Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
    Rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənnindən iyulun 7-də imtahan verəcək
    Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən növbəti imtahan iyulun 7-də keçiriləcək. Bu barədə “KƏLAMİNFO”ya TQDK-dan məlumat verilib. Qeyd olunub ki, bu imtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni iyulun 5-də və 6-da TQDK-nın internet saytından çap edib götürə bilərlər.
    04.07.12 Məqaləni oxumaq
     
    Təhsildə İKT-nin tətbiqi müzakirə edilib
    AMEA İnformasiya Texnologiyaları İnstitutunda təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert, fizika-riyaziyyat elmləri namizədi Sayyora Raxmankulova ilə görüş keçirilib. Məlumatı “KƏLAMİNFO”ya İnformasiya Texnologiyaları İnstitutundan veriblər. Görüşdə Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzi və məktəblilərdən ibarət informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi, dosent Ramin Mahmudzadə, Təhsil Nazirliyinin “Təhsilin idarəolunmasının məlumat sistemləri” şöbəsinin müdiri İsmayıl Sadıqov və müvafiq sahə üzrə digər mütəxəssislər iştirak ediblər.
    03.07.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq
    Bu il müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir deyib ki, müəllimlərin işə qəbulu regionlar üzrə keçirilməyəcək, çünki müəllimlərin işə qəbulunun regionlarda keçirilməsi vaxt baxımından mümkün deyil. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı ötən ilki prosedurlar daha təkmil formada həyata keçiriləcək: “Əsas yenilik ondan ibarət olacaq ki, ötən il müəllimlər imtahan verdikdən sonra minimal bal həddi müəyyənləşdirirdik. Müsabiqədə yalnız bu balı əldə edənlər iştirak edirdi. Bu il isə minimal bal həddini götürdük. Yəni müəyyən bal toplamışları yerimiz olana qədər işə götürəcəyik. Bundan sonra ikinci yerləşdirmə olmayacaq”.
    30.06.12 Məqaləni oxumaq
     
    Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul planı artırılıb
    2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə qəbul planı ötən tədris ilinə nisbətən artırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, qəbul planında ciddi dəyişiklik yoxdur və artım daha çox ehtiyac duyulan ixtisaslar üzə edilib. Nazir orta təhsil müəssisələrində saxta diplomlarla bağlı araşdırmaların davam etdirildiyini də söyləyib. M.Mərdanov elektron hökumət çərçivəsində nazirlik tərəfindən ediləcək yenilikləri də açıqlayıb. Bir neçə istiqamət üzrə işlərin aparıldığını diqqətə çatdıran nazir bildirib ki, hazırda xaricdə təhsil alan ölkə vətəndaşlarının diplomlarının tanınması və nostrifikasiyasının elektron versiyası hazırlanır. O, peşə təhsili müəssisələrinə qəbulla bağlı elektron versiyanın da hazırlandığını qeyd edib.
    29.06.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Hələlik heç kimə qızıl və gümüş medal verilməyib”
    “Bu il qızıl və gümüş medalların verilməsi ilə əlaqədar qərar qəbul etməmişik. Bütün buraxılış imtahanları qurtardıqdan, nəticələr Təhsil Nazirliyinə gəldikdən sonra bununla bağlı qərar qəbul ediləcək. Odur ki, hələlik heç kimə qızıl və gümüş medal verilməyib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov deyib. Mətbuatda builki şagirdlərə medalların verilməsi ilə bağlı məlumatın yayıldığını xatırladan nazirin sözlərinə görə, qızıl medallar Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən verilə bilər: “Ötən il buraxılış imtahanlarını Təhsil Nazirliyi keçirirdi. Bu il dəyişiklik olub. Həmin dəyişikliyə uyğun bu məsələyə yenidən baxmalıyıq. Hələlik Azərbaycanda bu ilin yekunlarına əsasən heç kəsə qızıl və gümüş medal verilməyib”. Nazir həmçinin bildirib ki, orta məktəb məzunlarına attestatların verilməsində heç bir problem yoxdur: “Bakı şəhəri üzrə attestatlar verilib. TQDK-dan qiymətlər haqqında məlumatlar aldıqca attestatları verəcəyik. Burada heç bir problem yaranmayacaq”.
    29.06.12 Məqaləni oxumaq
     
    TQDK Azərbaycan Dövlət Aqrar Universitetində qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yaradılmış "Memarlıq" komissiyasında (86 saylı) qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, "2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planlarının təsdiq edilməsi haqqında" Prezident Administrasiyası rəhbərinin 19 iyun 2012-ci il tarixli 69 nömrəli sərəncamına əsasən, cari ildə ADAU-nun "Memarlıq" ixtisasına tələbə qəbulu nəzərdə tutulmayıb. Həmin ixtisas üzrə ADAU-da yaradılmış "Memarlıq" komissiyasında (86 saylı) qeydiyyatdan keçmiş və respublikanın digər ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) "Memarlıq" ixtisası üzrə keçiriləcək qabiliyyət imtahanında iştirak edə bilərlər.
    29.06.12 Məqaləni oxumaq
     
    TQDK magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına iyunun 24-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, bakalavrlar ikinci mərhələdə onlara təqdim olunmuş test tapşırıqlarının (bəzi proqramlar üzrə isə yazılı imtahanın) nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytı ilə yanaşı, mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir. 2012-ci il iyunun 27-dən 29-dək müsabiqə şərtlərini ödəyən bakalavrlar 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin məzmununa dair bakalavrların müraciətlərinə TQDK-da yaradılan apelyasiya komissiyası tərəfindən 2012-ci il iyunun 27-dən 29-dək baxılacaq.
    28.06.12 Məqaləni oxumaq
     
    Azərbaycanda Almaniya modeli əsasında peşə təhsili müəssisəsi yaradılacaq
    Təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazovla görüşüb. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Görüşdə Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın son illər daha da genişləndiyini bildirən M.Mərdanov iki ölkənin təhsil əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyətini vurğulayıb. Nazir iki ölkənin təhsil əlaqələri çərçivəsində artıq peşə təhsili üzrə əməkdaşlığın yaradıldığını və bu sahədə müəyyən addımlar atıldığını deyib. Təhsil naziri hazırda uğurla həyata keçirilən “Kənd təsərrüfatı üzrə peşə təhsili sisteminin təkmilləşdirilməsi” (TVİNNİNQ) layihəsini Almaniya ilə peşə təhsili sahəsində əməkdaşlığın müsbət nümunəsi kimi nəzərə çatdırıb.
    28.06.12 Məqaləni oxumaq
     
    TQDK nəticələri açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda rayonlarında təhsil alan XI-IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər. Ümumi (9 illik) və tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. Nəticələr cədvəllər üzrə www.tqdk.gov.az saytında yerləşdirilib.
    21.06.12 Məqaləni oxumaq
     
    Abel Məhərrəmov kursda qalan tələbələrdən danışdı
    “Cari tədris ilində Bakı Dövlət Univesitetininin 4 minə yaxın məzunu olacaq. Bu məzunlardan 35 faizi 4 il ərzində Bakı Dövlət Univesitetini bitirə bilməyənlərdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib. Rektor açıqlayıb ki, universiteti bitirə bilməyənlər Hüquq fakültəsində 50, riyaziyyat fakültəsində 35 faiz təşkil edir. Rektor belə tələbələrin 4 ilə kimi universiteti bitirə bilmədiklərinin səbəbini də açıqlayıb: “Bunun səbəbi Boloniya sisteminin tələbləri və metodikasından irəli gəlir. Digər səbəb isə bəzi valideynlərin Boloniya sistemi ilə bağlı məlumatı olmamasından ibarətdir. Məsələn, soruşurlar ki, mənim uşağım gəlib 4-cü kursa çıxıb, necə ola bilər ki, 1-ci kursdan onun borcu qalsın?” deyən A.Məhərrəmov izah edib ki, Boloniya prosesindəki yanaşma özü təhsil aldığı dövrdəki sistemdən fərqlidir:
    20.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30