Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 34 35 36 37 38 39 40 41 42 » #
    TQDK-da qəbul proqramlarının yenidən hazırlanması məqsədilə işçi qrupu yaradılıb
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Fizika fənni üzrə elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Gündəlikdəki məsələ seminarın iş planının müzakirəsi və təsdiqi olub. Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemdə internet vasitəsilə videobağlantı əsasında öz fikirlərini bildirib, təkliflərini veriblər. Qəbul proqramlarının yenidən işlənib hazırlanması məqsədilə işçi qrupu yaradılıb. Növbəti seminarda 2012-ci ildə ali məktəblərə qəbul imtahanının keçirilməsi üçün qəbul proqramının müzakirəsinə başlanacaq.
    05.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan məktəbliləri 109 medal qazanıb
    Son illər dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 38 gümüş, 60-dan çox bürünc medala layiq görülüb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil naziri Misir Mərdanovun “Azərbaycan təhsili müstəqillik illərində” başlıqlı məqaləsində əks edilib. Məqalədə qeyd edilib ki, əhalisinin sayının az olmasına baxmayaraq, medalların sayına görə Azərbaycan dünya ölkələri arasında ilk onluqda yerini qoruyub. Məktəbdənkənar təhsil müəssisələrinin yetirmələri də müxtəlif səviyyəli yarışlarda əhəmiyyətli nailiyyətlər əldə ediblər. Məktəblilərimiz son illər respublika və beynəlxalq yarışlarda 1886 medal, o cümlədən Avropa, dünya birinciliyi və çempionatlarında 178 medal qazanıblar.
    04.10.11 Məqaləni oxumaq
     
    Son 10 ildə məktəblilər üçün 40 milyon nüsxədən çox dərslik çap edilib
    “Yeni məzmun yeni nəsil dərsliklərin hazırlanmasını zəruri edib. 2003-2011-ci illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 40 milyon nüsxədən çox dərslik çap edilib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil naziri Misir Mərdanovun “Azərbaycan təhsili müstəqillik illərində” başlıqlı məqaləsində əks edilib.
    03.10.11 Məqaləni oxumaq
     
    İlk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə töhfə
    Oktyabrın 6-7-si tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixində əlamətdar hadisə olan ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyi münasibətilə beynəlxalq elmi simpozium keçirəcək. Milli Azərbaycan Tarixi Muzeyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan, Gürcüstan, Misir, Rusiya, Türkiyə, Ukraynadan olan alimlərin iştirak edəcəyi simpoziumda “İctimai-siyasi və mədəni həyatda qadınların rolu: tarix və müasir vəziyyət”, “Qadın təhsilinin tarixi: Şərq və Qərb təcrübəsi” elmi istiqamətləri üzrə 50-dək məruzənin dinlənilməsi nəzərdə tutulub.
    03.10.11 Məqaləni oxumaq
     
    Məktəbli formaları məsələsi parlamentdə qaldırıldı
    Bu gün Milli Məclisdə orta məktəblərə uşaqların qəbul olunmasında və məktəbli geyimlərinin alınmasında yaranan problemlərlə bağlı məsələ qaldırılıb. Deputat Siyavuş Novruzov məktəbli formalarının alınmasında yaranan növbələr və problemlərdən danışıb. O, təklif edib ki, məktəbli geyiminin vahid nümunəsi cəmiyyətə təqdim olunsun və kim harada istəyir tikdirsin. “Milli Məclisdə qəbul olunan “Təhsil haqqında” qanunda qeyd olunur ki, məktəbə gedən uşaqlar uşaq bağçasından keçməlidir. Təhsil Nazirliyinin hesabatında isə qeyd olunur ki, yalnız 20 faiz uşaqlar uşaq bağçalarına cəlb oluna bilir. Müəyyən məktəblər isə bundan istifadə edir və 1-ci sinfə qəbul edilməsində əngəl törədirlər” - deyə S.Novruzov vurğulayıb.
    01.10.11 Məqaləni oxumaq
     
    Əhməd Vəliyev: “Təhsil krediti tələbələrin rahat təhsil almasına şərait yaradacaq”
    “Bu gün Azərbaycan reallığı ondan ibarətdir ki, ödənişli əsaslarla təhsil alanlar çoxdur və tələbələrin də əksəriyyəti bunu ödəməkdə çətinlik çəkir. Ona görə də bütün dünyada olduğu kimi Azərbaycanda da “Təhsil krediti” haqqında qanun layihəsinin qəbulu vacibdir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev bildirib. Onun sözlərinə görə, qanunun qəbulu ilə universitetlərin işləri bir qədər yüngülləşə bilər. “Çünki təhsil haqqını ödəyə bilməyib gecikdirən insanlar bu kredit vasitəsilə borclarını ödəyə biləcəklər.
    30.09.11 Məqaləni oxumaq
     
    Doktoranturaya sənəd qəbulunun vaxtı artırılmayacaq
    Doktoranturaya sənəd qəbulu artıq başa çatmaq üzrədir. Sənəd qəbulunun vaxtı artırılmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti, akademik Mahmud Kərimov söyləyib. M.Kərimov deyib ki, sənəd qəbulu ilə bağı müşahidələr göstərir ki, humanitar və ictimai elmlərə maraq daha çoxdur: “İstərdim ki, dəqiq elmlər üzrə sənəd daha çox təqdim olunsun. Çünki bu sahədə daha çox ehtiyacımız var”. M.Kərimov doktoranturaya qəbulun şəffaflıq şəraitində keçiriləcəyinin qeyd edib. Onun sözlərinə görə, doktoranturaya qəbulun günləri yaxın vaxtlarda AMEA Rəyasət Heyətinin iclasında dəqiqləşdiriləcək. Xatırladaq ki, doktoranturaya qəbul sentyabrın 1-də başlayıb və 30-da başa çatacaq. İmtahanlar isə oktyabrda başlayacaq.
    30.09.11 Məqaləni oxumaq
     
    Suriyada təhsil alan tələbələr təhsilini yarımçıq buraxıb
    Bu günlərdə Suriyada təhsil alan 50-60 azərbaycanlı tələbə bu ölkədəki hadisələrlə bağlı təhsilini yarımçıq buraxıb Azərbaycana qayıdıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildiirb. Onun sözlərinə görə, Suriyada türkdilli şəxslərə qarşı olan münasibətə görə, azərbaycanlı tələbələrə ölkələrinə qayıtmaq tövsiyə olunub. “Azərbaycanlı tələbələr əsasən Dəməşq şəhərində təhsil alırdılar. Eyni zamanda, digər iğtişaşlar baş verən şəhərlərdən də azərbaycanlı tələbələrin təhsilini buraxıb gəlməsi davam edir”-deyə, S.Həsənli vurğulayıb.
    29.09.11 Məqaləni oxumaq
     
    “Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsi yekunlaşdırılır
    Gənclər üçün Təhsil Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsini başa vurmağa hazırlaşır. Bu barədə “KƏLAMİNFO”ya Mərkəzin mətbuat xidmətindən məlumat verilib. 6 ay davam edən layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun regionlarda peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi, gənclərdə peşə təhsilinə həvəs oyatmağı və texniki-peşə təhsilinin nüfuzunun qaldırılmasını nəzərdə tutub.
    28.09.11 Məqaləni oxumaq
     
    “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib
    Nazirlər Kabineti “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Nazirlər Kabinetindən veriblər. Qərar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinə əsasən qəbul edilib. Qərara əsasən, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndində “daxil edilir” sözlərindən sonra “və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir ” sözləri əlavə edilib.
    23.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 34 35 36 37 38 39 40 41 42 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30