Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Şura “Elm haqqında” qanun layihəsinin ictimai müzakirəsini keçirib
    Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında toplaşmış, elm sahəsində fəaliyyət göstərən 27 QHT rəhbərinin iştirakı ilə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edilib. toplantını açan Şura sədri Azay Quliyev ölkə üçün mühüm əhəmiyyət kəsb edən bu qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılmazdan öncə QHT-lərin müzakirəsinə verilməsini müsbət praktika kimi dəyərləndirərək təşkilat rəhbərlərindən ciddi rəy və təkliflər gözlədiyini bildirib. 

    25.04.13 Məqaləni oxumaq
     
    ADU-da Tələbə Elmi Cəmiyyətinin illik konfransı başlayıb
    Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başlayıb. Konfransda giriş sözü ilə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli inkişafından danışaraq bu işdə tələbələrin böyük rolunun olduğunu vurğulayıb.  Rektor Universitetdə  yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edib.  Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısından danışan Səməd Seyidov  ADU-da yüksək səviyyəli mütəxəssislərin yetişdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.  
    17.04.13 Məqaləni oxumaq
     
    “Qızların təhsildən yayınması cənub bölgəsinin rayonlarında problemə çevrilib”
    “Qızların təhsildən yayınması cənub bölgəsinin rayonlarında problemə çevrilib”. APA-nın cənub bürosunun məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  (TQDK) sədri Məleykə Abbaszadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarının sakinləri ilə görüşü zamanı jurnalistlərə açıqlamasında deyib. Komissiya sədri vətəndaşların qəbulu ilə yanaşı, həmçinin sözü gedən problemlə də bağlı yerli təhsil işçiləri ilə müzakirələrin aparılacağını diqqətə çatdırıb: ”İbtidai siniflərdə qızlarla oğlanların təhsil alma səviyyəsi bərabərlik təşkil etdiyi halda, artıq 9-10-cu siniflərdə bu bərabərlik 60, 11-ci sinifdə isə 80 faizədək azalır. Bu isə o deməkdir ki, 9-cu sinifdən sonra qızları orta məktəbdən ayırırlar”.
    11.04.13 Məqaləni oxumaq
     
    Ali məktəblərə sənəd qəbulu başlayıb
    Bu gündən Azərbaycanda ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. Sənəd qəbulu mayın 17-dək aparılacaq. Ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək keçiriləcək. Məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni doldurmalı və tələb olunan sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis­si­yalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. 
    09.04.13 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib
    Bu gün Təhsil Nazirliyində ənənəvi Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) iştirakçıları ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmiş iştirakçıları salamlayaraq bildirib ki, olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, İDEA, “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə keçirilir. 
    03.04.13 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi portalının təqdimatı olub
    Bu gün Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS) portalının (www.psds.edu.az) təqdimat mərasimi keçirilib. Təhsil naziri Misir Mərdanov Peşə Seçiminə Dəstək Sistemi portalının əhəmiyyəti barədə fikirlərini bildirib. Nazir PSDS-in əsas məqsədinin orta məktəb şagirdlərini peşələrlə daha yaxından tanış etmək, şagirdləri maraq dairələrinə uyğun olan peşə sahələrinə istiqamətləndirmək və məzunların işəgötürənlərlə əlaqə qurmalarını təmin etməkdən ibarət olduğunu bildirib.
    01.04.13 Məqaləni oxumaq
     
    Sınaq imtahanlarına başlanacaq
    TQDK tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış 28 mart saat 9:00-dan etibarən  başlanacaq. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.
    28.03.13 Məqaləni oxumaq
     
    Təhsil müəssisəsi rəhbərlərinə və əməkdaşlarına intizam tənbehi tədbirləri tətbiq edilib
    Cari ilin fevral ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 715 müraciət daxil olub. Bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilib. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb.
    18.03.13 Məqaləni oxumaq
     
    Azərbaycan Turizm İnistitutunda Novruz bayramı qeyd olunacaq
    Martın 18-i Azərbaycan Turizm İnistitutunda Novruz bayramı qeyd olunacaq. Bu barədə məlumatı ATİ-nin Xidmət mühəndisliyi fakültəsinin dekanı, biologiya elmləri namizədi, dosent Sevda Vəzirova verib. ATİ-in akt zalında təşkil olunacaq tədbirin məqsədi xalqımızın çoxəsrlik tarixi ənənələrini və zamanın sınağından çıxmış mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramında tələbələri bir araya gətirmək, onları sevindirməkdir. 

    16.03.13 Məqaləni oxumaq
     
    Misir Mərdanov məktəb direktorları ilə görüşdü
    Bu gün Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu və sınaq dərslərinin təşkil edildiyi məktəblərin direktorları ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov müsabiqənin növbəti mərhələlərində iştirak edəcək müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb. 
    11.03.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30