Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
    Məleykə Abbaszadə məktəb direktorları və rayon təhsil şöbələrinə xəbərdarlıq etdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar növbəti dəfə məktəb direktorları və rayon təhsil şöbələrinə xəbərdarlıq edib. “KƏLAMİNFO” xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ona bəzi valideynlərin övladlarının təhsil aldıqları məktəb direktorları ilə danışıqlar aparması barədə məlumatlar çatıb. "Mənə məlumatlar gəlib çatıb ki, valideynlər sığortalanmaq üçün məktəb direktorlarına yaxınlaşıblar. Onlar da həmin valideynlərə vəd veriblər ki, narahat olmayın, heç bir problem olmayacaq. Amma bir daha xəbərdarlıq edərək bildirirəm ki, nə məktəb direktorları, nə də rayon təhsil şöbələrinin rəsmi şəxsləri imtahan prosesinə müdaxilə edə biləcəklər" - deyə M.Abbaszadə bildirib. TQDK sədri qeyd edib ki, məktəb direktorları və rayon təhsil şöbələrinin müdirləri nə imtahanların keçirilməsində, nə də onların nəticələrinin qiymətləndirilməsində iştirak edəcəklər və bu proseslərə müdaxilə də edə bilməzlər. Qeyd edək ki, sabahdan ölkə ərazisində buraxılış imtahanlarının keçirilməsinə başlanılır.
    02.06.12 Məqaləni oxumaq
     
    Bəzi ali məktəblərdə magistraturaya qəbul dayandırıldı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszdə bu gün keçirdiyi mətbuat konfransında magistraturaya qəbulla bağlı xəbər verib. “KƏLAMİNFO” xəbər verir ki, TQDK sədri deyib ki, 2012-2013-cü tədris ilində bəzi ali məktəblərə magistr təhsili üçün tələbə qəbulu olmayacaq. “Bakı Asiya Universiteti, Təfəkkür Universiteti, Avrasiya Universiteti, Qızlar Universiteti, Bakı Biznes Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Müəllimlər Universiteti, Mingəçevir Politexnik İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunda magistr üçün plan yerləri dayandırılıb” - deyə komissiya sədri vurğulayıb.
    01.06.12 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycanda “Son zəng”dir
    Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində buraxılış günüdür. “KƏLAMİNFO” xəbər verir ki, ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri saat 10:00-dan başlayaraq üç saat müddətində və yalnız məktəbin ərazisində keçirilməlidir. Təhsil Nazirliyindən bildirilib ki, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 97653 nəfər təşkil edib. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2011-ci ildə 442 nəfər olduğu halda bu il onların sayının 786 nəfər olacağı gözlənilir.
    01.06.12 Məqaləni oxumaq
     
    Şagirdlərin buraxılış imtahanına gətirməli olduğu sənədlər açıqlanıb
    Buraxılış imtahanında iştirak edəcək XI sinif şagirdləri imtahana “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini (16 yaşına çatmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi ilə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkili yapışdırılmış arayışı), IX sinif şagirdləri isə “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni və təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməlidirlər.

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək əcnəbilər imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. 9-cu sinif şagirdləri qeyd olunan sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər.
    30.05.12 Məqaləni oxumaq
     
    TQDK təhsil şöbələri və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil şöbələri və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təhsil şöbələri “Şagird-məzun sistemi”ndə “İmtahana buraxılmır” kimi qeyd etdikləri şagirdlərin sənədlərini yenidən təftiş etməli, bu şagirdlərin arasında bilikləri qiymətləndirilməyən və ya imtahandan azad olunanlar varsa, onları “İmtahana buraxılmır” kateqoriyasından çıxarıb müvafiq kateqoriyaya aid etməli, imtahandan azad olunanların buraxılış ili üzrə qiymətlərini sistemə daxil etməlidirlər. Qeyri-kafi qiymətlərə görə “İmtahana buraxılmır” kimi qeyd edilmiş şagirdlər də bu kateqoriyadan çıxarılmalı, onların buraxılış ili üzrə qiymətləri sistemə daxil edilməlidir.
    29.05.12 Məqaləni oxumaq
     
    TQDK-dan təcili elan
    Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan şəxslər bir çox məlumatları mayın 24-dək Tələbə qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) e-mail ünvanına göndərməlidirlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən və ya buraxılış imtahanında qeyri-kafi qiymət(lər), o cümlədən eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şəxslər haqqında aşağıda göstərilən məlumatlar mayın 24-dək TQDK-nın (office@/tqdk.gov.az) email ünvanına EXCEL faylı şəklində göndərilməlidir:
    24.05.12 Məqaləni oxumaq
     
    Ali məktəblərə ərizə qəbulu başa çatdı
    Azərbaycanda cari tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu başa çatıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Ümumilikdə 106 min 130 abituriyent internetlə “Elektron ərizə “doldurub. İndiyə qədər onlardan 101 min 432 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib. TQDK “Elektron ərizə”sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar 18 may saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.
    17.05.12 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qızı Nərgiz Birk-Petersenin Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinin aparıcılığının öhdəsindən uğurla gələcəyinə əmindir. O, bunu yarışma öncəsi “KƏLAMİNFO”ya açıqlamasında deyib.

    Nərgiz Birk-Petersen mayın 22, 24 və 26-da keçiriləcək müsabiqəyə İctimai televiziyanın əməkdaşı Leyla Əliyeva və “Eurovision-2011”-in qalibi Eldar Qasımovla birlikdə aparıcılıq edəcək: “Qızım həddi-buluğa çoxdan çatıb. Onunla fəxr edirəm. Mənim borcum idi ki, ona tərbiyə və təhsil verim. İndi müstəqil şəxs kimi işləyir, öz ailəsi var. Lazım olanda hansısa məsələdə məsləhətlər verirəm. Nərgiz kifayət qədər məsuliyyətli və müstəqil insandır. İşinin öhdəsindən gələcək”.  
    17.05.12 Məqaləni oxumaq
     
    “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
    “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi artıq başa çatıb. Müsabiqənin ilk mərhələsi qaydalara uyğun olaraq, mayın 15-də yekunlaşıb və “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətləri üzrə təşkil olunan müsabiqəyə ümumi olaraq 1092 layihə təqdim edilib. “KƏLAMİNFO” Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata istinadən bildirir ki, “Elektron Təhsil” Respublika müsabiqəsinin II mərhələsinə keçən nominantlar 30 may tarixində elan olunacaq. Müsabiqənin I mərhələsinin sona çatmasına baxmayaraq, layihələr üzrə şərhlərin verilməsi, layihələrin ictimai müzakirəsi müsabiqənin finalına kimi mümkün olacaq.
    16.05.12 Məqaləni oxumaq
     
    TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə növbəti dəfə xəbərdarlıq edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    Belə ki, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu  mayın 16-da saat 00:00-da başa çatır. 16 may saat 11:30-a olan məlumata əsasən, 103 934 abituriyent internetlə “Elektron ərizə “doldurub, onlardan 98741 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib. TQDK “Elektron ərizə”sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar 18 may 2012-ci il saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.
    16.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30