Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
    Misir Mərdanov Litvada səfərdədir
    Azərbaycanın təhsil naziri Misir Mərdanov Litvada rəsmi səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, iyunun 22-dək davam edəcək səfər zamanı bir sıra məsələlər müzakirə olunacaq. Səfər zamanı iki ölkə arasında təhsil sahəsi üzrə əlaqələrin inkişaf perspektivləri, ali məktəblər arasında münasibətlər, tələbə mübadiləsi, Litvanın universitet rektorlarının ölkəmizə səfərlərinin təşkili və digər məsələlər müzakirə ediləcək, fikir mübadiləsi aparılacaq. Həmçinin Litvanın peşə təhsili təcrübəsi ilə bağlı tanışlıq və bu sahə ilə bağlı fikir mübadiləsi olacaq.
    19.06.12 Məqaləni oxumaq
     
    Rektor imtahanların gedişini izləyib
    Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov 1 saylı İngilis dili və Regionşünaslıq fakültələrində keçirilən imtahanların gedişini izləyib. İzləmə prosesində universitetin prorektorları, Tədris hissəsinin müdiri və Operativ Qərargahın sədri Lyudmila Muradova və Qərargahın digər üzvləri iştirak edib. ADU-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, “Ölkəşünaslıq”, “Metodika”, “Azərbaycan Respublikasının xarici siyasəti”, “Beynəlxalq təşkilatlar”, “İngilis dili” və “Beynəlxalq təşkilatlar” fənlərindən keçirilən imtahanların gedişi ilə tanış olan rektor normativ sənədlərə baxış keçirib. O, universitetdə tələbələrin tədrisi üçün bütün imkanların yaradıldığını nəzərə çatdırıb.
    19.06.12 Məqaləni oxumaq
     
    TQDK-dan bakalavrlara xəbərdarlıq !
    Ali təhsil müəssisələrinin magistraturalarına proqram seçimi 12 iyun saat 24:00-da başa çatacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Bu il martın 4-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlar iyunun 4-dən proqram seçiminə başlayıblar. Bakalavrlar qeyd olunan müddətə qədər elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramların siyahısı “Magistr” jurnalının 2012-ci il 4-cü sayında dərc olunub). Proqram seçib təsdiq etmiş bakalavrlar bu il iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər. Qəbul imtahanının ikinci mərhələsi iyunun 24-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
    12.06.12 Məqaləni oxumaq
     
    TQDK-nin daha 3 regional bölməsi yaradılıb
    Nazirlər Kabineti "Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında"kı qərarında dəyişikliklər edib. Nazirlər Kabinetindən “KƏLAMİNFO”ya verilən məlumata görə, qərar Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib. Qərarın 1.1. 1-ci və 3-cü hissələrdə "və Quba" sözləri", Quba, Ağcabədi, Göyçay və Şirvan" sözləri ilə əvəz edilib. 1.2. 2-ci hissədə "26" rəqəmi "38" rəqəmi ilə əvəz edilib. Beləliklə, TQDK-nin əlavə 3 regional bölməsi yaradılıb. Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qeyd edək ki, bundan əvvəl TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələri olub.
    09.06.12 Məqaləni oxumaq
     
    Gürcüstan EA-nın akademik katibi BDU-da olub
    Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Gürcüstan Elmlər Akademiyasının akademik katibi Givi Tsintsadzeni qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər. Rektor Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb, əlaqələrin ümummilli lider Heydər Əliyevin dövründə möhkəmləndiyini və bu gün prezident İlham Əliyevin siyasəti nəticəsində daha da inkişaf etdiyini vurğulayıb. Akademik BDU-nun tarixi və bu günü barədə məlumat verərək, ölkələr arasında təhsil və elm sahəsindəki əməkdaşlığın önəmli olduğunu nəzərə çatdırıb, universitetdə kimya elminin inkişafına xüsusi önəm verildiyini bildirib.
    08.06.12 Məqaləni oxumaq
     
    Kaspi Təhsil Mərkəzi Almaniyada Beynəlxalq Yay Məktəbinə dəvət edir
    Kaspi Təhsil Mərkəzi Almaniyanın Berlin şəhərində yay məktəblərini təşkil edir. Mərkəzdən “KƏLAMİNFO”ya verilən məlumata görə, yay məktəbinin proqramına peşəkar əcnəbi müəllimlər tərəfindən ingilis və alman dillərinin tədrisi, Almaniyanın tarixi və mədəniyyəti ilə yaxından tanışlığı, xarici dil biliklərinin təkmilləşdirilməsi və maraqlı yay istirahəti daxildir. Qeyd edək ki, 2 həftə müddəti olan proqrama 15 yaşdan yuxarı şəxslər 30 iyul tarixinədək müraciət etməlidirlər. Proqrama ingilis və alman dil kursları (seçimə görə), gəzinti turları, yataqxana və yerləşdirmə xidmətləri, hava limanında qarşılanma, gündə 3 dəfə yemək, viza alınması və qeydiyyat xidməti də daxildir.
    08.06.12 Məqaləni oxumaq
     
    TQDK-nın işçilərinin sayı artırılıb
    Nazirlər Kabineti "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bəzi məsələləri haqqında" kı qərarında dəyişiklik edib. Nazirlər Kabinetindən “KƏLAMİNFO”ya verilən məlumata görə, qərar "Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının razılaşdırılmış təklifini nəzərə alınaraq qəbul edilib.
    08.06.12 Məqaləni oxumaq
     
    Gürcüstanın elm və təhsil naziri Azərbaycan Dili Məktəbində gürcü dili dərsliklərinin təqdimatını keçirib
    Gürcüstanın elm və təhsil naziri Dimitri Şaşkin Tbilisidəki Azərbaycan Dili Məktəbində bu yaxınlarda etnik azlıq məktəbliləri üçün nəşr edilən gürcü dili dərsliklərinin təqdimatını keçirib. “KƏLAMİNFO” Gürcüstanın Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqdimatda məktəb şagirdləri və onların valideynləri iştirak edib. Nazir görüş zamanı gürcü dilini öyrənməyin əhəmiyyətindən bəhs edib. D.Şaşkin bildirib ki, nəşr edilən dərsliklər etnik azlıqların gürcü cəmiyyətinə inteqrasiyalarını ardıcıl dəstəkləmək məqsədi daşıyır. Qeyd edək ki, 5-ci sinifə qədər etnik azlıq məktəb şagirdləri üçün çap edilən gürcü dərslikləri prezidentin təşəbbüsü ilə başlanan "Gələcək müvəffəqiyyət üçün gürcü dili" proqramı çərçivəsində nəşr edilib. Proqramın məqsədi Gürcüstanın regionlarında yaşayan etnik azlıqlar arasında gürcü dilini təkmilləşdirməkdir. İlin sonuna kimi gürcü dili dərslikləri nazirliyin dəstəyi ilə 12-ci sinfə qədər olan məktəbləri əhatə edəcək. Dərslik kitabdan və şagird dəftərlərindən ibarətdir. Dərsliyə səs, vizual materiallar və kompyuter oyunları əlavə edilib.
    07.06.12 Məqaləni oxumaq
     
    Azərbaycan elm, texnika və innovasiya texnologiyaları ilə bağlı sərgidə təmsil olunacaq
    İyunun 12-də Türkmənistanda “Elm günü”nə həsr edilmiş elmi konfrans keçiriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, konfransla yanaşı, ənənəvi olaraq hər il təşkil olunan “Elm, texnika və innovasiya texnologiyaları böyük çiçəklənmə dövründə” adlı beynəlxalq sərginin təşkili də nəzərdə tutulur.

    Tədbirlərdə Azərbaycanı AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev təmsil edəcək.
    06.06.12 Məqaləni oxumaq
     
    Şagirdləri buraxılış imtahanlarından azad olunan məktəblərin adları açıqlanıb
    Azərbaycanda şagirdləri buraxılış imtahanlarından azad olunan məktəblərin adları açıqlanıb. “KƏLAMİNFO” xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, mayın əvvəlində ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar Zaqatala rayonunun bütün məktəbləri buraxılış imtahanından azad ediliblər. Həmin məktəblərin şagirdlərinin attestat qiymətləri illik qiymətləri əsasında müəyyənləşəcək. M.Abbaszadə deyib ki, zəlzələ nəticəsində məktəblərin qəzalı vəziyyətdə olması, dərslərin vaxtından əvvəl dayandırılması və şagirdlərin əksəriyyətinin evlərinin də qəzalı vəziyyətdə olması səbəbindən Qax və Balakən rayonlarında da bəzi məktəblərin şagirdləri imtahandan azad ediliblər. Balakən rayonunda Qarahacılı, Katex və Püştətala kənd orta məktəblərinin, Qax rayonunda isə 9 kəndin - Ləkit, Zərgə, Güllük, Kötüklü, Qarağan, Dəmyə-Dağlı, Meşəbaşı, Lələpaşa və Lələli kənd orta məktəblərinin şagirdləri buraxılış imtahanlarından azad ediliblər.
    02.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30