Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
    Almaniyada orta məktəbi kafi qiymətlərlə bitirən şagirdlər üçün hazırlıq kursları təşkil olunacaq
    Almaniyanın Qızıl Aypara Cəmiyyətinin Jerixover Land regional təşkilatının sədri Jana Linzenburq Maqdeburq şəhərində yaşayan azərbaycanlı ailələrlə görüşlərə start verib. Bu barədə “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Birinci görüşdə Linzenburq həmvətənlərimizə orta məktəbi bitirdikdən sonra Almaniyanın ali məktəblərinə daxil olunması yollarını izah edərək, onlara ali məktəblərə daxil olduqları günə kimi köməklik göstərəcəyini bildirib. Qeyd edək ki, bu layihənin reallaşdırılmasına dair razılıq Sakhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin sədri Yaşar Millnitts Niftəliyevin Qızıl Aypara Cəmiyyətinin Jerixover Land regional təşkilatının sədri Jana Linzenburqla 13 sentyabr görüşündə əldə olunub. Görüşdə Yaşar Millnitts Niftəliyev Maqdeburqda yaşayan, orta məktəbi kafi qiymətlərlə bitirmiş azərbaycanlı şagirdlər üçün ali məktəbə hazırlıq kurslarının təşkil olunması təşəbbüsü ilə çıxış edib.
    21.09.11 Məqaləni oxumaq
     
    Rezidenturaya qəbul imtahanlarına ərizə qəbulu sabah başa çatır
    Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu sabah saat 10:00-da başa çatır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Ərizə qəbulu internet vasitəsi ilə bu qaydada aparılır: – Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olur və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurur. Namizəd ödəmə kartını virtual formada internet vasitəsilə və ya Azercell-in 7725 xidmətindən istifadə etməklə əldə edir. Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirir. Namizədlər “Namizədin elektron ərizəsi” formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Regional bölmələrində (Naxçıvan MR, Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində) yaradılmış SQK-da təsdiq etdirirlər.
    20.09.11 Məqaləni oxumaq
     
    Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək
    Sentyabrın 24-25-i tarixlərində Bakıda növbəti beynəlxalq təhsil sərgisi açılacaq. “KƏLAMİNFO” xəbər verir ki, sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Şimali Kipr, Türkiyə, ABŞ, Avstriya, Malayziya, Yunanıstan, İspaniya və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. Ümumilikdə, sərgidə 12 ölkənin 50 ali təhsil ocağı təmsil olunacaq. Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar. Qeyd edək ki, sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur.
    19.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanda yeni tədris ili başlayıb
    Bu gün Azərbaycanda 2011-2012-ci tədris ili başlayıb. Təhsil Nazirliyindən “KƏLAMİNFO”a verilən məlumata görə, yeni tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə 124 274 şagird qəbul olunub. 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120 420, 2009-2010-cu tədris ilində isə 118 947 nəfər olub. Azərbaycanın ali təhsil ocaqlarına isə 30 min tələbə qəbul edilib. Yeni dərs ilində 47 yeni orta məktəb şagirdlərin istifadəsinə verilib. Bunlarla yanaşı, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib. Bundan başqa, 2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3463170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çatdırılması nəzərdə tutulub.
    16.09.11 Məqaləni oxumaq
     
    Rezidenturaya sınaq imtahanının nəticələri açıqlanıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə 10 sentyabr tarixində baza fənləri üzrə və 11 sentyabr tarixində isə ixtisas fənləri üzrə keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-dan veriblər. İmtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 656 namizəddən 602 nəfəri hər iki imtahanda iştirak edib. Sınaq imtahanlarının nəticəsi əsasında baza ali tibb təhsili üzrə rezidenturaya keçirilmiş sınaq imtahanı nəticəsində balların paylanması TQDK-nın rəsmi internet saytında yerləşdirilib.
    15.09.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Qəbul imtahanlarında vaxt limiti artırıla bilər”
    “Növbəti illərdə qəbul imtahanlarında vaxt limiti artırıla bilər. Bu da təbii ki, açıq test suallarının artırılması ilə əlaqədar olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə bu gün prezident təqaüdçüləri ilə keçirilən görüşdə söyləyib. Onun sözlərinə əsasən, test proqramlarına açıq testlər daxil edəndə vaxt faktoru nəzərə alınır. “Gələcəkdə açıq testlərin sayı çoxalarsa, imtahan suallarının sayında dəyişikliklər də edilə bilər” - deyə o, əlavə edib.
    14.09.11 Məqaləni oxumaq
     
    Abituriyentlərə sual kitabçasını özüylə aparmağa qadağa qoyulacaq
    “Rezidenturaya namizədlik verənlərə imtahandan sonra sual kitabçaları paylanılmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbasova deyib. Onun sözlərinə əsasən, bu il rezidenturaya qəbul ilk dəfə keçirildiyindən suallar TQDK-nın rəsmi saytında yerləşdiriləcək, növbəti illərdən isə nə internet, nə də sual kitabçası vasitəsilə suallar namizədlərə paylanmayacaq. “Sualların tərtibi bizə baha başa gəlir. Həmin suallar ola bilsin ki, növbəti imtahanlara da salınsın. Bu baxımdan sual kitabçaları rezidenturaya imtahan verənlərə də paylanılmayacaq” - deyə o, əlavə edib. TQDK sədri bildirib ki, bundan öncəki illərdə sual kitabçasının paylanması aşkarlığı təmin etmək məqsədi güdürdü. “Lakin bundan sonra hətta bakalavr pilləsinə qəbul imtahanı zamanı da abituriyentlərə sual kitabçasını özüylə aparmağa qadağa qoyulacaq”.
    13.09.11 Məqaləni oxumaq
     
    Elmin İnkişafı Fondu qrant layihələrinin yerinə yetirilməsinə dair təqdimat keçirib
    Bu gün Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrant layihələrinin idarə olunması və yerinə yetirilməsinə həsr edilən seminar və təqdimat keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə fondun 2011-ci ilin 1-ci müsabiqəsinin qalibi olan 82 layihənin rəhbəri, EİF-nin Himayədarlar Şurasının üzvləri və digər müvafiq qurum nümayəndələri iştirak edib.
    12.09.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Tibb ixtisası olan istənilən ali məktəbin diplomlarını qəbul edəcəyik”
    “Biz rezidenturaya qəbul zamanı tibb ixtisası olan istənilən ali məktəbin diplomlarını qəbul edəcəyik. Ancaq namizədlərin bilik səviyyələri barədə qabaqcadan nəsə demək olmaz”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. M.Abbaszadənin sözlərinə görə, Odlar Yurdu, Beynəlxalq və Tibb universitetlərinin diplomları qəbul olunacaq. “Əgər bu diplomlar Təhsil Nazirliyin tərəfindən təsdiq edilibsə, biz onları qəbul etməyə bilmərik” - deyə TQDK sədri vurğulayıb. O, rezidenturaya sənəd verənlərin tibbi bilik səviyyəsinin isə imtahanlardan sonra bəlli olacağını deyib.
    12.09.11 Məqaləni oxumaq
     
    Azərbaycanda rezidenturaya sənəd qəbulu başlayıb
    Azərbaycanda rezidenturaya sənəd qəbulu başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə verib. TQDK sədri bildirib ki, rezidenturaya qəbul olmaq hüququna baza ali tibb təhsili olan Azərbaycan vətəndaşları malikdirlər. Onun sözlərinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya qəbul ola bilməzlər. M.Abbaszadə deyib ki, namizədlər ərizələrini təsdiq etdirmək üçün bu gündən sentyabrın 19-dək (şənbə və bazar istisna olmaqla) saat 9-dan 17-dək, sentyabrın 20-də isə səhər saat 10-dək müvafiq Sənəd Qəbulu Komissiyasına TQDK-nın ödəmə kartını və tələb olunana sənədləri şəxsən təqdim etməlidirlər. “Qəbul imtahanı test üsulu ilə 2 mərhələdə aparılacaq. Birinci mərhələdə namizədin baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə fənlər üzrə bilikləri yoxlanılacaq” - deyə TQDK sədri qeyd edib.
    12.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30