqaləni oxumaq
     
    “Gənc alimlərin elm festivali” adlı tədbir keçiriləcək
    İyulun 13-15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Gənc alimlərin elm festivali” adlı tədbir keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. Festival Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunub. Festival çərçivəsində 13-14 iyul tarixlərində “Gənc alimlərin elmi tədqiqatlarının müasir istiqamətləri” adlı konfransı da keçiriləcək. Konfransın birinci günü texniki və təbiət elmləri sahəsində tədqiqat aparan gənc alimlərin təqdimatları, ikinci günü isə humanitar və ictimai elmlər üzrə araşdırmaçıların çıxışları olacaq. Konfransda gənc tarixçi alimlər Səfəvilər dövlətinin 510-cu ildönümünə həsr olunmuş elmi araşdırmaların, həmçinin, Qarabağın tarixinə aid tədqiqat işlərinin təqdimatlarını edəcəklər. Onu da qeyd edək ki, iyulun 15-i “Beynəlxalq Kimya İli – 2011: nəzəri-eksperimental kimyanın problemləri gənc alimlərin araşdırmalarında” adlı konfrans işinə başlayacaq.
    12.07.11 Məqaləni oxumaq
     
    TQDK I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının düzgün cavablarını açıqlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 10-da ali məktəblərə qəbulla bağlı I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Azərbaycan və rus bölməsi üzrə bütün variantların düzgün cavabları TQDK-nın internet saytında yerləşdirilib. I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 14-dən 20-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.
    12.07.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinin “Qaynar xətt”inə 4781 müraciət daxil olub
    Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin iyun ayında 4781 müraciət daxil olub. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciətlərin 4097-si telefonla, 684-ü elektron poçt vasitəsilə qəbul edilib. Onların böyük əksəriyyəti sorğu xarakterli olub. Sorğuların 4000-dən çoxu 9 və 11-ci siniflərdə buraxılış imtahanlarının təşkili və keçirilmə qaydaları, ümumtəhsil məktəblərində imtahana buraxılış vərəqələrinin paylanması, imtahan nəticələrinin öyrənilməsi, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinin qəbulu və onların nəticələrinin öyrənilməsi, eksternat qaydada keçirilən imtahanlar və onların nəticələri ilə bağlı olub.
    09.07.11 Məqaləni oxumaq
     
    III ixtisas qrupu üzrə əsas müsabiqə vəziyyəti dövlət sifarişli yerlərdə yaranacaq
    Cari tədris ilində ali məktəblərin III ixtisas qrupu üzrə əsas müsabiqə vəziyyəti dövlət sifarişli yerlərdə yaranacaq. “KƏLAMİNFO” xəbər ki, bunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, bu il III ixtisas qrupu üzrə 8981 nəfər müsabiqəyə buraxılıb və bu qrup üzrə plan yeri isə 8 814-dür. “Bir yerə müsabiqə vəziyyəti bir nəfərdir. Bu qrup üzrə dövlət sifarişli yerlərin sayı isə 2099-dur. Bu yerlərə III qrup üzrə qəbul imtahanında 350-dən yuxarı bal toplayan abituriyentlər buraxılacaqlar. Həmin abituriyentlərin sayı isə 4525 nəfərdir. Buna əsasən deyə bilərik ki, III qrup üzrə dövlət sifarişli yerlərə müsabiqə vəziyyəti bir yerə iki nəfər təşkil edəcək”,-deyə M.Abbaszadə vurğulayıb. Onun sözlərinə görə, ixtisas seçərkən abituriyentlər daha çox öz istəklərini yox, ballarını nəzərə almalıdırlar.
    08.07.11 Məqaləni oxumaq
     
    TQDK yeni vəsaitlər nəşr edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas məktəblərinə qəbul olmaq istəyən abituriyentlər üçün yeni vəsait nəşr edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2010-cu ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları olan vəsait Azərbaycan və rus dillərində nəşr edilib. Vəsaiti TQDK-nın qarşısındakı “Abituriyent” köşkündən almaq və ya onu www.abiturient.az saytından sifariş etmək olar.
    08.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 42 43 44 45 46 47 48 49 50 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30