Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    ADU-da “Salam Polşa” adlı fotosərgi keçirilib
    Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Salam Polşa” adlı fotosərgi keçirilib. Tədbirdə ADU-nun rektoru Səməd Seyidov, Polşanın Azərbaycandakı səfiri Mikal Labenda, səfirliyin nümayəndələri və universitetin tələbə-müəllim heyəti iştirak edib. Məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. Tədbirdə Polşada 3 mayın Konstitusiya günü kimi qeyd olunduğu və sərginin də bu məqsədlə keçirildiyi haqqında iştirakçılara məlumat verilib. Polşanın tarixinə nəzər salınıb, Konstitusiya gününün yaranma tarixindən danışılıb. Bildirilib ki, Konstitusiya gələcək nəsillərin və ədalətli cəmiyyətin qorunub saxlanmasına xidmət edir.
    02.05.12 Məqaləni oxumaq
     
    TQDK buraxılış imtahanlarında iştirak edəcək şagirdləri xəbərdar etdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərin və abituriyentləri xəbərdar edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Cari tədris ili üçün respublikanın orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan gənclərin imtahanlarda iştiraklarının təmin edilməsi üçün şəxsiyyət vəsiqələrinin olması labüddür (16 yaşı tamam olmuş şəxslər şəkilli, 16 yaşına çatmayanlar isə şəkilsiz şəxsiyyət vəsiqəsi). Bunu nəzərə alaraq, buraxılış sinfini başa vuran Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrini operativ qaydada əldə etməlidirlər. TQDK Daxili İşlər Nazirliyinə şagirdlərin və abituriyentlərin şəxsiyyət vəsiqəsinin alınması prosesinin operativ qaydada həyata keçirilməsi üçün müraciət edəcək.
    29.04.12 Məqaləni oxumaq
     
    TQDK sonuncu sınaq imtahanının vaxtını açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün sonuncu sınaq imtahanının vaxtını açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. May ayının 20-də cari tədris ili üçün sonuncu sınaq imtahanı keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək.
    27.04.12 Məqaləni oxumaq
     
    ADU-da “Sağlam həyat tərzi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib
    Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı və Nazirlər Kabinetinin dəstəyi ilə “Sağlam həyat tərzi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək gənclərin sağlam həyat tərzinin formalaşmasına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirib.
    27.04.12 Məqaləni oxumaq
     
    Elmin İnkişafı Fondu üç plagiat iş aşkarlayıb
    Bu vaxta qədər Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu üç plagiat iş aşkarlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı EİF-nin icraçı direktoru Elçin Babayev deyib. E.Babayev bildirib ki, plagiat işlər aşkarlanan zaman və bununla bağlı aparılan müzakirələr o qədər gərgin keçib ki, bəzi alimlər anonimlik şərtini pozmağa da razılı olub, öz adlarının göstərilməsini istəyiblər: “Biz belə elmi forumlarda etik normaları gözləməyə çağırırıq. Hətta belə polemikalarda alimlərdən biri qarşı tərəfə bir neçə bəndlik şeirlə cavab vermişdi”. E.Babayev onu da deyib ki, elm sahəsində hüquq pozuntusu halları o qədər çox deyil: “ Hansısa mübahisəli məsələ çıxarsa, bu məsələnin sona qədər araşdırılması üçün Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlıq etməyə hazırıq”.
    27.04.12 Məqaləni oxumaq
     
    AMEA-da 2011-ci ilin yekunlarına dair yığıncaq keçirilir
    AMEA-nın illik ümumi yığıncağı keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AMEA-nın prezidenti Mahmud Kərimov, Akademiyanın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin, ali məktəblərin rəhbərləri, ictimai təşkilatların nümayəndələri və millət vəkilləri iştirak edir. Yığıncağın gündəliyinə AMEA prezidentinin çıxışı, akademik Vaqif Fərzəliyevin AMEA-nın 2011-ci ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat dinləniləcək. Qeyd edək ki, yığıncağın işindən əvvəl elmi-tədqiqat müəssisələrinin rəhbərləri akademik Ramiz Mehdiyevə görülən işlər, nəşr olunan kitablar, hesabatlar haqqında məlumatlar veriblər.
    25.04.12 Məqaləni oxumaq
     
    Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi
    Azərbaycanda cari tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. TQDK sədri qeyd edib ki, ilk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcək. “İyulun 14-də I, iyulun 20-də IV, iyulun 27-də isə II ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirilməsi planlaşdırılır. Qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişiklər ediləcək. Bununla bağlı əlavə məlumat yaxın günlərdə elan ediləcək” - deyə M.Abbaszadə vurğulayıb. Qeyd edək ki, əvvəlki cədvələ əsasən, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçirilməli idi.
    24.04.12 Məqaləni oxumaq
     
    TQDK sədri orta məktəblərdə buraxılış imtahanlarının qaydalarını açıqladı
    Cari tədris ilində ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, TQDK tərəfindən hazırlanan layihəyə əsasən, tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanları yalnız iki fənn - ana dili və riyaziyyat üzrə keçiriləcək. “İmtahanlar 2 saat ərzində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər” - deyə o əlavə edib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi Təhsil Nazirliyindən alınaraq TQDK-ya həvalə edilib.
    24.04.12 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə məktəb direktorları və valideynlərə xəbərdarlıq etdi
    “İndiyə qədər bəzi orta məktəb direktorlarının adları buraxılış imtahanlarına müdaxilədə və sair korrupsiya faktlarında hallandırılsa da, artıq buna son veriləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Bu barədə məktəb direktorlarına xəbərdarlıq edən TQDK sədri buraxılış imtahanlarını çox şəffaf keçirəcəklərini bildirib və valideynlərə də müraciət edib. “Əgər indiyə qədər nəsə xoşagəlməz hadisə baş veribsə, bundan sonra belə hallar baş verməyəcək. Belə hallar törətmək istəyənlərə qarşı çox ciddi tədbirlər görüləcək. Bütün məktəb direktorları və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə bunu etsə, qanun qarşısında cavab verəcək” - deyə TQDK sədri vurğulayıb.
    24.04.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Eurovision–2012” ərəfəsində paytaxt məktəblərində dərslər dayandırılmayacaq”
    “Gələn ay Bakıda keçiriləcək “Eurovision–2012” Mahnı Müsabiqəsi ərəfəsində paytaxt məktəblərində dərslərin dayandırılması gündəmdə deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.

    O qeyd edib ki, belə bir qərar gözlənilmir. “Hesab edirəm ki, belə bir zərurət yoxdur. Çünki bu müsabiqə Bakının müəyyən bir hissəsində keçiriləcək və o ərəfədə də demək olar ki dərslər başa çatmaq üzrə olacaq. Ona görə də hesab edirəm ki, dərslərin yarımçıq dayandırılmasına ehtiyac yoxdur”-deyə o əlavə edib.
    18.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30