Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 20 21 22 23 24 25 26 27 28 » #
    ADU-da “English-Azerbaijani Dictionary for All” adlı lüğətin təqdimatı keçiriləcək
    Mayın 16-sı Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası müəllimlərinin hazırladığı “English-Azerbaijani Dictionary for All” adlı lüğətin təqdimat mərasimi keçiriləcək. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, mərasimdə 10-a yaxın ali təhsil ocağından nümayəndələr iştirak edəcək.  

    “English-Azerbaijani Dictionary for All” adlı lüğət Azərbaycanda ilk dəfə olaraq nəşr edilən 150.000 sözü əhatə edən ingiliscə-azərbaycanca olan lüğətdir. Lüğət bu vaxta qədər yazılan lüğətlərdən bir sıra fərqli xüsusiyyətlərə malikdir. Müəlliflər kitabı “Dictionary for All”, yəni hamı üçün daha sadə və anlaqlı etmək üçün səy göstəriblər. Lüğətdə elm və texnikanın inkişafı ilə əlaqədar yaranan yeni sözlər də öz əksini tapıb. Bu lüğətdən müstəqil şəkildə dil öyrənənlər, bütün təhsil müəssisələrində təhsil alanlar və ingilis dilini tədris edənlər, o cümlədən tərcüməçilər, həmçinin diplomatik korpusların nümayəndələri faydalana bilərlər.
    16.05.12 Məqaləni oxumaq
     
    9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci ildə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

    “KƏLAMİNFO”un məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, iyunun 2-də Bakı şəhəri üzrə 11-ci sinif , iyunun 3-də 9-cu sinif şagirdləri imtahan verəcəklər. Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda saat 10.00-da 11-ci, 15.00-da 9-cu sinif şagirdləri, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda saat 10.00-da 11-ci, 15.00-da 9-cu sinif şagirdləri imtahan verəcəklər.
    15.05.12 Məqaləni oxumaq
     
    Azərbaycanda son zənglər əvvəlki illərdə olduğu kimi keçiriləcək
    Azərbaycanda son zənglər əvvəlki illərdə olduğu kimi keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. M.Mərdanov son illərdə son zənglərlə bağlı hansısa bir problemin olmadığını deyib. Nazir yaxın günlərdə son zənglə bağlı əmr imzalayacağını da vurğulayıb.
    12.05.12 Məqaləni oxumaq
     
    Müəllimlərin işə qəbulu ilə bağlı qaydalarda dəyişiklik olmayacaq
    Müəllimlərin işə qəbulu ilə bağlı qaydalarda hansısa dəyişiklik olmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. M.Mərdanov bildirib ki, işə qəbulla bağlı imtahanların yalnız Bakıda deyil, digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bura Gəncə, Lənkəran, Şəki, Şirvan və Mingəçevir şəhərləri aiddir. Hamının Bakıya imtahan vermək üçün gəlməsinə ehtiyac olmadığını söyləyən nazir imtahan qaydalarında ciddi dəyişikliyin olmayacağını vurğulayıb.
    11.05.12 Məqaləni oxumaq
     
    Attestatların hansı qurum tərəfindən verilməsi dəqiqləşdi
    Prezident İlham Əliyev təhsil müəssisələrində təhsil alanların attestasiyası, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    “KƏLAMİNFO”nun məlumatına görə, Sərəncamda qeyd edilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən etsin.
    Həmçinin  Nazirlər Kabinetinə tapşırılıb ki,  iki ay müddətində  təhsil müəssisələrində təhsil alanların attestasiyası, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
    11.05.12 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycanda Rusiya ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatır
    Cari tədris ilində Azərbaycanlı abituriyentlər üçün Rusiya Federasiyası ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün sənəd qəbulu bu gün başa çatacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.

    Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər ölkənin ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat bu gün saat 17:00-da başa çatacaq.
    09.05.12 Məqaləni oxumaq
     
    Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar avqustda keçiriləcək
    Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar avqustda keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

    Nazir xatırladıb ki, müəllimlərin işə qəbulu ötən ilki qaydada həyata keçiriləcək. Onun sözlərinə görə, bu qayda özünü ötən il tamamilə doğruldub. “Hazırda vakant yerlərin məlumatlarını bölgələrdən toplayırıq.  Dərs ili başlayana qədər müsabiqədə iştirak edərək qalib gələn müəllimləri yerlərə göndərilməsini təşkil edəcəyik. Hələlik nə qədər vakant yerin olması dəqiq məlum deyil”.
    08.05.12 Məqaləni oxumaq
     
    Əli Abbasov: Təhsil sistemində İKT çox geniş sürətdə tətbiq edilir
    Azərbaycan məktəbləri, ölkənin təhsil sistemində İKT çox geniş sürətdə tətbiq edilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı keçirilən inşa yazı müsabiqəsinin nəticələrinə həsr edilən tədbirdə deyib.
    Nazir bildirib ki, artıq bir neçə beynəlxalq reytinq təşkilatının məlumatlarının analizi də bunu təsdiq edir. Onun sözlərinə görə, Azərbaycan təhsildə İKT-nin tətbiq səviyyəsi ilə bağlı Şərqi və Mərkəzi Avropa ölkələri arasında öndə olan dövlətlərdəndir. “Bu işi davam etdiririk. Biz Təhsil Nazirliyi ilə çox sıx işləyirik. İki böyük Dövlət Proqramını birgə həyata keçiririk ki, bu da İKT-nin məktəblərdə geniş surətdə tətbiq edilməsi ilə əlaqədardır” deyən nazir Təhsil Nazirliyi ilə digər məsələlərlə bağlı da geniş əməkdaşlıq etdiklərini söyləyib.
    07.05.12 Məqaləni oxumaq
     
    Xaricdə təhsil alan 84 gəncin qayğıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin üzərindədir
    “Hazırda xaricdə təhsil alan 84 Azərbaycan gəncinin maddi və mənəvi qayğıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin üzərindədir. Biz Azərbaycan gənclərinin xaricdə təhsilini dəstəkləyirik və bu istiqamətdə əlimizdən gələni edəcəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı keçirilən inşa yazı müsabiqəsinin nəticələrinə həsr edilən tədbirdə deyib.
    Nazir ümid etdiyini bildirib ki, bu gün inşa yazı müsabiqəsində qalib olan şagirdlər gələcək karyeralarında İKT-ni prioritet seçəcək və ona böyük diqqət yetirəcəklər. “Əgər gələcəkdə onların belə seçimi olarsa, biz bunu dəstəkləməyə hazırıq”.
    07.05.12 Məqaləni oxumaq
     
    TQDK 29 şəhərdə sınaq imtahanları keçirib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 6-da respublikanın 29 şəhərində sınaq imtahanı keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Göygöl, Qazax, Şamaxı, Mingəçevir, Şəki, Qax, Oğuz, Bərdə, Ağcabədi, Göyçay, Ucar, Şirvan, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 47 binada təşkil olunub. İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb.
    Nəticələrin həftə ərzində Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.
    07.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 20 21 22 23 24 25 26 27 28 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30