Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
    I rüb ərzində 246 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
    2012-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 133 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 246 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 120 ədədi (48,8 %) qeydiyyata salınıb, 53 ədədi (21,5%) möhürlənib və 73 ədədin (29,7%) qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 11 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
    10.04.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Saxta diplomu olanlar məktəblərdə çalışmamalıdır
    Saxta diplomların araşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib. Bu tədbirlərin çox ağır iş olduğunu diqqətə çatdıran M.Mərdanov araşdırmaların bölgələrdə aparıldığını söyləyib: “Məqsədimiz odur ki, Azərbaycan vətəndaşlarının saxta diplomu olmamalı və belə adamlar məktəblərdə çalışmamalıdır. Saxta diplomu olanlar hansı düzgünlük və təhsildən danışa bilər?” deyən nazir araşdırmaların bundan sonra da davam etdiriləcəyini qeyd edib.
    05.04.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Dərsliklərdəki nöqsanların aradan qaldırılması üçün ciddi addımlar atılır
    “Dərsliklərdə elə də ciddi problem yoxdur. Ancaq bununla belə, tapşırıq vermişəm ki, dərslikləri hazırlayan qurumlar, nəşriyyatlar, Təhsil Nazirliyinin müvafiq şöbəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri ilə tez-tez görüşsün və mövcud problemləri aradan qaldırsınlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib. M.Mərdanov son aylarda artıq bir neçə belə görüşün olduğunu bildirib: “Müəyyən edilib ki, doğrudan da müəyyən çatışmazlıqlar var. Bu, mümkündür, heç zaman mütləq düzgün dərslik olmayıb. Amma yaxşı olar səhvlər və nöqsanlar daha az olsun. Bu istiqamətdə ciddi addımlar atılır”.
    04.04.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov Əbülfəz Qarayevin təklifini dəstəklədi
    “Dərslərin tarixi məkanlarda, qoruqlarda keçirilməsi təklifini müsbət qarşılayıram”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Qeyd edək ki, belə bir təkliflə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. M.Mərdanov bildirib ki, tarix, coğrafiya və ekologiya ilə bağlı dərslərin təbiət qoynunda keçirilməsinin tərəfdarıdır: “Dərslərin Qobustan, İçərişəhər və digər tarixi yerlərdə keçirilməsi şagirdlərin yaddaşında daha yaxşı qalar. Mənim fikrimcə, bunu təkcə Bakıda deyil, bölgələrdə də təşkil etməliyik”. Təhsil naziri belə məkanların müəyyənləşdirilməsi, orada şagirdlər üçün şərait yaradılması ilə bağlı tapşırıq verdiyini deyib və bildirib ki, bundan sonra müvafiq tədbirlər planı hazırlanaraq təsdiqlənməlidir.
    04.04.12 Məqaləni oxumaq
     
    Abituriyentlər imtahan nəticələrini “NAR Mobile” mobil operatoru vasitəsilə də öyrənə biləcəklər
    Abituriyentlər imtahan nəticələrini “NAR Mobile” mobil operatoru vasitəsilə də öyrənə biləcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-dan veriblər. Sınaq və qəbul imtahanlarının nəticələrini TQDK-nın internet saytı ilə yanaşı mobil telefon xidməti vasitəsilə də öyrənmək mümkündür. Artıq nəticələr elan olunduqda “Azercell” və “Bakcell” şirkəti ilə yanaşı, “Nar Mobile” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə "İmtahan-Info" xidməti vasitəsilə imtahan nəticələrini öyrənə biləcəklər. Xidmət Azerfone MMC-nin servis və məzmun təminatçısı olan “Azericom” MMC-nin texniki dəstəyi ilə həyata keçirilir.
    04.04.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov erməni deputatın sualını cavablandırıb
    Bu gün Avronest PA-nın Bakıda keçirilən sessiyası çərçivəsində Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitənin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Azərbaycan təhsil naziri Misir Mərdanov üzv ölkələrdən olan deputatların suallarını cavablandırıb. İclasda Ermənistandan olan deputat A.Safaryan M.Mərdanova sual ünvanlayaraq deyib ki, “doğrudurmu ki, sizin məktəblərinizdə və dərsliklərinizdə ermənilərə düşmənçilik, nifrət hissləri təbliğ olunur? Biz belə məsələlər varsa, onları ayrılıqda, həmçinin bir yerdə və digər formatda həll etməliyik. Həll etməliyik ki, gələcək nəsillər bir-birinə qarşılıqlı hörmət və tolerantlıq münasibətləri bəsləsinlər. Hesab edirəm ki, bu, xalqlarımız və dövlətlərimiz arasında olan məlum münaqişənin həlli üçün də mühüm addım ola bilər” - deyə o bildirib.
    03.04.12 Məqaləni oxumaq
     
    TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar yekunlaşıb
    TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar 2011/2012-ci tədris ili üzrə öz işini başa çatdırıb. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, 2011-ci ilin oktyabr ayından fəaliyyətə başlayan seminarlarda AMEA-nın əməkdaşları, 2500-dək orta və ali məktəb müəllimləri, müstəqil ekspertlər, tanınmış alimlər, mütəxəssislər iştirak ediblər. TQDK-nın Naxçıvan, Gəncə, Şəki və Quba regional bölmələrindən həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri ilə də onlayn rejimində internet vasitəsilə videobağlantı təşkil edilib. Seminarlarda ənənəvi olaraq bir neçə istiqamətdə iş aparılıb. 2012-ci ilin qəbul imtahanları üçün nəzərdə tutulmuş qəbul proqramları ilə bağlı geniş müzakirələr keçirilib, bu proqramlar respublikanın orta ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramları və dərslikləri əsasında hazırlanıb.
    01.04.12 Məqaləni oxumaq
     
    Qulu Novruzov: TQDK-nın "qara siyahı"sına daxil edilən diplomlar qanunidir
    Təhsil nazirinin müavini Qulu Novruzov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı "qara siyahı" məsələsinə münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, Q.Novruzov deyib ki, burada “saxta diplom” ifadəsindən, ümumiyyətlə, söhbət gedə bilməz və belə bir ifadə də işlədilməyib. “Qara siyahı” işlədilib. Ancaq o siyahını kimin və hansı rəngdə gördüyünü bilmirəm. Bunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da çox gözəl bilir ki, xarici ölkələrdən, başqa yerlərdən köçürmələr var. Bunu kimin hansı rəngdə gördüyünü də bilmirəm. Türkiyədə təhsil alan adam ailə vəziyyəti, səhhəti ilə bağlı Azərbaycana köçürülür. O, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanında iştirak etməyibsə, bunu qara rəngdə görməyi başa düşə bilmirəm” deyən Q.Novruzov onu da xatırladıb ki, 2004-cü ilə qədər özəl ali məktəblər tələbəni özləri qəbul edirdilər. O, "qara siyahı"ya daxil edilən diplomların tamamilə qanuni olduğunu söyləyib. Q.Novruzov bunların qanuni olmasını TQDK-dan da öyrənməyi məsləhət görüb. Nazir müavini bildirib ki, həmin diplom sahibləri TQDK-nin imtahanında iştirak etməyə bilər: “Ancaq diplomların hamısını Təhsil Nazirliyi verib və hamısı da tamamilə qanunidir”.
    30.03.12 Məqaləni oxumaq
     
    “Elektron məktəb”lərin sayı 1000-ə çatdırılacaq
    Təhsil Nazirliyinin yaxın gələcək üçün İKT sahəsində əsas hədəflərindən biri “Elektron məktəb”lərin sayının 1000-ə çatdırılmasıdır. Bundan başqa, ümumtəhsil məktəblərinin hər bir sinif otağının 1 noutbuk və 1 proyektorla təmin edilməsi, hər şagirdə 1 netbuk və ya 1 planşetin verilməsi proqramının reallaşdırılması da qarşıda görüləcək işlər sırasındadır. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə “İCTnews” Təhsil Nazirliyinə istinadən xəbər verir. Nazirlikdən bildirilib ki, bütün təhsil müəssisələrinin internetə qoşulması ilə yanaşı, hər bir təhsil müəssisəsinin müasir tələblərə cavab verən İKT avadanlıqları ilə müntəzəm olaraq təmin edilməsi və bu əsasda təhsilin informasiya təminatının reallaşdırılması da hədəflərə daxildir. Nazirliyin qarşısında duran digər məsələlər hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılması və onun resurs bazasının formalaşdırılmasıdır.
    29.03.12 Məqaləni oxumaq
     
    TQDK aprelin 8-də ilk sınaq imtahanı keçirəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 8-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə cari ildə ilk sınaq imtahanı keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Həmin imtahanlara yazılmaq istəyən abituriyentlər 7735 nömrəsinə boş SMS göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər. Ödəmə kartlarını “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan şəxslər də Komissiyanın internet saytından ödəmə etməklə əldə edə bilərlər. Bundan sonra onlar Komissiyanın internet saytından ödəmə kartının seriya nömrəsi və pin kodundan, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodundan istifadə etməklə sınaq imtahanlarına yazıla bilərlər.
    29.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30