Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  16 17 18 19 20 21 22 23 24  #
    Daha 4 kollecin fəaliyyəti “kafi” qiymətləndirilib
    Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda Quba Dövlət Sosial-İqtisadi Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Neft-Energetika Kolleci və Bakı Sənaye-Pedaqoji Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub. İclasda aparılan akkreditasiyaların nəticələri barədə məlumat verilib. Sonra qeyd olunan kolleclərdə akkreditasiyanın nəticələrinə dair şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib. Təhsil naziri Misir Mərdanov müvafiq təhsil müəssisələrində aparılan araşdırmalarla bağlı fikirlərini bildirib, tövsiyə və tapşırıqlarını verib. Akkreditasiya Şurasının iclasında müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, qeyd olunan kolleclərin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və bu təhsil ocaqlarının müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.
    10.07.12 Məqaləni oxumaq
     
    BDU ilə MDU arasındakı müqavilə yeniləndi
    Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, universitetin fəxri doktoru, akademik Viktor Antonoviç Sadovniçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər. Görüşdə universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, tərəflər arasında əməkdaşlıq haqqında artıq vaxtı başa çatmaq üzrə olan müqavilə yeniləşdirilərək yenidən imzalanıb. Nümayəndə heyəti BDU-nun elmi laboratoriyaları, Elektron Tədris Mərkəzi, Heydər Əliyev Muzeyinə baş çəkib, Konfutsiy İnstitutunun fəaliyyəti, elm və təhsil sahəsində həyata keçirilən innovasiya layihələri ilə tanış olublar. V.Sadovniçi “BDU-nun fəxri qonağı” adına layiq görülüb və o, BDU-ya xeyli sayda kitab hədiyyə edib. Görüşdə rektor köməkçisi Vyaçeslav Vyaçeslavoviç Qoryaçko, beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri, prorektor Nikolay Vladimiroviç Semin də iştirak edib.
    09.07.12 Məqaləni oxumaq
     
    TQDK-dan şagirdlərə ciddi xəbərdarlıq
    Ümumtəhsil müəssisələrinin builki məzunlarından yalnız buraxılış imtahanlarında müvəffəq qiymət alanlar ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Həmin şagirdlərin (abituriyentlərin) attestat qiymətləri TQDK tərəfindən onların elektron ərizə formasında avtomatik olaraq yerləşdiriləcək. Ümumtəhsil müəssisələrini bu il başa vuran və buraxılış imtahanlarında müvəffəq qiymət alan şagird (Naxçıvan MR-də təhsil alan şagirdlər istisna olmaqla) ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdirsə, onun attestat qiymətlərinin təsdiqi üçün Sənəd Qəbulu Komissiyasına müraciət etməsinə ehtiyac yoxdur.
    07.07.12 Məqaləni oxumaq
     
    TQDK son buraxılış imtahanının nəticələrini açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 4-də respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    06.07.12 Məqaləni oxumaq
     
    Nazir: “Avropa Birliyi ölkələrində təhsilə ayrılan vəsait Azərbaycanla müqayisə oluna bilməz”
    Avropa Birliyinə üzv ölkələrdə, o cümlədən İtaliya, Litvada təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur.

    “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
    Bu günlərdə Litva və İtaliyada səfərdə olduğunu xatırladan M.Mərdanov bildirib ki, səfərin məqsədi həmin ölkələrin təhsil sistemi və orada həyata keçirilən islahatlarla tanış olmaq, əlaqələri genişləndirmək və həmin ölkədə təhsil sahəsindəki nailiyyətləri Azərbaycanın təhsil sistemində tətbiq etmək olub: “Hər iki ölkədə, ümumiyyətlə, Avropa Birliyinə üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı dəfələrlə çoxdur, bu vəsaitlər Azərbaycanla müqayisə oluna bilməz. İtaliyada görüş olan zaman məndən soruşdular ki, sizdə müəllimin orta aylıq əmək haqqı nə qədərdir. Mən də onların suallarını cavablandırdım. İtaliyanın təhsil nazirinin müavini üzünü görüşdə iştirak edən müəllimlərə tutaraq dedi ki, gördünüz. Deyə bilərəm ki, orada orta aylıq əmək haqqı bizdən təqribən 2 dəfə çoxdur”.
    05.07.12 Məqaləni oxumaq
     
    Azərbaycan Dillər Universitetində “Məzun günü” qeyd olunub
    ADU-da  2011-2012-ci tədris ilində universiteti bitirən bakalavr və magistr tələbələrin “Məzun günü” keçirilib. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbiri giriş sözü ilə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov açıb. Rektor məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, universitetin tələbələri ilə fəxr etdiyini dilə gətirib. O, həmçinin ADU-nun beynəlxalq əlaqələrindən, qazandığı uğurlardan söz açıb. Çıxışının sonunda rektor ADU-nun bir ailə olduğunu iştirakçıların diqqətinə çatdırıb və müəllimlərə, valideynlərə öz minnətdarlığını bildirib.
    04.07.12 Məqaləni oxumaq
     
    Bu gün respublikanın 13 rayonunda buraxılış imtahanı keçirilir
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanları keçirir. İmtahan respublikanın 13 şəhər və rayonunda, o cümlədən Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    04.07.12 Məqaləni oxumaq
     
    BDU-ya yataqxana kompleksinin tikintisi üçün maliyyə vəsaiti ayrılıb
    Bakı Dövlət Universitetinə yataqxana kompleksinin tikintisi üçün dövlət başçısının sərəncamı ilə maliyyə vəsaiti ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
    Gəncədə 3 universitetin fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir qeyd edib ki, oradakı Gəncə Aqrar Universitetinin ərazisində yataqxana kompleksinin tikintisi nəzərdə tutulur: “Yataqxanaların tikilməsi Azərbaycana gələn əcnəbi tələbələrin sayının artmasına səbəb olacaq”.
    04.07.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Əcnəbilərin Azərbaycanda ali təhsil alması üzərində düşünməyə ehtiyac var
    Hazırda “2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 23 ölkənin 200-dən çox universitetində 825 nəfər azərbaycanlı gənc təhsil alır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib.
    Təhsil Nazirliyində İtaliya və Litvaya səfəri, həmçinin azərbaycanlıların xaricdə, eyni zamanda əcnəbilərin ölkəmizdə təhsilinə həsr olunan təqdimatda nazir deyib ki, azərbaycanlı tələbələr əsasən Türkiyə, Almaniya, Kanada, Rusiya və digər ölkələrdə təhsil alır. Nazir xatırladıb ki, ötən tədris ilində xaricdə təhsil alan azərbaycanlı gənclərin 35 faizi tibb üzrə təhsil alır.
    04.07.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Üç mindən çox müəllimə ehtiyac var”
    “Ölkədə üç mindən çox müəllimə ehtiyac var. Bunların doxsan faizinə qədəri rayonlarda olan boş yerlərdir. Bakı şəhərində müəllimə az ehtiyac var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib. Nazir xatırladıb ki, müəllimlərin işə qəbulu ilə bağlı elan verilib və qəbul elanda göstərilən qaydalara əsasən aparılacaq: “Ən çox ehtiyac duyulan ucqar kəndlər və dağ rayonlarına müəllimlər imtiyazı ödənilməklə göndəriləcək”.
    04.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  16 17 18 19 20 21 22 23 24  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30