Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 29 30 31 32 33 34 35 36 37 » #
    AMEA-nın bir sıra bölmələri üzrə doktoranturaya qəbulun nəticələri açıqlanıb
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Yer Elmləri Bölməsi və Biologiya Elmləri Bölməsinin fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə “KƏLAMİNFO”ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov məlumat verib. A.Həşimov deyib ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında sözügedən bölmələr üzrə 91 nəfərin doktoranturaya qəbulu təsdiqlənib. Bundan əlavə, həmin bölmələr üzrə əlavə yerlərin ayrılması üçün Rəyasət Heyətinə müraciət edilib: “Əlavə yerlərin ayrılması üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırdığımıza görə həmin təkliflər qəbul edildi və yaxın günlərdə bu təkliflərə baxılaraq təsdiq ediləcək. Hələlik nə qədər əlavə yerin istənilməsi məlum deyil”.
    27.12.11 Məqaləni oxumaq
     
    Azərbaycan Dillər Universiteti yubileyə hazırlaşır
    Azərbaycan Dillər Universiteti (ADU) Xalq yazıçısı Mirzə İbrahimovun yubileyinə hazırlaşır. Universitetin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, dramaturq, ədəbiyyatşünas, dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçiriləcək.
    17.12.11 Məqaləni oxumaq
     
    Abel Məhərrəmov: Ali məktəblər qarşısında tələb qoyulmalıdır
    “Hər bir ali məktəb qarşısında tələb qoyulmalı və məsələ qaldırılmalıdır ki, sən hansı elmi məktəb formalaşdırıbsan, yaxud hansı elmi potensialın var? Bu suallar cavablandırılandan sonra xaricə məzun göndərmək və digər vacib işlərə yanaşma müəyyənləşməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin Təhsil komitəsinin üzvü, akademik Abel Məhərrəmov söyləyib. A.Məhərrəmov bildirib ki, qoyulan suallar, əslində, müasir dövrün tələbləridir. “Amerika universitetləri ona görə güclü deyil ki, onlar superdövlətin ali təhsil ocaqlarıdır. Amerika ona görə superdövlətdir ki, onun güclü universitetləri var” deyən A.Məhərrəmov bu barədə fikirləşməyin zamanının çatdığını qeyd edib və rəhbərlik etdiyi ali təhsil ocağı barədə də fikirlər söyləyib: “Məsələn, Bakı Dövlət Universitetində demək olar ki, bütün fakültələrdə tədris ingilis dilində də aparılır. Bu, kimya, riyaziyyat, fizika və digər fakültələrdə var. Gələcəkdə bunlar potensial xaricə gedən məzunlardır.
    16.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanın yüksək ixtisaslı kadr potensialı yaşlaşır
    “Azərbaycanın elm və təhsil sistemində yüksək ixtisaslı gənc kadrlara ehtiyac var. Bu sistemi daha da inkişaf etdirmək, onu dünya təhsil və elm sisteminə çatdırmaq istəyiriksə, o zaman bir sıra sahələrin inkişaf etdirilməsi ilə yanaşı, yüksək ixtisaslı kadrlar hazırlanmalıdır. Çünki Azərbaycanın yüksək ixtisaslı kadr potensialı yaşlaşır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Rektor açıqlayıb ki, hazırda Azərbaycanda 11 mindən artıq elmi rütbəli kadr var və bunların da 52 faizindən artığının yaşı 65-dən yuxarıdır: “Odur ki, bu məsələ ətrafında düşünməyə ehtiyac var. Yüksək ixtisaslı gənc kadrların hazırlanması və onların sayının artırılması barədə iş aparmalıyıq”.
    15.12.11 Məqaləni oxumaq
     
    AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi 2011-ci illə bağlı hesabat yayıb
    2011-ci ildə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən aparılan elmi tədqiqatlar iki istiqaməti əhatə edib. Bunlar respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinemetrik və dinamik parametrlərinin öyrənilməsi və Geofiziki (maqnitometriya və qravimetriya) və geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən veriblər. RSXM tərəfindən aparılan seysmoloji tədqiqatlar 31 telemetrik “Kinemetrics” (ABŞ istehsalı) stansiyasından ibarət müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyektləri sahələrinin seysmikliyi tədqiq edilir.
    15.12.11 Məqaləni oxumaq
     
    Doktoranturaya qəbul planının artırılması ilə bağlı hökumətə müraciət hazırlanır
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti doktoranturaya qəbul planının artırılması ilə bağlı Nazirlər Kabinetinə məktub hazırlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu deyib. S.Abbasoğlu bildirib ki, bu məsələlər dekabrın sonuna kimi həll edilməlidir. Yanvarın əvvəllərindən doktoranturaya qəbul olanlar dəqiqləşməli və onlar fəaliyyətə başlamalıdırlar. Onun sözlərinə görə, müraciətin bu həftə ərzində göndəriləcəyi nəzərdə tutulub. S.Abbasoğlu doktoranturaya qəbulla bağlı nə qədər əlavə yerə ehtiyac olduğunun sabah dəqiqləşəcəyini qeyd edib. Qeyd edək ki, bu vaxta qədər AMEA-nın Gəncə Regional Elm Mərkəzi və Naxçıvan Bölməsində qəbul olan doktorantların siyahısı Rəyasət Heyətində təsdiq olunub.
    14.12.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi” layihəsi başa çatıb
    Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə YUNESKO-nun birgə reallaşdırdığı “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi” layihəsi başa çatıb. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovun “KƏLAMİNFO”ya verdiyi məlumata görə, layihə 2007-ci ildən başlayıb: “Layihənin əsas məqsədi mehmanxana xidməti və informasiya və kommunikasiya texnologiyası ixtisasları üzrə müasir tələblərə cavab verən yeni kurrikulumların və dərs vəsaitlərinin hazırlanması, texniki peşə təhsili üzrə kadrların ixtisasartırma və təlim resurs mərkəzinin yaradılmasıdır. Layihə çərçivəsində “Otel nəzarətçisi” və “Kompüter üzrə operator” ixtisasları üzrə kurrikulumlar hazırlanıb”. Qeyd edək ki, layihənin ümumi dəyəri 489.290 ABŞ dolları təşkil edir. Layihənin həyata keçirilməsinə Yaponiya hökuməti 203.400 ABŞ dolları məbləğində qrant ayırıb.
    13.12.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Yanvarda sınaq imtahanları olmayacaq”
    “2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanları ilə bağlı sınaq imtahanları deyildiyi kimi gələn ilin yanvarında olmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə bildirib. O, bunu onunla əlaqələndirib ki, imtahanın keçirilməsi üçün vəsait TQDK-nın hesabına yanvarın axırında köçürüləcək. “Bundan sonra maddi bazamızı müəyyənləşdirib işçilərimizin maaşlarını ödəməliyik. Bu səbəbdən də texniki səbəblərə görə yanvar ayında sınaq imtahanı keçirilməyəcək” - deyə o, əlavə edib.
    09.12.11 Məqaləni oxumaq
     
    TQDK sədri: “Orta məktəblər üçün çap edilən dərsliklərdə ciddi nöqsanlar var”
    “Etiraf edək ki, bu gün orta məktəblər üçün çap edilən dərsliklərdə ciddi nöqsanlar var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində səhvlər xüsusilə çoxdur. “Bu, çox ciddi məsələdir, çünki şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər” - deyə M.Abbaszadə vurğulayıb. O bildirib ki, “Abituriyent” jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. “Jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq. Qəbul imtahanları üçün test bankında olan suallara düzgün cavab tələb olunacaq, ona görə də abituriyentlər bu jurnalı oxumalıdırlar. Tarix dərsliyində səhvlər mənəvi, həm də siyasi nöqteyi-nəzərdən yaxşı hal deyil” - deyə o, əlavə etdi.
    09.12.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə yeni nəşr təqdim etdi
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə biologiya fənnindən yeni dərc olunmuş vəsaitin təqdimatını keçirib. “KƏLAMİNFO” xəbər verir ki, TQDK sədri M.Abbaszadə bildirib ki, vəsait orta məktəblərin tədris, eləcə də ali məktəblərə qəbul proqramlarının tələblərinə uyğun hazırlanıb. Onun sözlərinə görə, vəsaitdə materialların seçimi və şərhi zamanı 3 mühüm elementə-müvafiq elmin əsaslarına, təhsilin məqsədlərinə və abituriyentlərin ümumi bilik və yaş səviyyələrinin bir-biri ilə əlaqələndirilməsinə diqqət yetirilib. “Amma vəsait qəbul imtahanına hazırlaşmaq üçün kifayət etmir. Bu kitab biliklərin möhkəmləndirilməsi məqsədilə yerinə yetirilən təkrarlanma məsələsində xüsusi əhəmiyyətlidir” - deyə TQDK sədri vurğulayıb. O, həmçinin deyib ki, bu vəsait biologiya fənni üzrə əvvəl nəşr olunmuş Botanika, Zoologiya və İnsan vəsaitlərinin davamıdır.
    08.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 29 30 31 32 33 34 35 36 37 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30