Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 36 37 38 39 40 41 42 43 44 » #
    Dillər Universitetində yeni ixtisaslar açıldı
    Cari tədris ilində Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində bakalavr pilləsi üzrə iki yeni - Yaponşünaslıq və Ərəbşünaslıq ixtisasları açılıb. “KƏLAMİNFO”ya universitetin mətbuat xidmətindən verilən məlumata görə, magistr pilləsi üzrə isə üç yeni - Müqayisəli dilçilik, Koreya dili - tərcümə, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodologiyası və metodikası ixtisasları tələbələrin seçim ixtiyarına verilib. 10 nəfər tələbə Yaponşünaslıq, eyni sayda tələbə isə Ərəbşünaslıq ixtisası üzrə Dillər universitetində təhsil alacaq. Tələbələr təhsillərini Boloniya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi üzrə alacaq və öz sahələri üzrə peşəkarlaşacaqlar. Tələbələrin gələcəkdə ölkə daxilində və xaricdə ixtisasartırma kursları və mübadilə proqramlarında iştirakı da nəzərdə tutulur.
    12.09.11 Məqaləni oxumaq
     
    2014-cü ildən qəbul imtahanları yeni modellə aparılacaq
    “2014-cü ildən qəbul imtahanları yeni modelə əsasən tətbiq ediləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə əsasən, bu barədə geniş müzakirələr aparılır və daha ətraflı məlumat müzakirələr bitəndən sonra mətbuata açıqlanacaq. “Onu nəzərə çatdıra bilərəm ki, 2014-cü ildən gənclərin açıq testlə işləməsi daha geniş tətbiq olunacaq. Abituriyentlərin biliyini yoxlayan testdən əlavə başqa tipli suallar da tərtib ediləcək” - deyə Məleykə Abbaszadə qeyd edib. O, həmçinin əlavə edib ki, həmin sualların öhdəsindən gəlmək üçün təkcə 10-11-ci siniflərdə repetitor yanına getmək kifayət deyil. Belə ki, 5-6-cı siniflərdə keçirilən, yeni metodikaya əsaslanan dərsliklərin, test kitabçalarının həll edilməsi, şagirdlərin lap başlanğıcdan bunlara hazırlaşması həmin çətin sualların öhdəsindən gəlməyə yardım edə bilər.
    12.09.11 Məqaləni oxumaq
     
    Tələbə güzəşt kartı bir neçə aya tətbiq edilə bilər
    Tələbə güzəşt kartı bir neçə aya artıq Azərbaycanda da tətbiq edilə bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov deyib. Nazirin sözlərinə əsasən, tələbə güzəşt kartlarından təkcə dövlət yox, eyni zamanda özəl ali məktəblərin də tələbələri istifadə edə biləcək. “Bu kartlar vasitəsilə gənclər əldə etmək istədiklərini güzəştlə ala biləcəklər. Bu kartlar həm də Avropa ölkələrində keçərli olacaq. Bununla bağlı Təhsil Nazirliyi ilə birgə artıq işlərə başlamışıq. Düşünürəm ki, bir neçə aya bu kartlardan ölkəmizdə də istifadə ediləcək” - deyə nazir vurğulayıb.
    09.09.11 Məqaləni oxumaq
     
    Qızıl və gümüş medalla təltif olunmuş şagirdlərin hamısı ali məktəbə daxil olub
    Ötən dərs ilində qızıl və gümüş medalla təltif olunmuş 53 şagirdin (37 nəfər qızıl, 16 nəfər gümüş medala layiq görülüb) hamısı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. 2010-2011-ci tədris ilində ilk dəfə olaraq, təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medalla təltif ediliblər. Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib. Qızıl və gümüş medallar verilərkən Təhsil Nazirliyinin keçirdiyi yoxlama və buraxılış imtahanlarının, həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri də nəzərə alınır.
    09.09.11 Məqaləni oxumaq
     
    İnformasiya Texnologiyaları İnstitutu ilə Rusiyanın Sistemli Analiz İnstitutu arasında protokol imzalanıb
    AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Sistemli Analiz İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, protokol çərçivəsində fundamental tədqiqatlar sahəsində əməkdaşlığın genişlənməsi, elm və texnikanın innovativ inkişafına xidmət edən birgə elmi-tədqiqat işləri və proqramların həyata keçirilməsi, texnoparklarda müvafiq işlərin aparılması, əldə edilən nəticələrin tətbiqi, birgə seminar, elmi konfrans, işgüzar görüş və sərgilərin keçirilməsi məsələləri nəzərdə tutulur. Tərəflər müxtəlif təyinatlı “hesablama buludları” və MathCloud sahəsində xidmətlərin yaradılması məsələlərində əməkdaşlıq edəcəklər. Əməkdaşlıq, həmçinin AzScienceNet elm kompyuter şəbəkəsinin imkanlarının genişləndirilməsi, onun bazasında Verilənlərin Emalı Mərkəzinin yaradılması, qabaqcıl İKT sistemləri üzrə metodların araşdırılması və işlənməsi üzrə qrant proqramlarda birgə iştirakı da nəzərdə tutur.
    07.09.11 Məqaləni oxumaq
     
    Ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanacaq
    Yeni tədris ilindən etibarən ölkə üzrə ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanacaq. Bu barədə “KƏLAMİNFO”ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bu proses ilkin olaraq təhsil müəssisələrinin akkreditasiya qaydaları, ümumtəhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və statusunu müəyyənləşdirən meyarlar əsasında 11 pilot məktəbi əhatə edəcək. Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə olunur. Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyadan keçirilmə qaydaları hazırlanır.
    07.09.11 Məqaləni oxumaq
     
    Ən yaxşı universitetlərinin reytinqi açıqlanıb: siyahıda Azərbaycan yoxdur
    Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısını tərtib edən “Times High Education” 2010-2011-ci ilin ən yaxşı 300 universitetinin adını açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, siyahıya 100 balla Böyük Britaniyanın Kembric Universiteti başçılıq edir, halbuki son illərdə birincilikdə ABŞ-ın Harvard Universiteti dayanırdı. Harvard Universiteti 99,3 balla 2-ci, Massaçusetss Texnologiya İnstitutu isə 99,2 balla 3-cü yerdə qərarlaşıb. Bu ölkənin Yel Universiteti 98.8 balla 4-cü, Böyük Britaniyanın Oksford Universiteti isə 98.0 balla 5-ci yerdədir. Qeyd edək ki, 300 universitet arasında Azərbaycanın ali təhsil ocaqlarının heç birinin adı yoxdur. MDB-yə daxil olan ölkələrindən isə təkcə Rusiyanın Lomonosov Dövlət Universiteti 61,3 balla 112-ci, Sankt-Peterburq Dövlət Universiteti isə 41,1 balla 251-ci yerdədir. Universitetlərin qiymətləndirilməsi altı göstərici üzrə aparılıb. Əsas göstəricilər kimi ali məktəbin akademik mühitdə tanınması, işə götürənlərin universitetin məzunlarına münasibəti, universitet əməkdaşlarının nəşrlərinin sayı, müəllimlərin və tələbələrin say nisbəti, o cümlədən universitetdə xarici müəllimlərin və tələbələrin nisbi sayı götürülüb.
    07.09.11 Məqaləni oxumaq
     
    Növbəti tədris ilində 47 yeni orta məktəb istifadəyə veriləcək
    2011-2012-ci tədris ilində 47 yeni orta məktəb şagirdlərin istifadəsinə veriləcək. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bunlarla yanaşı, 6 məktəb əsaslı təmir edilib, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Müqayisə üçün qeyd edək ki, 2010-2011-ci dərs ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb inşa olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib. “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil müəssisəsinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçasıdır. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqları, yeni tədris korpusları, idman və akt zalları, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulub.
    07.09.11 Məqaləni oxumaq
     
    Saxta “Abituriyent” nəşrləri satış məntəqələrindən götürülərək məhv edilir
    Saxta “Abituriyent” nəşrləri ilə bağlı vaxtaşırı hüquq-mühafizə orqanlarına müraciət edilir və demək olar ki, bunların qarşısı alınır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının baş redaktoru Arzu Əliyev söyləyib. Onun sözlərinə görə, məsələ ilə bağlı özləri də müəyyən reydlər aparır. “Lakin bu kimi saxtakarlıq halları kütləvi xarakter almayıb. Təqribən 3-5 nüsxə aşkar olunur ki, onlar da satış məntəqələrindən götürülərək məhv edilir”,-deyə o, əlavə edib.
    06.09.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi vakant qalan yerləri elan edib
    Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə tarix, biologiya, fizika, musiqi və nəğmə, təsviri incəsənət müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə vakant qalan yerləri elan edib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, biologiya müəllimliyi üzrə 128, tarix üzrə 125, fizika üzrə 90, musiqi və nəğmə üzrə 13, təsviri incəsənət müəllimliyi ixtisası üzrə isə 6 vakant yer var. Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi müsabiqədə iştirak edərək keçid balını toplayanlar bu ixtisaslar üzrə müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər üçün keçid balı 28-dən, digər vakant yerlər üçün keçid balı isə 21-dən yuxarıdır. Sözügedən ixtisaslar üzrə müəllim işləmək arzusunda olanlar sentyabrın 12-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət etməlidirlər.
    06.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 36 37 38 39 40 41 42 43 44 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30