Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 31 32 33 34 35 36 37 38 39 » #
    Dövlət xidməti BDU-da seminar keçirib
    İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı Dövlət Universitetində “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda seminar təşkil edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə ali təhsil müəssisəsinin 200-dən artıq müəllim və tələbələri iştirak edib. Seminarda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib. A.Əliyev bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılmasında istehlakçıların maarifləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
    25.11.11 Məqaləni oxumaq
     
    Millət vəkili: Universitet müəllimlərinin səviyyəsi yoxlanılmalıdır
    Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Departamentinin yaradılmasına ehtiyac var. “KƏLAMİNFO” xəbər verir ki, bu təkliflə Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev Azərbaycan Dillər Universitetində (ADU) “Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq” mövzusunda keçirilən Respublika Elmi-Praktik konfransdakı çıxışı zamanı deyib. Azərbaycanın təhsil sistemində qarşıda duran ən vacib məsələlərdən birinin keyfiyyətli kadr hazırlanması işi olduğunu xatırladan Ə.Vəliyev hesab edir ki, sözügedən departamentin yaradılması bu işə öz müsbət töhfəsini verə bilər. Dünyanın hər yerində, o cümlədən qonşu Gürcüstanın bütün universitetlərində Keyfiyyətin Təminatı Departamentinin yaradıldığını misal gətirən professor deyib ki, departament ilk olaraq müəllim və professor heyətinin seçimini aparır:
    24.11.11 Məqaləni oxumaq
     
    Millət vəkili: Ali məktəblər və səhiyyə müəssisələri özəlləşdirilsin
    “Ölkənin sosial həyatı üçün önəmli rol oynayan texniki peşə məktəblərinə ayrılan vəsait artırılmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib. O, həmçinin ali məktəblərin yataqxana problemlərinin də tezliklə həll edilməsini vacib sayıb. “Yataqxanalardakı qaçqın və köçkünlər üçün binaların tikilməsi sürətləndirilməli və şəraiti olan yataqxanalar tələbələrə ayrılmalıdır. O cümlədən ali məktəblər üçün yeni yataqxanalar tikilməlidir. Çünki rayonlardan gələn tələbələrin kirayə haqqını valideynlər ödəməkdə çətinlik çəkirlər”,-deyə Q.Paşayeva vurğulayıb. Deputat Qüdrət Həsənquliyev isə deyib ki, müəllimlərin əməkhaqqı orta aylıq əməkhaqqından 3 dəfə azdır, ən azı orta aylıq əməkhaqqı səviyyəsinə qaldırılmalıdır. “Problemin köklü həlli üçün ali məktəblər özəlləşdirilməlidir. Səhiyyə müəssisələri də özəlləşdirilməlidir”,-deyə Q.Həsənquliyev vurğulayıb. Millət vəkili bildirib ki, Bakı şəhərində bütün binalar təhlükəsizlik kameraları ilə təmin olunmalıdır.
    24.11.11 Məqaləni oxumaq
     
    Doktoranturaya qəbulla bağlı keçirilən imtahanlar noyabrın sonunda başa çatacaq
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə keçirilən imtahanlar noyabrın sonunda başa çatacaq. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu məlumat verib. S.Abbasoğlu deyib ki, ixtisasdan keçirilən imtahanlar başa çatıb və hazırda doktorant olmaq istəyənlər xarici dildən imtahan verirlər. Onun sözlərinə görə, noyabrın sonu imtahanlar başa çatandan sonra nəticələrə elmi şuralarda baxılacaq. Hələlik qəbulla bağlı statistik məlumatların olmadığını diqqətə çatdıran S.Abbasoğlu deyib ki, ümumi nəticələrin dekabrın ortalarında məlum olacağı gözlənilir. Xatırladaq ki, bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. AMEA-nın fəlsəfə doktoru hazırlığı üzrə 2011-ci il üçün qəbul planı 215 nəfər müəyyənləşdirilib. Onlardan 174 nəfər əyani, 41 nəfəri qiyabi müəyyən edilib. Akademiya üzrə elan edilən yerlərə 478 nəfər sənəd verib. Onlardan 368 nəfəri əyani, 110-u qiyabi yerlərə sənəd verib.
    21.11.11 Məqaləni oxumaq
     
    TQDK ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ədliyyə Nazirliyi ilə birlikdə sabah ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Müsabiqə haqqında elan KİV-də dərc olunmuş və Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində - http://justice.gov.az yerləşdirilib. Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb, 356 nəfərin namizədliyi qeydə alınıb. İmtahan Bakı İdman Sarayında saat 10:00-da başlanır. Namizədlər özləri ilə "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq. 3 saat davam edən imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq: 80 sual namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır (suallar Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb); 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir (suallar TQDK tərəfindən hazırlanıb).
    20.11.11 Məqaləni oxumaq
     
    Filosoflar fəlsəfənin tarixi və tədqiqi problemlərini müzakirə edib
    Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Dünya fəlsəfəsi kontekstində İslam regionu fəlsəfə tarixinin tədrisi və tədqiqi problemləri” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki,  YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü"nə həsr olunan konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Misir, İran, İordaniya, Mərakeş və Fransadan olan alimlər iştirak edib. Konfransa, həmçinin İordaniya, Mərakeş və Qatarın Azərbaycandakı səfirləri qatılıb.
    19.11.11 Məqaləni oxumaq
     
    Şəmsəddin Hacıyev: “Təhsil xərclərinin artırılması bu sahədə irəliləyişlərə səbəb olacaq”
    Bu gün Milli Məclisin Elm və Təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, İnsan haqları, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, komitələrin birgə iclasında 2012-ci il dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılıb. İclasda Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, büdcədə nəzərdə tutulan hədəflər geniş miqyaslıdır və bu, Azərbaycan dövlət quruculuğunda ciddi təkanlar yaradacaq. “Xüsusilə elmə və təhsil sahəsində xərclərin artırılması bu sahənin inkişafında irəliləyişlərə səbəb olacaq” - deyə komitə sədri vurğulayıb. İclasda maliyyə naziri Samir Şərifov büdcə haqqında məlumat verərək deyib ki, mütləq ifadədə gələn ilin dövlət büdcəsinin xərcləri ümumilikdə 16 mlrd. 984 mln. manat olacaq ki, bu da 2011-ci illə müqayisədə 6,5 faiz çoxdur. “Xərclərin 51,8 faizi cari xərclərə, 46,1 faizi əsaslı xərclərə, 21,6 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəlib.
    18.11.11 Məqaləni oxumaq
     
    Distant təhsillə bağlı müzakirələr aparılıb
    Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov “Kavrakoğlu” şirkətinin baş proqram mütəxəssisi Berain Gün, proqramın yaradıcısı Hakan Atan və baş menecer Zeki Günlə görüşüb. Görüşdə rektor qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Təhsil Nazirliyinin nümayəndəsi Ayaz Abuşov bildirib ki, görüşün məqsədi “Təhsil müəssisələrində distant təhsil”in necə həyata keçirilməsi ilə bağlı “Kavrakoğlu” şirkətinin hazırladığı layihənin təqdim edilməsidir. H.Atan layihə ilə bağlı təqdimat edib, proqramın bütün incəliklərini iştirakçıların diqqətinə çatdırıb. O, təqdim olunan proqram vasitəsilə universitetlərin tədris planının hazırlanması, eyni zamanda, tələbələrin qeydiyyatının aparılma qaydaları barədə məlumat verib. Sonra isə proqram barədə fikir mübadiləsi aparılıb. Sonda rektor S.Seyidov təqdim olunan proqramın gələcəkdə bir çox ali məktəbdə istifadə olunacağına əminliyini ifadə edib.
    17.11.11 Məqaləni oxumaq
     
    Valeh Ələsgərov: “Elmə nə qədər pul xərcləsək də xeyri yoxdur”
    “İndiki zamanda ölkəmizdə elmə nə qədər pul xərcləsək də xeyri yoxdur. Çünki bunun əvəzində heç nə əldə etməyəcəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov bildirib. O qeyd edib ki, bu gün dünyanın aparıcı elmi-tədqiqat müəssisələri öz məhsullarını bazara çıxarmaqla milyardlarla pul qazanırlar və demək olar ki, özlərini maliyyələşdirirlər. “Məsələn, riyaziyyatı götürün, Lütfü Zadəni götürün və sair bu kimi misallar var. Lütfü Zadənin 5 nəzəriyyəsi var. Onlar olmasaydı, bugünkü kommunikasiya vasitələri olmazdı. Ona görə də nəticə alaraq bu işləri görmək lazımdır. Biz hətta təhsil sahəsində nə alacağıq onu düşünməliyik” - deyə V.Ələsgərov vurğulayıb. O bildirib ki, büdcədən ayrılan vəsaitlərə görə universitetlər və elmi tədqiqat mərkəzləri özlərində ciddi məsuliyyət hiss etməlidirlər.
    16.11.11 Məqaləni oxumaq
     
    Məktəblərdə şahmatın fənn kimi tədrisi istiqamətində ciddi müzakirələr aparılır
    “Təhsil” Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan açıq şahmat turniri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov ümumrespublika şahmat turniri haqqında ətraflı məlumat verib. O bildirib ki, ölkəmizin 48 şəhər və rayonundan 244 şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Turnirin çox yüksək səviyyədə təşkil olunduğunu deyən Q.Novruzov əlavə edib ki, Azərbaycanda şahmat məktəbləri, şahmatla məşğul olan şagirdlərin sayı ilbəil artır və bu sahədə qazanılan uğurların sırası durmadan genişlənir. Respublika üzrə şahmatın kütləviliyinin təmin olunması üçün məktəblərdə şahmatın fənn kimi tədrisi istiqamətində ciddi müzakirələrin aparıldığını vurğulayan Q.Novruzov bu idman növü ilə məşğul olan şagirdlərin hərtərəfli yetişdiklərini və dərslərində kifayət qədər uğur qazandıqlarını diqqətə çatdırıb.
    16.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 31 32 33 34 35 36 37 38 39 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30