Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  21 22 23 24 25 26 27 28 29  #
    Azərbaycan və İqtisad universitetlərinin tələbələri olimpiada qalibi olublar
    Azərbaycan Dövlət İqtisad Universitetində Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 15 ali məktəbin tələbə və magistrantı arasında “Vergilər” mövzusunda 6-cı olimpiada keçirilib. Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, olimpiadada iştirak edən ali məktəblərdən 11-i dövlət (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Aqrar Universitet, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texnologiya Universiteti, Kooperasiya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti), 4-ü özəl (Azərbaycan Universiteti, Qərb Universiteti, Bakı Biznes Universiteti, Qafqaz Universiteti) olub. Olimpiada ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub. Olimpiadada ali məktəblərin 200-dən yuxarı tələbə və magistrantı iştirak edib.
    07.05.12 Məqaləni oxumaq
     
    Bu gündən TQDK-nın sonuncu sınaq imtahanına yazılış başlayır
    Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) cari tədris ilin üçün keçirdiyi sonuncu sınaq imtahanına yazılış başlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    Sonuncu sınaq imtahanı may ayının 27-də keçiriləcək. İmtahan iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq. İmtahan Bakı şəhəri ilə yanaşı respublikanın bir sıra şəhər və rayonlarında keçiriləcək.
    07.05.12 Məqaləni oxumaq
     
    TQDK abituriyentlərə çağırış etdi
    Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən veriblər. Abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat isə www.tqdk.gov.az saytında yerləşdirilib.
    05.05.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Şuşa haqqında bütün məlumatlar dərsliyə salınmalıdır
    Şuşanın tarixi və bu şəhər haqqında bütün məlumatlar dərsliyə salınmalıdır. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib. Onun sözlərinə görə, dərsliklərin növbəti nəşrlərində Şuşa şəhərinin tarixi barədə ayrıca məlumat veriləcək. Nazir hesab edir ki, Şuşa şəhəri haqqında məlumatların dərsliklərə salınması gələcək nəsillərin bu şəhər haqqında ətraflı məlumat almasında mühüm rol oynayacaq.
    04.05.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyində Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib
    Bu gün Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Xalq artisti, rejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi sənədli film nümayiş olunub. Çıxış edən təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən danışıb. Bu sahəyə dövlətin daim dəstəyinin olduğunu diqqətə çatdıran M.Mərdanov Azərbaycanın təhsili ilə bərabər digər sahələrinin də inkişaf etdiyini vurğulayıb. Nazir bildirib ki, filmdə Heydər Əliyev haqqında həqiqətlər çox yüksək səviyyədə göstərilib. Onun sözlərinə görə, filmləri seyr edənlər ümummilli liderin həyat və fəaliyyəti haqqında daha dərin məlumatlar əldə edəcəklər. M.Mərdanov onu da qeyd edib ki, Vaqif Mustafayevin filmlərinin təhsil müəssisələrində yayılması nəzərdə tutulub. Bu işi nazirlik öz üzərinə götürüb.
    04.05.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Attestatları biz verəcəyik
    Təhsil Nazirliyi orta məktəblərdə buraxılış sinfinin şagirdlərinə attestatın hansı qurum tərəfindən verilməsinə münasibətini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. O qeyd edib ki, qanuna görə attestatın Təhsil Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulub. “Ona görə də yəqin ki, attestatları biz verəcəyik”-deyə o əlavə edib.
    03.05.12 Məqaləni oxumaq
     
    Təhsil naziri: Gündəlikdə reklamlar digər ölkələrdə də mövcuddur
    Təhsil naziri Misir Mərdanov orta məktəb gündəliklərində yer alan reklamlara münasibət bildirib. “KƏLAMİNFO”nun məlumatına görə, nazir deyib ki, belə bir təcrübə digər ölkələrdə də mövcuddur: “Mən digər ölkələrin gündəliklərinə də baxmışam və onların gündəliyində reklamların olduğunu görmüşəm. Hesab edirəm ki, bu, şagirdlərdə heç bir çaşqınlıq yaratmaz”. Nazir deyib ki, gündəliyi nəşriyyat çap edir və bütün bu suallara onlar cavab versə, daha yaxşı olar.
    03.05.12 Məqaləni oxumaq
     
    TQDK nəticələri açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 29-da keçirdiyi sınaq imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Daha ətraflı məlumat TQDK-nın www.tqdk.gov.az saytında yerləşdirilib. Abituriyentlər saytda kodlarını daxil etməklə imtahanın nəticələrini öyrənə bilərlər.
    03.05.12 Məqaləni oxumaq
     
    İki kollec Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb
    Azərbaycan Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Qərar "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.11-ci bəndinə əsasən və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifi nəzərə alınaraq qəbul edilib. Qərara əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinin 7-ci və 8-ci hissələri ləğv edilib.
    03.05.12 Məqaləni oxumaq
     
    ADU rektoru avstriyalı jurnalistlərlə görüşüb
    Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Avstriyadan olan bir qrup jurnalistlə görüşüb. Məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. Görüşdə S.Seyidov Avstriya Mətbuat Agentliyinin nümayəndəsi Viola Bauerin rəhbərlik etdiyi qrupa universitet haqda məlumat verib. O, Azərbaycanın Bolonya prosesinə qoşulduqdan sonra digər universitetlərdə olduğu kimi, ADU-da da əsaslı işlər aparıldığını bildirib. Qonaqlara ADU-nun ERASMUS MUNDUS proqramlarında iştirak etdiyini bildirən professor S.Seyidov universitetin bir qrup tələbəsinin bu proqramın növbəti mərhələsində iştirak etmək üçün ötən ay Tbilisiyə yola düşdüklərini qeyd edib.
    02.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  21 22 23 24 25 26 27 28 29  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30