Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 26 27 28 29 30 31 32 33 34 » #
    Turizm İnstitutu ilə Almaniyanın GİZ təşkilatı əməkdaşlıq edəcək
    Azərbaycan Turizm İnstitutunda (ATİ) Almaniyanın GİZ cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. ATİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə institutun rektoru Cəfər Cəfərov, tədris işləri üzrə prorektor Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ş.Əhmədova iştirak ediblər. C.Cəfərov qonaqlara institutun 6 illik fəaliyyəti və strateji məqsədləri haqqında məlumat verib. Azərbaycana qısa müddətli səfərə gələn Almaniyanın GİZ cəmiyyətinin əmək bazarı, özəl sektorun inkişafı və peşə təlimlərinin təşkili üzrə eksperti Evald Qold ölkəmizə, o cümlədən ATİ-yə gəlişinin məqsədini açıqlayıb. Bildirib ki, 2012-ci ildən GİZ cəmiyyətinin fəaliyyətində peşə təhsili ilə bağlı yeniliklər öz əksini tapıb. ATİ-nin nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasına rəğmən, Azərbaycanda, xüsusilə ölkənin səciyyəvi regionlarında bu sahə üzrə tələbat dinamikasını şərtləndirən məlumatlar toplamaq niyyətindədir. Görüşdə ATİ və GİZ arasında mümkün əməkdaşlıq yolları başlıca müzakirə predmeti olub.
    09.03.12 Məqaləni oxumaq
     
    2012/2013-cü tədris ili üçün tələbə qəbulu qaydaları açıqlandı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, TQDK qəbul qaydalarını özündə əks etdirən “Abiturient” jurnalının təqdimatını keçirib. Qaydalara əsasən abituriyentlərin ərizə qəbulu internet vasitəsilə aparılacaq. TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduran abituriyentlər müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirməlidirlər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər.
    08.03.12 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Ən çox səhvlər “Tarix” və “Biologiya” dərsliklərindədir”
    “Dərsliklərdə olan səhvlər müxtəlifdir. Amma onların çoxuna rus bölməsi üzrə dərsliklərdə rast gəlinir. Çünki Azərbaycan dilində olan mövcud səhvlərə tərcümənin səhvləri də əlavə edilir. Ümumilikdə fənlər üzrə səhvlərə nəzər saldıqda daha çox “Tarix” və “Biologiya” dərsliklərində səhvlər qeydə alınıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. “Səhvlər “Abituriyent” jurnalının I sayında dərc edilib. Bu səhvləri göstərməkdə məqsədimiz kiminsə səhvlərini üzə çıxarmaq deyil. Sadəcə biz istəyirik ki, abituriyentlər imtahana gələndə dərsliklərdə olan səhvlərə görə imtahanda səhv etməsinlər”- deyə M.Abbaszadə bildirib.
    07.03.12 Məqaləni oxumaq
     
    AMEA 2012-ci ildə 32 beynəlxalq səviyyəli tədbir keçirəcək
    Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə AMEA-da 2012-2013-cü illərdə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlərin planı təsdiq edilib. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, qərara əsasən, 2012-ci ildə 32 beynəlxalq və 54 respublika səviyyəli, 2013-cü ildə 22 beynəlxalq və 38 respublika səviyyəli elmi və elmi-texniki tədbirin keçirilməsi nəzərdə tutulur.
    06.03.12 Məqaləni oxumaq
     
    TQDK vaxtı uzatdı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublika ali təhsil müəssisələrinin magistratura səviyyələri üzrə müsabiqədə iştirak etmək üçün ərizələrin təsdiq müddətinin fevralın 18-dək (saat 17:00-dək) uzadılması barədə qərar qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. “Bakalavrın elektron ərizəsi” formasını doldurmuş, lakin nəzərdə tutulmuş vaxtadək Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməyən bakalavrlar qeyd olunan vaxtadək tələb olunan sənədləri müvafiq SQK-ya təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirə bilərlər.
    18.02.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat təhsillə bağlı beynəlxalq konfransa qatılacaq
    Bu gün Milli Məclisin deputatı Asəf Hacıyev “Təhsilli və intellektual nəslin hazırlığı - ölkənin davamlı inkişafı və müasirləşmənin mühüm şərti kimi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Tədbirdə yüksək keyfiyyətli fasiləsiz təhsilin təmin edilməsi, təlim prosesində yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, gənc nəslin tərbiyəsi məsələləri müzakirə olunacaq. Millət vəkili mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, dövlət tərəfindən gənc nəslə göstərilən qayğı barədə məlumat verəcək. Səfər fevralın 19-da başa çatacaq.
    16.02.12 Məqaləni oxumaq
     
    Türkiyə universiteti ATİ-nin təcrübəsini öyrənir
    Türkiyə Cümhuriyyəti İqdır Universitetinin nümayəndələri - Şahin Əhmədoğlu və Elşad Abdullayev Azərbaycan Turizm İnstitutunun qonağı olublar. ATİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, institutun prorektoru Eldar Aslanov İqdır Universitetinin nümayəndələri ilə görüşdə altı il əvvəl fəaliyyətə başlayan ali təhsil ocağının ölkənin turizm sənayesinin inkişafına xidmət edəcək ixtisaslı və etibarlı kadr hazırlığı sahəsində, o cümlədən perspektiv planlar barədə məlumat verib. Qonaqla ATİ-nin Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə təhsil sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi imzaladığı və ikili diplom təcrübəsinin üstünlükləri ilə bağlı məlumatlandırılıb.
    15.02.12 Məqaləni oxumaq
     
    TQDK sədri Qazaxıstanda işgüzar səfərdə olacaq
    TQDK sədri Məleykə Abbaszadə və Komissiyanın sektor müdiri Oleq Şelaqinov Qazaxıstanın Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin dəvəti ilə Astana şəhərində fevralın 16-17-də “Şagirdlərin yekun attestasiyası və ali məktəblərə qəbul: təcrübə və inkişaf perspektivləri” mövzusunda keçiriləcək elmi-praktik seminarda iştirak etmək üçün bu ölkəyə səfər edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-dan veriblər. Qeyd edək ki, Qazaxıstanda 2004-cü ildən etibarən Vahid milli test imtahanları (VMT) keçirilir. VMT ümumtəhsil məktəblərinin buraxılış imtahanı olmaqla yanaşı, onun nəticələri əsasında ali məktəblərə qəbul həyata keçirilir. Qazaxıstanda 2011-2020-ci illərdə təhsilin inkişafı üzrə dövlət proqramı qəbul edilib. Həmin proqrama əsasən, müxtəlif məqsədlər daşıdığına görə 2015-ci ildən etibarən hazırkı imtahan sisteminin dəyişdirilməsi, buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının ayrıca aparılması nəzərdə tutulub.
    15.02.12 Məqaləni oxumaq
     
    İlk peşə-ixtisas təhsili müəssisələri üçün təhsil proqramları təsdiq edilib
    İlk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlanması üçün "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi tərəfindən hazırlanan "Aşpaz", "Ofisiant", "Barmen", "Səyahət agenti" və "Otel resepsionisti (Mehmanxana inzibatçısı)" ixtisaslarının təhsil proqramları (kurikulumları) təsdiq edilib. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı təhsil naziri əmr imzalayıb. Əmrə əsasən, göstərilən ixtisaslar üzrə hazırlanan kurikulumların pilot tətbiqi İsmayıllı Peşə Tədris Mərkəzində həyata keçiriləcək.
    14.02.12 Məqaləni oxumaq
     
    ATİ-nin əməkdaşı İngiltərə universitetinə təkliflər verib
    Azərbaycan Turizm İnstitutunun Beynəlxalq Əlaqələr və Layihələr şöbəsinin mütəxəssisi Vüsalə Qəhrəmanlı Swansea Metropolitan Universitetində (Ueyls, Böyük Britaniya Birləşmiş Krallığı) hər il keçirilməsi planlaşdırılan akademik mübadilə proqramının iştirakçısı olub. ATİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Avropa Birliyinin “Erasmus Mundus Action 2” layihəsi proqramının şərtlərinə əsasən, akademik mübadiləni təşkil etmək hüququ qazanmış müəyyən universitetlərin birində tərəfdaş ali məktəblərin nümayəndəsi 1 ay müddətində dərs, təcrübə keçməklə bərabər, tədqiqat aparmaq şansı qazanır. ATİ-nin əməkdaşı Vüsalə Qəhrəmanlı Swansea Metropolitan Universitetində təşkil olunmuş akademik heyət mobilliyi üzrə qazanılmış təqaüd proqramı çərçivəsində qonağı olduğu ali təhsil ocağının tədris və təhsil sistemini öyrənib, universitetlərarası əməkdaşlığın mümkün yollarının müzakirəsində təkliflə çıxış edib.
    13.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 26 27 28 29 30 31 32 33 34 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30