Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 25 26 27 28 29 30 31 32 33 » #
    TQDK-nın "qara siyahı"sında 22 332 nəfər var
    Azərbaycanda 1992-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaranmasından 2011-ci ilə qədər ali və orta ixtisas məktəblərinə TQDK xətti ilə imtahan verənlərin sayı 1 milyon 978 min 226 nəfər olub. “KƏLAMİNFO” xəbər verir ki, bunları TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən "Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi"nin təqdimatında bildirib. O qeyd edib ki, bu illər ərzində 615 min 582 nəfər tələbə adını qazanıb. “Hazırda yeni təqdim olunan sistemə bu məzunların diplom nömrələri də salınıb” - deyə M.Abbaszadə vurğulayıb. Sədr deyib ki, 2005-ci ildən TQDK ali məktəblərdə tələbə kontingentinin müəyyən monitorinqini keçirib. “Məlum olub ki, 18 min 17 nəfər TQDK-dan kənar tələbə adını qazanıb. Həmçinin müxtəlif idarə və təşkilatlardan bizə daxil olan məktublar əsasında ali məktəbi bitirdiyini bildirən, lakin tərəfimizdən heç bir təhsil müəssisəsinə daxil olmayan 734 nəfər müəyyən olunub. Ümumilikdə isə "qara siyahı"ya daxil olan 22 min 332 nəfər müəyyənləşib” - deyə o əlavə edib. Onun sözlərinə görə, bu ildən etibarən belə faktlar qeydə alınmayacaq. “Çünki "Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi"ndə hər bir məzunun əmri və diplom nömrəsi qeyd ediləcək” - deyə sədr bildirib.
    29.03.12 Məqaləni oxumaq
     
    TQDK 20 illiyini silsilə tədbirlərlə qeyd edəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il silsilə tədbirlər keçirəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu il TQDK-nın yaranmasında 20 il keçir və silsilə tədbirlər də bu münasibətlə keçiriləcək. Qeyd edək ki, SSRİ dağıldıqdan sonra 1992-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə yeni qəbul qaydaları təsdiq olunaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradılıb.
    28.03.12 Məqaləni oxumaq
     
    “Elektron təhsil” müsabiqəsi aprelin 2-də başlayacaq
    Aprelin 2-də Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start veriləcək. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və “Microsoft Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Ultra”, HP, “Azedunet” MMC və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir. “KƏLAMİNFO” İKT İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, müsabiqənin rəsmi internet-səhifəsi www.musabiqe.edu.az ünvanında yerləşdirilib və tam olaraq bütün məlumatları özündə cəmləyib. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilib.
    19.03.12 Məqaləni oxumaq
     
    Təhsil şöbələrinin strateji planlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib
    Təhsil Nazirliyi “Rayon (şəhər) təhsil şöbələrində (idarələrdə) strateji planlaşdırma mexanizminin tətbiqi” adlı növbəti seminar keçirib. Seminar Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində reallaşdırılan “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentin icra planına və nazirliyin strateji planına əsasən təşkil edilib. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər.
    19.03.12 Məqaləni oxumaq
     
    Magistraturaya qəbul imtahanlarının 2-ci mərhələsi iyunun 24-də keçiriləcək
    2012-2013-cü tədris ili üçün magistraturaya qəbul üzrə keçiriləcək ikinci imtahanın vaxtı bəlli olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadənin sözlərinə görə, magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi iyunun 24-də keçiriləcək. Magistraturaya proqram seçimi isə iyunun 4-12-də aparılacaq. Magistraturaya ikinci mərhələnin imtahanı keçirildikdən və bakalavrlar imtahanda topladıqları balları bildikdən sonra, iyunun 27-29-da magistraturaya ixtisas seçimi aparılacaq. Sədr bildirib ki, mayın 30-da magistraturaya qəbul kampaniyası başa çatacaq. Qeyd edək ki, TQDK 2012-2013-cü tədris ili üçün ixtisaslaşma seçimi cədvəli və ixtisaslaşmalar üzrə qəbul proqramlarını da çap edib. Sayca 3-cü olan “Magistr” jurnalında ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları əks olunub. Hər bir bakalavr ixtisaslaşma seçimi cədvəli əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilər.
    17.03.12 Məqaləni oxumaq
     
    Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı
    2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib. M.Abbaszadə bildirib ki, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək. Sədr həmçinin bildirib ki, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq. Aprelin 16-dan isə paralel olaraq ərizələrin təsdiqlənməsi də başlanacaq. Qeyd edək ki, rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də baş tutacaq.
    16.03.12 Məqaləni oxumaq
     
    Sınaq imtahanları əsas və təkrar formada keçiriləcək
    Sınaq imtahanları əsas və təkrar olmaqla mərhələli şəkildə aparılacaq. “KƏLAMİNFO” xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bu haqda məlumat verilib. Onun sözlərinə görə, əsas sınaq imtahanı aprelin 8 və 22-də, təkrar sınaq imtahanları isə aprelin 15-i və 29-da keçiriləcək. Qeyd edək ki, mayın 6-da da əsas sınaq imtahanı keçiriləcək, amma mayın 20-də keçiriləcək təkrar sınaq imtahanı isə Bakıda deyil, yalnız regionlarda təşkil ediləcək. İyunun 3-ü və 10-da əsas sınaq imtahanları keçiriləcək.
    16.03.12 Məqaləni oxumaq
     
    TQDK sınaq imtahanlarının vaxtını açıqlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il aprelin 8-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə ilk sınaq imtahanı təşkil edəcək. “KƏLAMİNFO” xəbər verir ki, məlumatı bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə açıqlayıb. Qeyd edək ki, sınaq imtahanlarına yazılmaq istəyən abituriyentlər martın 16-dan etibarən mobil telefonlardan 7735 nömrəsinə boş SMS göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər. Ödəmə kartlarını “Visa/Visa Elektron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın internet saytından ödəmə edərək əldə edə bilər.
    16.03.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi TQDK-ya “Tarix” dərsliklərindəki səhvlərin aradan qaldırılacağı vədini verib
    “Tarix” və “Biologiya” dərsliklərindəki səhvlərlə bağlı Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmiləri, eləcə də dərslik müəllifləri və ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu məlumatı TQDK sədri Məleykə Abbaszadə verib. Sədrin sözlərinə görə, dərsliklərlə bağlı yaranmış problem artıq həll olunub: “TQDK-nın dərsliklərdəki səhvlərlə bağlı səsləndirdiyi iraddan sonra Təhsil Nazirliyi bu il çap ediləcək “Tarix” dərsliklərindəki nöqsanları aradan qaldırmalarına söz verib”. M.Abbaszadə belə bir nəticəyə görə şad olduğunu vurğulayıb: “Bizim əsas işimiz odur ki, təhsil sistemində birgə uğur əldə etmək üçün bir-birimizin tədqiqatlarının nəticələrindən faydalanaq”. Xatırladaq ki, “Biologiya” dərsliklərindəki səhvlərə gəldikdə isə TQDK sədri bildirib ki, bu gün Təhsil Nazirliyi ilə bu dərslikdəki səhvlərlə bağlı müzakirələr aparılır: “Mən əminəm ki, bu dərslikdə də tərəfimizdən göstərilən səhvlərin aradan qaldırılması istiqamətində işlər aparılacaq”.
    16.03.12 Məqaləni oxumaq
     
    TQDK rayonlarda nəzarətçi müəllimlərə seminarlar keçirir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlərlə seminar-məşğələləri davam etdirir. Nəzarətçi müəllimlərin imtahan texnologiyaları haqqında məlumatlarının daha da genişləndirilməsi məqsədi ilə fevral ayının 13-dən martın 10-dək olan müddətdə Bərdə, Ağcabədi, Göygöl, Samux, Yevlax, Ağdaş, Göyçay, Mingəçevir, Masallı, Cəlilabad, Qax, Salyan, Şirvan, Oğuz və Gəncədən olan nəzarətçi-müəllimlərə seminar-məşğələlər keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    14.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 25 26 27 28 29 30 31 32 33 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30