Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 38 39 40 41 42 43 44 45 46 » #
    TQDK texnikumlara sənəd verən abituriyentlərə müraciət etdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş abituriyentlərə müraciət edib. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, 2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 28-də keçiriləcək. Abituriyentlər imtahanda iştirak etmək üçün avqustun 24-dən etibarən elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından “İmtahana buraxılış vərəqəsi”ni və “Abituriyentin vəsiqəsi”ni əldə etməlidirlər. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: imtahana buraxılış vərəqəsi"ni; şəxsiyyəti təsdiq edən sənədin əslini, “Abituriyentin vəsiqəsi”ni. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. TQDK tərəfindən abituriyentlərə Sənəd Qəbulu Komissiyasında ödənişsiz “Yaddaş kitabçası” təqdim olunacaq. Burada onların imtahanda davranış qaydaları, hüquq və vəzifələri geniş şərh olunub. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.
    24.08.11 Məqaləni oxumaq
     
    Riyaziyyat müəllimi işləmək istəyənlər üçün imtahan keçirilir
    Bu gün Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, riyaziyyat müəllimi işləmək istəyənlər üçün keçirilən imtahan iki gün davam edəcək. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində reallaşan imtahan bu gün səhər saat 9:00-da başlayıb və saat 18.00-da başa çatacaq. Hər bir namizəd kompyuter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək. Qeyd edək ki, hazırda ölkədə riyaziyyat müəllimliyi ixtisası üzrə 185 vakant yer var. Vakant yerlərdən 26-sı Bakı şəhəri, 159-u isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 1018 nəfər ərizə verib. Bundan sonrakı imtahanlar isə informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə keçiriləcək.
    23.08.11 Məqaləni oxumaq
     
    Doktoranturaya sənəd qəbulu elan edilib
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) AMEA-nın və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbul elan edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov verib. Elan “Elm” qəzetinin 23-24-cü saylarında dərc olunub. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd vermək istəyən şəxslər doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunan elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər.
    22.08.11 Məqaləni oxumaq
     
    Orta ixtisas təhsili müəssisələrinə 31251 abituriyent ərizə təqdim edib
    Cari tədris ili üçün ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə avqustun 28-də keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 31251 abituriyent ərizə təqdim edib. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, abituriyentlər imtahana buraxılış vərəqəsi və abituriyentin vəsiqəsini elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyalarından avqustun 24-ü, 25-i, 26-sı və 27-də saat 10:00-dan 17:00-dək ala bilərlər. “Cari tədris ili üçün ümumi orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılacaq. Ayrılmış 9642-i yerin 8449-u Azərbaycan, 312 yer rus bölməsinə, 881 yer isə birgə müsabiqə aparılan ixtisaslara aiddir. Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay, Ağcabədi və Xaçmaz şəhərlərində keçiriləcək.
    20.08.11 Məqaləni oxumaq
     
    Ali məktəblərə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib
    Cari tədris ili üçün ali məktəbə qəbulla bağlı bu günə qədər dövlət sifarişli yerlərin 99,15 faizi, ümumilikdə isə ali məktəblərə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, dövlət ali məktəblərində yerlərin 95 faizindən çoxu dolub. “Özəl təhsil müəssisələrində isə rəqəmlər müxtəlifdir. Özəl universitetlər arasında ən yüksən qəbul göstəricisi Qərb, Qafqaz və Xəzər universitetlərinə aiddir” - deyə TQDK sədri vurğulayıb. Onun sözlərinə görə, sentyabrın ayının 1-dən etibarən ali məktəblərə əmrlər daxil olacaq. M.Abbaszadə onu da deyib ki, avqustun 28-də orta ixtisas təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanının nəticəsinin açıqlanması Ramazan bayramı ilə əlaqədar gecikəcək. O qeyd edib ki, adətən imtahanın nəticəsi 1 gün sonra açıqlansa da, bu il həmin ərəfə Ramazan bayramına düşdüyündən nəticələr sentyabrın 2-də açıqlanacaq.
    19.08.11 Məqaləni oxumaq
     
    Məktəb direktorları yuxarı siniflərdə dərsə davamiyyətin normal təşkilini təmin edə bilmirlər
    “Etiraf etmək lazımdır ki, ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyəti müasir dövrün tələblərinə tam cavab vermir, bu sahədə problemlər hələ də qalmaqdadır. Təhsil orqanları tərəfindən məktəb rəhbərlərinin vəzifə funksiyalarını lazımi səviyyədə yerinə yetirmələrinə ciddi nəzarət olunmur, idarəetmənin hesabat vermə, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında qurulması diqqətdən kənarda qalıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil nazirinin təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində əks olunub.
    19.08.11 Məqaləni oxumaq
     
    53 məzunun 49-u respublika, 4 isə xarici ölkələrin ali məktəblərinə qəbul olub
    2010-2011-ci il tədris ilini qızıl və gümüş medallarla başa vuran məzunlar yüksək balla Azərbaycan və digər ölkələrin ali məktəblərinə qəbul olublar. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil nazirinin təhsil işçilərinin 2011-ci il sentyabr konfranslarının keçirilməsi haqqında imzaladığı əmrində qeyd edilib. Qeyd olunub ki, Azərbaycanın təhsil tarixində ilk dəfə qızıl medala layiq görülən 37 nəfər, gümüş medalla təltif olunan 16 nəfər məzundan 49-u respublika, 4 nəfəri isə xarici ölkələrin ali məktəblərinə yüksək balla qəbul olunublar.
    19.08.11 Məqaləni oxumaq
     
    TQDK jurnalistləri mükafatlandırdı
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprel ayında jurnalistlər arasında elan etdiyi müsabiqənin qaliblərini mükafatlandırıb. “KƏLAMİNFO” xəbər verir ki, iki nominasiya üzrə aparılan müsabiqə 2011-2012-ci il tədris ili üçün ali və orta ixtisas tədris müəssisələrində qəbul kampaniyasının gedişinə həsr olunub. Mükafatlandırmada ən yaxşı televiziya reportajı nominasiyası üzrə birinci yeri “Xəzər” Televiziyasından Firüzə Qurbanlı (800 manat), ikinci yeri Azərbaycan Dövlət Televiziyasından Ramin Qurbanov (600 manat), üçüncü yeri İctimai Televiziyanın əməkdaşı Ülviyyə Əlləzova (400 manat) tutub. Ən yaxşı məqalə nominasiyası üzrə birinci yer “Üç nöqtə” qəzetini əməkdaşı Xalid Vahidoğluna (800 manat), ikinci yer “Trend” İnformasiya Agentliyindən İlhamə İsabalayevaya (600 manat), üçüncü yer APA- İnformasiya Agentliyindən Kəmalə Quliyevaya (400 manat) verilib.
    19.08.11 Məqaləni oxumaq
     
    Biologiya müəllimi işləmək istəyənlər üçün imtahan keçirilir
    Bu gün Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, biologiya müəllimi işləmək istəyənlər üçün keçirilən imtahan iki gün davam edəcək. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində reallaşan imtahan bu gün səhər saat 9:00-da başlayıb və saat 18.00-da başa çatacaq. Hər bir namizəd kompyuter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək. Qeyd edək ki, hazırda ölkədə biologiya müəllimliyi ixtisası üzrə 166 vakant yer var. Vakant yerlərdən 10-u Bakı şəhəri, 156-sı isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 436 nəfər ərizə verib. Bundan sonrakı imtahanlar isə fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışa qədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.
    18.08.11 Məqaləni oxumaq
     
    Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri üçün ingilis dili proqramı elan edilib
    British Council, Vorvik Universiteti və BMİ (British Midland International) aviaşirkəti ilə birgə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr pilləsində təhsil alan tələbələri üçün ingilis dili bacarıqlarının təkmilləşdirilməsi proqramını elan edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya “British Council”dən veriblər. 2011-ci ilin 22-31avqust tarixində Vorvik Universitetinin Tətbiqi Linqvistika Mərkəzi tərəfindən təşkil ediləcək bu xüsusi proqram çərçivəsində universitetin ingilis dili fakültəsindən seçilən, bakalavr pilləsində təhsil alan altı tələbəyə bir həftəlik həm ingilis dili kursları, həm də mədəniyyət proqramı təşkil ediləcək.
    17.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 38 39 40 41 42 43 44 45 46 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30