Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 32 33 34 35 36 37 38 39 40 » #
    Kaspi Təhsil Mərkəzi Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək
    Noyabrın 5-i “Hyatt-Regency” otelində Kaspi Təhsil Mərkəzi xaricdə təhsil almaq istəyənlər üçün Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək. “KƏLAMİNFO” xəbər verir ki, Kaspi Təhsil Mərkəzi sərgi ilə bağlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirib. Mərkəzin direktoru Elnur Əliyev bildirib ki, hər il ənənəvi olaraq beynəlxalq sərgi təşkil edirlər. Onun sözlərinə görə, məqsəd Azərbaycan gənclərini, o cümlədən tələbələri bir sıra nüfuzlu xarici universitetlərlə tanış etmək, onlara həmin universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaqdan ibarətdir. Mərkəz direktoru həmçinin bildirib ki, sərginin digər bir məqsədi isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dəstək verməkdir.
    04.11.11 Məqaləni oxumaq
     
    Bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların təsnifatı təsdiq edilib
    Nazirlər Kabineti “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Nazirlər Kabinetindən veriblər. “Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında” qərarın icrasının təmin edilməsi məqsədi ilə qəbul edilən qərarda Təhsil, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə Sənayesi nazirliklərinin təklifləri nəzərə alınıb.
    03.11.11 Məqaləni oxumaq
     
    Orta ixtisas məktəblərinə sənəd qəbulu ilə bağlı dəyişikliklər edilib
    Azərbaycanda 2012/2013-cü tədris ili üçün ümumi orta (9-illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər, o cümlədən, 16 yaşına çatmamış gənclər qəbul kampaniyası zamanı şəxsiyyəti təsdiq edən sənəd kimi yalnız şəxsiyyət vəsiqəsinin əslini təqdim edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Artıq yeni tədris ili üçün sənəd qəbulu zamanı 16 yaşına çatmamış şəxslər doğum haqqında şəhadətnamədən istifadə etməyəcəklər. Sənəd qəbulu zamanı 16 yaşına çatan şəxslər əvvəlki illərdə olduğu kimi şəxsiyyət vəsiqəsini, 16 yaşına çatmayanlar isə şəkilsiz şəxsiyyət vəsiqəsini təqdim edəcəklər. Şəxsiyyət vəsiqəsi olduqda abituriyentlər onun pin-kodunu yazacaq və vəsiqədəki bütün məlumatlar avtomatik olar elektron ərizəyə daxil olacaq.
    01.11.11 Məqaləni oxumaq
     
    Məktəblərə dair statistik müayinənin nəticələri açıqlanıb
    Dövlət Statistika Komitəsi (DSK) növbəti dəfə ölkədə fəaliyyət göstərən dövlət əyani ibtidai, orta və tam orta ümumtəhsil məktəblərində onların qış mövsümünə hazırlığı, maddi-texniki bazası və pedaqoji kadrlarla təminatına dair statistik müayinə keçirib. DSK-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, müayinənin nəticələrinə görə, 4487 dövlət əyani ümumi təhsil müəssisələrindən 3888-i və ya 87 faizi, o cümlədən şəhər yerlərində 1097-si (94 faizi), kənd yerlərində isə 2791-i (84 faizi) kompüterlə təmin olunub. Kompüterlərə malik olan ibtidai məktəblərin xüsusi çəkisi 11 faiz, orta məktəblərin – 82 faiz, tam orta məktəblərin isə - 96 faiz təşkil edib. Ötən tədris ilinin əvvəlinə keçirilən müvafiq müayinənin nəticələri ilə müqayisədə məktəblərdə kompüterlərin sayı 2,4 min ədəd və ya 6 faiz artaraq 42,5 minə çatıb. Hazırda hər 30 şagirdə orta hesabla bir kompüter düşür. Ötən il bu göstərici 33, 2009-cu ildə 35, 2008-ci ildə 39, 2007-ci ildə 47, 2006-cı ildə isə 101 olub.
    24.10.11 Məqaləni oxumaq
     
    Bakının 3 məktəbində şagirdlərin dərsə davamiyyəti yoxlanılıb
    Bu gün Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın orta ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətinə dair monitorinq keçirilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi mətbuat işçilərinin seçimi əsasında Bakının Nərimanov rayonundakı 177, 47 və 258 nömrəli orta məktəblərdə aparılıb. Reyd zamanı həm ibtidai, həm də yuxarı siniflərdə şagirdlərin davamiyyət faizinin yüksək olduğu (95 faizdən yuxarı) müşahidə edilib. Monitorinq qrupu, həmçinin məktəblərdə tədrisin təşkilinin bir sıra digər məsələləri ilə maraqlanıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Müvafiq monitorinqlərin hər həftə paytaxtın bir rayonu üzrə keçirilməsi nəzərdə tutulub.
    21.10.11 Məqaləni oxumaq
     
    Misir Mərdanov xaricdə oxuyan azərbaycanlı tələbələrlə Təhsil Nazirliyinin görüşünün təşkilini istəyir
    “Çox yaxşı olardı ki, xaricdə oxuyan azərbaycanlı tələbələrlə Təhsil Nazirliyinin görüşləri təşkil olunsun”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. O, qeyd edib ki, Azərbaycanda oxuyan tələbələrlə yanaşı, xaricdəkilərin də bir çox problemləri var və bunlar birlikdə müzakirə olunmalıdır. “Tələbələr arasında ən çox maraqlandırılan məsələlərdən biri xaricdə təhsillə bağlıdır. Bu istiqamətdə görüşlərin, müzakirələrin sayını artırmaq lazımdır. Mən onlarla görüşə hazıram”,-deyə nazir vurğulayıb. M.Mərdənov həmçinin qeyd edib ki, bu gün kolleclər də daxil olmaqla Azərbaycanın 200 mindən çox tələbə kontingenti var.
    20.10.11 Məqaləni oxumaq
     
    Təhsil naziri: “Müəllim çatışmazlığı ilə bağlı problem yaşanmayıb”
    “Müəllimlərin yaş senzi ilə bağlı təqaüdə göndərilməsindən sonra rayon mərkəzlərində, şəhərlərdə, əhalinin sıx məskunlaşdığı qəsəbələrdə müəllim çatışmamazlığı ilə bağlı problem yaşanmayıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhlis naziri Misir Mərdanov bildirib. O bu kimi problemin ucqar kəndlərdə olduğunu qeyd edib. “Ucqar kəndlərdə, dağlıq yerlərdə müəyyən problemlər var və biz də onu həll etməyə çalışırıq”-deyə nazir vurğulayıb. M.Mərdanov həmçinin bildirib ki, böyük məktəblərin hər birində rəsmi psixoloq xidməti təmin edilib. “Kiçik məktəblərdə müəyyən çətinliklər var və respublikada eyni zamanda bu işi görməyi bacaran psixoloqların da sayı kifayət qədər deyil və bu istiqamətdə iş aparırıq”-deyə o, əlavə edib.
    19.10.11 Məqaləni oxumaq
     
    TQDK sədri: “Regionlardan sənəd verən abituriyentlərin yüksək nəticə göstərənləri məhz qızlardır”
    “Müstəqilliyin ilk illərində ali məktəblərə sənəd verənlərin 90%-i oğlanlar idisə, bu gün bu rəqəm 50-50-yədir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə söyləyib. Onun sözlərinə görə, dövlət müstəqilliyinin möhkəmləndiyi illərdə qadınların cəmiyyətdə rolu artdıqca, ali məktəbdə təhsil almaq istəyən qızların da sayı artdı. “ Hətta regionlardan da ali məktəbə sənəd verənlərin 90-95%-i oğlanlar idisə, bu gün bu göstəricinin 40-50%-ni qızlar təşkil edir. Bölgələrdən sənəd verənlərin yüksək nəticə göstərənləri də məhz qızlardır” – deyə o, əlavə edib.
    14.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiya hazırlanıb
    Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiya artıq işçi qurup tərəfindən hazırlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov deyib. M.Mərdanov bildirib ki, 2011-2021 illərdə Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiya” hazırlanaraq Prezident yanında Təhsil Komissiyasına təqdim olunub. “Strategiya yəqin ki, bu yaxınlarda ölkə başçısı tərəfindən təsdiq olunacaq”-deyə nazir vurğulayıb.
    13.10.11 Məqaləni oxumaq
     
    Bakıda “Məzun- 2011” respublika payız əmək yarmarkası keçirilir
    Bu gün İqtisad Universitetində Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə “Məzun- 2011” respublika payız əmək yarmarkasının açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, açılışda universitetin rektoru, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, bu layihə 6 il əvvəl hər il keçirilməyə başlayıb. Rektor 6 il əvvəl ilə indiki vəziyyəti müqayisə edərək deyib ki, o vaxt yarmarkada çox az vakansiyalar təklif olunurdusa, artıq bu il bu vakansiyaların sayı 1000-ə çatdırılıb.
    13.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 32 33 34 35 36 37 38 39 40 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30