Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  23 24 25 26 27 28 29 30 31  #
    Misir Mərdanov: Ölkədə narkomaniyaya qarşı mübarizə ilə bağlı sistemli iş aparılmalıdır
    “Ümumi təhsil məktəblərinin şagirdləri arasında narkotik vasitələrdən istifadə ilə bağlı məndə belə bir məlumat yoxdur. Amma mənə elə gəlir ki,  profilaktik tədbirlər həyata keçirmək heç bir zaman gec deyil. Biz bu istiqamətdə müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə iş aparırıq və bundan sonra da aparılacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib.
    Nazir hesab edir ki, ölkədə narkomaniyaya qarşı mübarizə ilə bağlı sistemli iş aparılmalıdır: ”Bu barədə dövlətimizin başçısının xüsusi qərarı var.
    17.04.12 Məqaləni oxumaq
     
    TQDK-dan əcnəbi abituriyentlərə xəbərdarlıq
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əcnəbi abituriyentlərlə bağlı məlumat yayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    Bildirilir ki, Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş İcazə vəsiqəsi ilə sınaq imtahanlarına yazılmaq mümkündür. Həmin abituriyentlər qeyd olunan sənədlə növbəti sınaq imtahanlarına yazıla biləcəklər.
    17.04.12 Məqaləni oxumaq
     
    Ali məktəblərə sənəd verən abituriyentlərin elektron ərizələrinin təsdiqlənməsinə başlanılıb
    Bu gündən ali məktəblərə sənəd verən abituriyentlərin elektron ərizələrinin təsdiqlənməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, qaydalara uyğun olaraq abituriyentlər elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Ərizələrini qeyd olunan müddət ərzində SQK-da təsdiq etdirməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar. Qeyd edək ki, 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu aprelin 10-dan başlayıb və mayın 16-dək davam edəcək.
    16.04.12 Məqaləni oxumaq
     
    TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtlərini açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtlərini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə abituriyentlər test imtahanı verirlər. Test imtahanında topladıqları ümumi balları bu ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər ikinci mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müvəffəqiyyət qazanan abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar aşağıdakı istiqamətlərə daxildir:
    13.04.12 Məqaləni oxumaq
     
    TQDK abituriyentlərə xəbərdarlıq etdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəbə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə xəbərdarlıq edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Bildirilir ki, elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və NAR Mobile nömrələrindən 7725 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.
    12.04.12 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Mənim üçün saxta diplom və ya saxta mütəxəssisin fərqi yoxdur”
    2012/2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar mətbuat konfransı keçirən TQDK sədri Məleykə Abbaszadə rəhbərlik etdiyi qurumun “Qara bazası”na düşən 22 mindən çox diplomun Təhsil Nazirliyi tərəfindən hüquqi qüvvəsi olması barədə səslənən fikirlərə də münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, M.Abbaszadə bildirib ki, Komissiya “Tələbə-məzun Dövlət Elektron Bazası”nın təqdimatında bu komissiyasının xətti ilə ali məktəbə qəbul olunmayan tələbələrin sayını açıqlayıb. “Biz bilirik ki, bu uşaqlar bizim imtahanlarda iştirak ediblər. Həmin şəxslərin bizim imtahanlarda nə qədər bal topladıqlarını da bilirik. Bu uşaqlar çox aşağı bal topladıqlarını bildirən sədr, bu abituriyentlərin Rusiya, Ukrayna və ya hər hansı ölkənin özəl ali məktəbinə hansı yolla qəbul olunmasının TQDK-nın fəaliyyətinə heç bir aidiyyatı olmadığını qeyd edib: “Bax, mən bunun kökünü sizə göstərirəm. Biz bu uşaqları ali məktəbə qəbul etməmişik. Təbii ki, o uşaqlara hansısa dövlət universiteti tərəfindən diplom verilibsə, biz onu hüquqi sənəd kimi qəbul edirik.
    11.04.12 Məqaləni oxumaq
     
    2012/2013-cü tədris ili üçün ali və orta ixtisas məktəblərinə ərizə qəbulu başladı
    Bu gündən etibarən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə ərizə qəbulu elan olunub. “KƏLAMİNFO” xəbər verir ki, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək davam edəcək. Ərizələrin təsdiqlənməsi isə aprelin 16-dan 18-dək aparılacaq. Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə həyata keçiriləcək. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq, müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər. Xatırladaq ki, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.
    10.04.12 Məqaləni oxumaq
     
    TQDK qabiliyyət imtahanlarının şərtlərini açıqlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtlərini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu haqda məlumatı bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə verib. Onun sözlərinə görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, bədən tərbiyəsi və idman istiqamətlərinə aiddir. Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər test imtahanından əlavə qabiliyyət imtahanı da verməlidirlər.
    10.04.12 Məqaləni oxumaq
     
    Rezidenturaya qəbul təkmilləşdiriləcək
    Bu ayın sonunda rezidentura hazırlığı üzrə yeni qəbul proqramları açıqlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı 2012/2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, hazırda rezidenturaya qəbulla bağlı təkmilləşdirmə işləri Azərbaycan Tibb Universiteti və Səhiyyə Nazirliyi ilə birgə aparılır. Bu məqsədlə müvafiq təhsil müəssisələrinin nümayəndələri və mütəxəssislərin iştirakı ilə seminarlar keçirilir.
    10.04.12 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Qəbul planında plan yerləri ötən ilkinə nisbətən 9,5 faiz çoxalıb”
    Növbəti tədris ili üzrə ali məktəblərə qəbul planında yeni açılması nəzərdə tutulan Bakı Ali Neft Məktəbi üçün də plan yerləri ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə verib. Onun sözlərinə görə, növbəti tədris ili üçün qəbul planının layihəsi artıq Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edilib: “Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, artıq qəbul planının layihəsini Təhsil Komissiyası təsdiqləyəcək”. Sədr həmçinin bildirib ki, bu ilki qəbul planında da plan yerləri ötən ilkinə nisbətən 9,5 faiz çoxalıb.
    10.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  23 24 25 26 27 28 29 30 31  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30