Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 33 34 35 36 37 38 39 40 41 » #
    Təhsil müəssisələrində çalışan 92 nəfərin işi Baş Prokurorluğa göndərilib
    Ölkəmizin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırmalar başa çatıb. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərin diplomu saxtadır. Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalan hissəsi isə digər 20 rayonda aşkar edilib. Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Baş Prokurorluğa müraciət olunub. Onu da qeyd edək ki, saxta diplomların aşkarlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən növbəti 25 rayonun ümumi təhsil müəssisələrində araşdırmalara başlanılıb.
    13.10.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda magistr və doktorantların hərbi xidmətdən tam azad edilməsindən söhbət gedə bilməz”
    “İndiki halda Azərbaycanda magistr və doktorantların hərbi xidmətdən tam azad edilməsindən söhbət gedə bilməz”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O, qeyd edib ki, bu gün magistr və doktorantlara yalnız hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə oluna bilər. “Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı çoxlu sayda müraciət daxil olub. Ola bilər ki, “Elm siyasəti haqqında” qanun layihəsi qəbul olunarkən magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə olunsun. Amma doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm siyasəti haqqında” qanun layihəsində öz əksini tapıb”,-deyə Ş.Hacıyev vurğulayıb. Onun sözlərinə görə, yaxın 1-2 həftə ərzində komitədə “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəsinə başlanılacağı gözlənilir.
    13.10.11 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Müəllimlərin İKT bacarığını 5 il qabaqdakı səviyyə ilə müqayisə etmək olmaz”
    “Məktəblərimizin demək olar ki, hamısında müasir İKT avadanlıqları quraşdırılıb. Müəllimlərimizin 70 minə yaxını müxtəlif İKT kurslarında iştirak edib və sertifikatlar alıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib. Nazir xatırladıb ki, müəllimlərin İKT bacarığını 5 il qabaqdakı səviyyə ilə müqayisə etmək olmaz. “Biz hər il “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqəsini həyata keçiririk. Bu müsabiqədə əvvəllər bir qayda olaraq müəllimlər və məktəb direktorları təqdimatlarını kağızın üzərinə baxmaqla keçirirdilər. Amma mən çox sevinirəm ki, bu gün bütün təqdimatların hamısı İKT-nın köməyi ilə həyata keçirilir”,-deyən M.Mərdanov hesab edir ki, təhsil sahəsindəki uğurlardan ən başlıcası İKT-nın bu sahədə tətbiqidir. Nazir xatırladıb ki, hazırda 1000-dən çox məktəb geniş zolaqlı davamlı internet şəbəkəsinə qoşulub. Qarşıya isə 1 şagirdə bir kompüter məsələsi qoyulub.
    13.10.11 Məqaləni oxumaq
     
    Təhsil naziri bölgə məktəblərinin qızdırılması ilə bağlı heç bir məlumat verməyib
    Bu il, xüsusən Bakı şəhərində məktəblərin istilik sistemi ilə bağlı ciddi bir problem olmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib. Nazir xatırladıb ki, “Azəristilik” və “Azəriqaz” istilik sistemini bu yaxınlarda verib. Onun sözlərinə görə, hazırda bu iş diqqət mərkəzindədir və problem olmayacaq. Nazir, bölgə məktəblərinin qızdırılması ilə bağlı heç bir məlumat verməyib.
    12.10.11 Məqaləni oxumaq
     
    Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunan iclas keçirilib
    Bu gün Təhsil Nazirliyinin sifarişi əsasında Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunan iclas keçirilib. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Təhsil naziri Misir Mərdanov təhsil sahəsində müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə çatdırıb. Görülən işlərin, həyata keçirilən islahatların nəticələrinin qiymətləndirilməsinin əhəmiyyətinə toxunan nazir Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları müəyyənləşdirilərkən daha ümdə məsələlərin önə çəkilməsinin vacibliyini bildirib. Təhsil Nazirliyinin sifarişi ilə cari dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları haqqında məlumat verən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov 2011-2012-ci dərs ilində, əsasən tətbiqi xarakterli mövzuların araşdırılmasının nəzərdə tutulduğunu qeyd edib. İnstitutun direktoru tədqiqat mövzuları müəyyənləşdirilərkən Təhsil Nazirliyinin müvafiq şöbələri və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə alındığını bildirib.
    11.10.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə Şəkiyə gedib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Şəki regional bölməsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Tədbirdən öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Şəki Şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış abidəsini ziyarət edərək, gül dəstələri qoyublar. Konfransı giriş sözü ilə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açıb. Daha sonra TQDK-nın fəaliyyətinə dair qısametrajlı sənədli film nümayiş olunub.
    08.10.11 Məqaləni oxumaq
     
    TQDK-dan rezidenturaya qəbul olanlara xəbərdarlıq!
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul olmuş şəxslərə xəbərdarlıq edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri 7 oktyabr saat 17:00-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların müraciətləri qəbul edilməyəcək.
    07.10.11 Məqaləni oxumaq
     
    Qulu Novruzov: Elmlər Akademiyası ləğv edilərək universitetlərə birləşdirilərsə, nazirliyin adı dəyişdirilə bilər
    Təhsil Nazirliyinin adının dəyişdirilməsi, ona hansısa qurumun birləşdirilməsinə ehtiyac görmürəm. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil nazirinin müavinin Qulu Novruzov deyib. Təhsil Nazirliyinin “Elm və Təhsil Nazirliyi” olması ilə bağlı sualı cavablandıran Q.Novruzov buna ehtiyac görmədiyini söyləyib. Ancaq Q.Novruzov belə bir təcrübənin bir sıra ölkələrdə olduğunu da xatırladıb və bildirib ki, həmin dövlətlərdə Elmlər Akademiyası ləğv ediləndə bu addım atılır: “Bəli, Elmlər Akademiyası ləğv edilərək universitetlərə birləşdirilərsə, belə bir qərar qəbul edilə bilər” deyən Q.Novruzov əlavə edib ki, bütün dünyada elmi tədqiqatlar, araşdırmalar universitetlərin ayrılmaz bir hissədir: “Belə də olmalıdır. Ali məktəblərdə tədqiqatlara bugünkündən daha çox yer verilməlidir”.
    05.10.11 Məqaləni oxumaq
     
    Bu gün Beynəlxalq müəllimlər günüdür
    Bu gün dünyanın bir çox ölkəsində beynəlxalq müəllimlər günü qeyd edilir. “KƏLAMİNFO” xəbər verir ki, bu tarixin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən qəbul edilib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Azərbaycanda da bu tarix təntənəli şəkildə qeyd olunur. Qeyd edək ki, oktyabrın 3-də prezident İlham Əliyev təhsil işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bir qrup təhsil işçisi “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və “Əməkdar müəllim” fəxri adına layiq görülüblər.
    05.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan Diplomatik Akademiyası magistraturaya tələbə qəbuluna başlayıb
    Azərbaycan Diplomatik Akademiyası (ADA) 2012-2013-cü tədris ili üçün Diplomatiya və Beynəlxalq Münasibətlər (MADİA proqramı) üzrə magistraturaya tələbə qəbuluna başlayıb. ADA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, magistraturada təhsil iki illikdir və ingilis dilində aparılır.
    05.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 33 34 35 36 37 38 39 40 41 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30