Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 27 28 29 30 31 32 33 34 35 » #
    Ali məktəblərdə magistraturaya qəbul üçün əlavə sənəd qəbulu komissiyaları yaradılıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu məqsədilə daha iki sənəd qəbulu komissiyası (SQK) yaradıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Havaların şaxtalı keçməsi nəzərə alınaraq, bakalavrların ərizələrini rahat şəkildə təsdiq etdirmələri üçün TQDK-nın Şəki və Quba regional bölmələrində də SQK-nın yaradılması barədə qərar qəbul edilib. Adıçəkilən komissiyalardan əlavə, respublika üzrə ümumilikdə 37 SQK fəaliyyət göstərir. Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul imtahanlarında iştirak üçün ərizə qəbuluna fevralın 8-dən başlanılıb. Ərizə qəbulu fevralın 17-dək davam edəcək. Bu müddətdə namizədlər “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Milli Sertifikat Mərkəzinin qeydiyyat mərkəzlərinin birindən elektron imza sertifikatı əldə etmiş bakalavrlar həmin sertifikatlardan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını SQK-ya müraciət etmədən təsdiqləyə bilərlər. Bu il magistraturaya sənəd qəbulu zamanı ilk dəfə olaraq virtual ödəmə kartlarından istifadə ediləcək. Virtual ödəmə kartlarını internet ödəmə və ya SMS vasitəsilə əldə etmək mümkün olacaq.
    11.02.12 Məqaləni oxumaq
     
    TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Gündəlikdəki məsələ açıq tipli test tapşırıqlarının formaları və hazırlanması metodikası ilə bağlı müzakirə olub. TQDK-nın Naxçıvan regional bölməsindən şəhər 5 saylı tam orta məktəbin müəllimi Zəhra Novruzova və Gəncə regional bölməsindən Mahal Kazımov hazırladıqları test tapşırıqlarını müzakirəyə təqdim ediblər. İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan,Gəncə, Lənkəran və Şəki regional bölmələrindən həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə videobağlantı əsasında test tapşırıqları ilə bağlı fikir bildirib və təkliflərini veriblər.
    08.02.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
    Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edib. Müsabiqə Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanan Sazişə uyğun olaraq həyata keçirilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Təhsil üçün seçilən ixtisaslar informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı, turizm, mühasibat uçotundan ibarətdir. Bakalavr səviyyəsində təhsil almaq üçün Azərbaycanın müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində I qrupa daxil olan ixtisaslar üzrə ən azı 550 bal, digər ixtisas qrupları üzrə isə ən azı 600 bal toplayan Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilər.
    07.02.12 Məqaləni oxumaq
     
    Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq
    Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol verən yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tədbirləri tətbiq ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil nazirinin müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə imzaladığı əmrində qeyd edilib. Müəllimlərin işə qəbulunun elektron proqram təminatı təkmilləşdiriləcək. Belə ki, ali və orta ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil ediləcək. Müsabiqədə iştirak üçün elektron ərizədəki "şəxsiyyət vəsiqəsinin nömrəsi" Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulacaq. Proqram təminatına daha iki modul "Müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu modulu" və "Vakant qalan yerlərə əlavə yerləşdirmə modulu" əlavə ediləcək.
    06.02.12 Məqaləni oxumaq
     
    TQDK-nın virtual ödəmə kartlarını SMS-lə də əldə etmək olar
    Abituriyentlər və bakalavrlar elektron ərizə vermək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartlarını SMS-lə də əldə edə bilərlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər və bakalavrlar Azercell nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Yaxın zamanlarda digər mobil operatorların da abonentləri belə xidmətdən istifadə edə biləcəklər.
    06.02.12 Məqaləni oxumaq
     
    Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
    “Fevralın 8-dən etibarən bakalavrlar magistraturaya ərizə ilə müraciət edə bilərlər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Magistratura şöbəsinin müdiri Natiq Əliyev mətbuat konfransında verib. Onun sözlərinə görə, bakalavrlar “bakalavrın elektron ərizə forması”nı fevralın 8-dən 16-dək olan müddətdə dolduraraq fevralın 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək təsdiq etdirməlidirlər: “Elektron imzadan istifadə edən bakalavrlar istisna olmaqla, qalan bakalavrlar ərizələrini təsdiq etdirmək üçün sənəd qəbulu komissiyalarına (SQK) tələb edilən sənədlərin əslilərini şəxsən təqdim etməlidirlər. Son tədris ilinin məzunları “bakalavrın elektron ərizəsi forması”nı bitirdikləri ali təhsil müəssisəsində yaradılan SKQ-da təsdiq etdirməlidirlər. Ali məktəbləri əvvəlki illərdə bitirənlər və nəzdində SKQ fəaliyyət göstərməyən ali təhsil müəssislərinin bu ilki məzunları bakalavrın elektron ərizə formasını ali təhsil müəssisələrində yaradılan istənilən bir SKQ-da təsdiq etdirə bilmək imkanları var”.
    02.02.12 Məqaləni oxumaq
     
    TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
    Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü illərdə imtahanlarda iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlərə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı TQDK-nın mətbuat katibi Elnur Nağızadə verib. Onun sözlərinə görə, seminar-məşğələlərin məqsədi nəzarətçi müəllimləri qəbul imtahanlarının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməkdir: “Seminarlar TQDK-nın Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək”. E.Nağızadə ötən il ali məktəblərə qəbul imtahanlarında iştirak edən 116 nəzarətçinin, 2010-cu ildə keçirilən qəbul imtahanlarında isə 300-dən çox nəzarətçinin təlimat qaydalarını pozduğunu bildirib. Qeyd edək ki, imtahan prosedurlarını daha yaxşı izah etmək üçün seminar məşğələlər 25-30 nəfərlik qruplarda Bakı da daxil olmaqla, əksər bölgələrdə keçiriləcək və aprelin 6-dək davam edəcək.
    01.02.12 Məqaləni oxumaq
     
    “Professor Fərrux Rüstəmov-50” kitabının təqdimat mərasimi keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Professor Fərrux Rüstəmov-50” kitabının təqdimat mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının (Moskva) akademiki, professor Fərrux Rüstəmova həsr olunan kitabın təqdimatında, alimlər, ölkənin bir sıra ali məktəblərinin əməkdaşları, ziyalılar iştirak ediblər. Tədbirdə çıxış edənlər F.Rüstəmovun həyatı, onun elmi-pedaqoji yaradıcılığı haqqında məlumat veriblər. Qeyd edək ki, kitabda təhsil naziri Misir Mərdanov, ADPU-nun rektoru Yusif Məmmədov, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, professor Əjdər Ağayev və digər alimlərin yazılarında F.Rüstəmovun 50 illik ömür yolu, elmi-pedaqoji yaradıcılığından bəhs edilib. Kitabın ilk bölməsində F.Rüstəmovun həyatı və elmi-pedaqoji fəaliyyətinin əsas illərinin xronikası, son fəsildə isə əsərlərinin biblioqrafiyası verilib.
    01.02.12 Məqaləni oxumaq
     
    Gənclər üçün Təhsil Mərkəzi ilə Azərbaycan Uşaqlar Birliyi memorandum imzalayıb
    Bu gün Gənclər üçün Təhsil Mərkəzi ilə Azərbaycan Uşaqlar Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. GTM-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, imzalanan memoranduma əsasən, tərəflər 3 il müddətində fəaliyyət sahəsi üzrə informasiya, təşkilatlararası təcrübə, fəaliyyət hesabatlarının mübadiləsini aparacaq. Həmçinin hər iki təşkilat əməkdaşların praktiki bacarıqları sahəsində təcrübə mübadiləsi, birgə layihə təkliflərinin hazırlanması və təqdim edilməsi, birgə layihələrdə iştirak, təlim və seminarların təşkili və s. kimi məsələləri həyata keçirəcək. Yaxın günlərdə görüləcək işlərlə bağlı fəaliyyət planı da təsdiq ediləcək. Qeyd edək ki, hər iki təşkilat artıq 10 ildən artıqdır ki, aktiv fəaliyyət göstərir, müxtəlif yerli və beynəlxalq layihələr həyata keçirirlər.
    31.01.12 Məqaləni oxumaq
     
    Bakı Dövlət Universitetində professor Cahangir Məmmədlinin yubileyi keçirilib
    Bakı Dövlət Universitetində kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, professor Cahangir Məmmədlinin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə tədbir keçirilib. Məlumatı “KƏLAMİNFO”ya BDU-dan veriblər. C.Məmmədlini Azərbaycan milli jurnalistika elmi məktəbinin görkəmli nümayəndəsi, ali jurnalistika təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi xarakterizə edən rektor Abel Məhərrəmov deyib ki, Cahangir müəllim uzun illər boyu elmin və təhsilin tərəqqisinə çalışıb, onun milli koloritlərini zənginləşdirərək beynəlxalq nüfuzunu yüksəldib, xalqımızın adını daim uca tutub. Onun sözlərinə görə, professorun səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanıb.
    27.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 27 28 29 30 31 32 33 34 35 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30