Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 41 42 43 44 45 46 47 48 49 » #
    Qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərin adı məlum olub
    Bu il ali məktəblərə qəbul imtahanlarında respublika üzrə 4 məzun ən yüksək nəticə əldə edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumasta görə, 700 bal toplayanların hamısı İdarənin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır. Həmin şagirdlər 287 saylı “Zəkalar liseyi”nin məzunu Əliyev Əli, 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva, 169 saylı məktəbin məzunu Ləman Məmmədova və 263 saylı məktəbin məzunu Cahandar Camallıdır.
    29.07.11 Məqaləni oxumaq
     
    Gürcüstandakı azərbaycanlıların təhsili ilə bağlı yeni layihələr həyata keçirilir
    Gürcüstanda yaşayan azərbaycanlıların təhsili ilə bağlı yeni layihələr həyata keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində Gürcüstanın Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov söyləyib. H.Yusifov xatırladıb ki, Gürcüstanda yaşayan milli azlıqlarla bağlı layihə həyata keçirilir və bu layihəyə əsasən, ali məktəbə daxil olan milli azlıqlar, o cümlədən azərbaycanlı gənclərə 1-ci kursda gürcü dili öyrədilir. Digər kurslarda isə onlar ixtisas fənlərindən imtahan verirlər. Qubernator müavini xatırladıb ki, ötən tədris ilində 300 azərbaycanlı Gürcüstanın dövlət ali təhsil ocaqlarına qəbul olunub və onlar bu layihədən yararlanırlar. Onun sözlərinə görə, bu il isə Kvemo-Kartli Quberniyası üzrə 600-dən artıq azərbaycanlı Gürcüstanın ali məktəblərində təhsil almaq üçün sənəd verib.
    28.07.11 Məqaləni oxumaq
     
    Gürcüstanda yaşayan azərbaycanlı uşaqlar da yay düşərgələrində dincələ biləcək
    Bu ildən Gürcüstanda yaşan azərbaycanlı uşaqlar da yay düşərgələrində dincələ biləcək. Bu barədə “KƏLAMİNFO” gürcü mətbuatına istinadən xəbər verir. Öncələr Gürcüstanda istirahət düşərgələrində erməni və gürcü uşaqları birgə dincəlirdisə, bu ildən artıq onların arasına azərbaycanlılar da qatıla bilər. Ümumilikdə 90 gürcü, 20 erməni və 30 azərbaycanlı uşaq üçün nəzərdə tutulan laqer Barjomi yaxınlığında yerləşir. Bu, “Qafqaz regionunda uşaqlar üçün yay düşərgələrinin təşkili” layihəsi çərçivəsində reallaşdırılıb. Layihə İsveçrənin “Hex- Eper” təşkilatı tərəfindən maliyyələşdiriləcək.
    28.07.11 Məqaləni oxumaq
     
    TQDK-da müraciətlərə baxılması üçün Apelyasiya komissiyası işə başlayıb
    Ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanları ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya komissiyası işə başlayıb. Bu barəədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından veriblər. Vətəndaşların ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbulla bağlı müraciətləri Apelyasiya komissiyası tərəfindən iyulun 26-dan 28-dək araşdırılacaq. Aşağıdakı hallarla bağlı müraciətlərə baxılmır: - ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi; - imtahan qaydalarının bakalavr tərəfindən pozulması; - bir ali məktəbdən başqasına köçürülməsi, təhsil formasının və ya ixtisasın dəyişdirilməsi və təhsil haqqının ödənilməsi. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Əhalinin heç bir sosial təbəqəsinə güzəşt nəzərdə tutulmur. Bakalavr Apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.
    26.07.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə Odlar Yurdu Universitetinin rektorunun müraciətinə rədd cavabı verdi
    “Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev tibb fakültəsini bu il bitirən oğlan tələbələrin rezidentura imtahanlarına buraxılması ilə bağlı mənə müraciət edib”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib O qeyd edib ki, burada söhbətin əsasında Müdafiə Nazirliyindən xahişlə bağlı məsələ durur. “Mən Azərbaycan Tibb Universitetinin oğlan tələbələri ilə bağlı Müdafiə Nazirliyindən xahiş etmişdim ki, onlar iyul çağırışında yox, oktyabr ayında hərbi xidmətə çağırılsınlar. Çünki bu il rezidentura imtahanları sentyabr ayında keçiriləcək” - deyə TQDK sədri vurğulayıb. O bildirib ki, bu barədə qərara Tibb Universitetinin tələbələri ilə görüşdə gəlib və həmin tələbələrə bununla bağlı söz verib. “Ancaq hər hansı qurumdan xahiş etmək və ya etməmək qanun pozuntusu, yaxud qanunun tələbi deyil. Odlar Yurdu Universitetinin oğlan tələbələri ilə bağlı Müdafiə Nazirliyindən xahiş etməyəcəyəm. Bu, hər hansı qanunun tələbi də deyil ki, mən xahiş edim. O tələbələrin həmin universitetə necə qəbul olunduğu bilinmir. Onlar 2005-ci ildə TQDK-nın keçirdiyi imtahanda iştirak edib və heç bir universitetə qəbul olunmayıb.
    23.07.11 Məqaləni oxumaq
     
    Məktəblərdə yaş həddi 65-ə çatan işçilərin siyahısının hazırlanması barədə rəsmi qərar verildi
    Təhsil naziri Misir Mərdanov "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Qanuna edilən dəyişikliyin icrasını təmin etmək məqsədilə əmr imzalayıb. “KƏLAMİNFO” xəbər verir ki, əmrdə Aparat rəhbəri və şöbə rəhbərlərinə tapşırılıb ki, Təhsil Nazirliyinin nomenklaturasına əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısını hazırlayıb rəhbərliyə təqdim etsinlər.
    22.07.11 Məqaləni oxumaq
     
    TQDK sədri: “Bəzi özəl universitetləri yalnız tələbənin sayı maraqlandırır”
    “Bu gün Azərbaycanda bəzi özəl universitetləri yalnız tələbənin sayı maraqlandırır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, TQDK ali məktəbə qəbul zamanı müsabiqəyə buraxılmış abituriyentlərin ən yaxşılarını seçir. “200 bal toplamış abituriyentlər prestij ixtisaslara qəbul oluna bilmirlər. Onların əsas qəbul olunduqları yerlər özəl ali məktəblərdir” - deyə M.Abbaszadə vurğulayıb. TQDK sədri deyir ki, özəl universitetlər 200 bal toplamış abituriyentləri məmnuniyyətlə qəbul edirlər. “Universitetlərdən soruşmaq lazımdır ki, belə tələbələr universitetlər üçün qaneedicidir, ya yox. Onlar bu tələbələri istəyirlər. Biz hətta o balı aşağı salsaq - 100 bal toplamış abituriyentləri qəbul etsək, bir çox özəl universitet belə tələbələri də qəbul edərlər. Görürsünüz ki, Odlar Yurdu Universiteti 20 bal toplamış abituriyentləri də qəbul edib” - deyə o bildirib.
    22.07.11 Məqaləni oxumaq
     
    Magistraturaya qəbul olanlardan 3935-i qeydiyyatdan keçib
    Magistraturaya qəbul olunan 4396 bakalavrdan yalnız 3935-i qeydiyyatdan keçib. Bu barədə “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, 461 nəfərin adı ali məktəblərin magistraturasına qəbul olunanların siyahısından çıxarılıb. “Qaydalara əsasən, magistraturaya qəbul olunan şəxslər iyulun 18-i saat 17:00-a kimi daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməli idilər. Əks halda bu, onların daxil olduqları ixtisasdan imtinası kimi qəbul ediləcəkdi. Magistratura pilləsinə daxil olanlardan yalnız 89,51%-i daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçib”-deyə o əlavə edib. E.Nağızadə həmçinin TQDK-nın avqustun əvvəllərində magistraturaya vakant yerlərlə də qəbul elan edəcəyini bildirib.
    21.07.11 Məqaləni oxumaq
     
    Turizm İnstitutu diplom ala bilməyən tələbələrinə əlavə şans verib
    Azərbaycan Turizm İnstitutu diplom ala bilməyən tələbələrinə əlavə şans yaradıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə institutun prorektoru Eldar Aslanov açıqlama verib. O bildirib ki, Boloniya prosesinin qaydalarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci ildə təsdiq etdiyi “Bakalavr səviyyəsində Dövlət Attestasiyasının keçirilməsi haqqında” əsasnaməyə görə, yekun dövlət attestasiyasından kəsilmiş tələbələrin növbəti beş il ərzində təkrar 2 dəfə dövlət attestasiyasına buraxılmaq hüququ var: “Bu qanun ATİ üçün də mövcuddur. Bizim institutda həm Krems qrupunda, həm də milli proqramda kəsilən tələbələr var. Bu tələbələrə institut rəhbərliyi tərəfindən bütün qaydalar izah edilib və lazımi sənədlər təqdim edilib. Kəsilən tələbələr təkrar imtahana oktyabr ayından başlayaraq, növbəti beş il ərzində nə vaxt istəsələr girə bilərlər. Əgər tələbə verilən bu iki şansdan da istifadə edə bilməsə, onda biz onlara natamam ali təhsil haqqında arayış verəcəyik”.
    20.07.11 Məqaləni oxumaq
     
    Tələbələrə sosial dəstək artırılacaq
    Tələbələrin elmi, mədəni fəaliyyətinin dəstəklənməsi və sosial müdafiəsi ilə bağlı bir sıra tədbirlər görüləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında əks olunub. Həyata keçiriləcək tədbirlərdən biri “Azərbaycan tələbə kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şəraitin yaradılması olacaq. Məqsəd təhsil alan gənclərə sosial dəstəyin artırılmasından ibarətdir. 2011-2012-ci illəri əhatə edəcək tədbirləri Gənclər və İdman və Təhsil nazirlikləri icra edəcək.
    19.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 41 42 43 44 45 46 47 48 49 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30