Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    TQDK ali hərbi məktəblərin vakant yerlərinə müsabiqə elan edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin müraciətinə əsasən cari tədris ili üçün Azərbaycan bölməsində mülki ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış 19 yaşınadək oğlan abituriyentlərin Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər iyulun 27-dən avqustun 4-dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına  müraciət edə bilərlər.
    27.07.12 Məqaləni oxumaq
     
    Azərbaycanda sabah ali məktəblərə növbəti qəbul imtahanı keçiriləcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah cari tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
    27.07.12 Məqaləni oxumaq
     
    Elmar Qasımov: “Bakı Ali Neft Məktəbi rəqabət yaradacaq”
    Bakı Ali Neft Məktəbində (BANM) bu il Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçirdiyi test imtahanında yüksək bal toplamış 100 abituriyent təhsil alacaq. “KƏLAMİNFO”nun məlumatına görə, bunu adıçəkilən məktəbin fəaliyyətinin təşkili ilə bağlı keçirdiyi mətbuat konfransında məktəbin rektoru Elmar Qasımov deyib. Onun sözlərinə görə, BANM-da təhsil pulsuz həyata keçiriləcək: “Hələlik məktəbdə iki - neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları tədris olunacaq. Sonrakı mərhələdə mühəndisliyin digər ixtisasları üzrə də kadrlar hazırlanacaq”. Məktəbin yaranma zərurətindən danışan rektor bildirib ki, ARDNŞ-nin fəaliyyəti ölkənin hüdudlarından kənarda genişlənir və o, artıq transmilli şirkətə çevrilir: “Azərbaycanda böyük neft-kimya kompleksi, karbamid zavodu tikilir, eyni zamanda ARDNŞ xarici ölkələrdə neft-kimya sahəsində böyük layihələr reallaşdırır.
    25.07.12 Məqaləni oxumaq
     
    TQDK I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələrini açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanın nəticələri saat 18.00-dan etibarən qurumun rəsmi www.tqdk.gov.az internet saytında yerləşdiriləcək. Hazırda abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla 7727-yə iş nömrələrini göndərməklə öyrənə bilirlər. Ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 20-də imtahan keçirilmiş imtahana 33533 abituriyent ərizə təqdim edib. Onlardan 1200 nəfəri imtahanlara gəlməyib. Qəbul imtahanında iştirak edən 42 abituriyent imtahan qaydalarını pozduqlarına, köçürməyə cəhd göstərdiklərinə görə zaldan çıxarılıblar və nəticələri ləğv edilib.
    25.07.12 Məqaləni oxumaq
     
    TQDK ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Komissiyanın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatları, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. Qeyd edək ki, bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. İmtahanlar respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəranda keçirilib.
    18.07.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Çox ciddi müsabiqə gözlənilir”
    Təhsil Nazirliyinə məktəblərdə vakant müəllim yerlərinə keçirilən imtahanda iştirak etmək üçün 10 mindən çox ərizə daxil olub. “KƏLAMİNFO”un məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir əlavə edib ki, daxil olan ərizələr hər gün dəyişir: “Biz gözlədiyimizdən qat-qat artıq ərizə verilib. Çox ciddi müsabiqə gözlənilir”. Nazir qeyd edib ki, daha çox ərizə ibtidai sinif müəllimliyinə verilib ki, bu da narahatçılıq doğurur, çünki daha az vakant yer məhz bu istiqamət üzrədir: “Müsabiqə ilə bağlı ciddi işlər aparılır. Əminəm ki, müəllimlərin qəbulunu bu qaydada aparmaqla Azərbaycan məktəbinin və təhsilinin keyfiyyətini qaldıra biləcəyik”.
    14.07.12 Məqaləni oxumaq
     
    Sabah 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə 3-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK-nın sədr müavini Namiq Babayev bildirib. O qeyd edib ki, imtahan respublikanın altı şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində keçiriləcək: “Orta ümumtəhsil müəssislərində 2361 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 220 imtahan nəzarətçisi cəlb olunacaq. 3-cü qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 28151 nəfəri Azərbaycan bölməsi, 2680 nəfəri rus bölməsinin məzunlarıdır”. Onun sözlərinə görə, 16028 nəfər orta ümumtəhsil müəssisələrini bu il bitirib.
    13.07.12 Məqaləni oxumaq
     
    Magistraturaya qəbulun nəticələri açıqlanıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələrini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədr müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, bu il 29 ali məktəbin magistraturasına qəbul aparılıb və bu il magistraturaya ayrılmış 6021 plan yerinə ümumilikdə 18019 bakalavr ərizə ilə müraciət edib: “Onlardan yalnız hər iki mərhələ üzrə müvafiq müsabiqə şərtlərini ödəyən 5018 bakalavr ali məktəblərin magistraturalarına qəbul olub”. N.Babayevin sözlərinə görə, magistraturaya qəbul olunanların qeydiyyat müddəti iyulun 13-ə qədər uzadılıb.
    13.07.12 Məqaləni oxumaq
     
    Bakı Peşə Liseyinin emalatxanasında Peşə Tədris Resurs Mərkəzi yaradılacaq
    Təhsil naziri Misir Mərdanov Konsolideyted Kontraktors Beynəlxalq Şirkətinin (CCC) Avrasiya bölməsinin rəhbəri Juan Bulos və şirkətin Azərbaycan nümayəndəliyinin təhlükəsizlik və daxili məsələlər üzrə meneceri Hamlet Süleymanovla görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Təhsil naziri son illər Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində atılan uğurlu addımlardan söz açıb və hazırda müvafiq işlərin davam etdirildiyini bildirib. Nazir bir sıra ölkələrlə peşə təhsili sahəsi üzrə birgə layihələrin həyata keçirildiyindən və qarşılıqlı əməkdaşlığın yaradıldığından bəhs edib.
    12.07.12 Məqaləni oxumaq
     
    TQDK jurnalistlər arasında müsabiqə elan etdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) KİV nümayəndələri arasında qurumun yaradılmasının 20 illiyi münasibətilə müsabiqə elan edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Müsabiqə 2 nominasiya üzrə aparılacaq.
    11.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30