Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    TQDK nəticələri yaxın günlərdə elan edəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisastəhsili müəssisələrinə qəbul imtahanı keçirib. Qəbul imtahanı Bakı şəhəri ilə yanaşı Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində də keçirilib. Bu barədə məlumatı ”KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahanın gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin normal qaydada imtahan vermələri üçün hər cür şərait yaradılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
    03.09.12 Məqaləni oxumaq
     
    TQDK-dan tələbə adını qazananlara ciddi xəbərdarlıq
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ilində ali məktəbə qəbul olan tələbələrin qəbul olduqları ali təhsil müəssisələrinə qeydiyyatının vaxtını uzatmayacaq.

    Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    Tələbə adını alanların qeydiyyatı avqustun 23-də başlayıb və bu gün sona çatır. Qeydiyyatdan keçməyən şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq imkanını itirəcəklər.
    01.09.12 Məqaləni oxumaq
     
    Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət edib
    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəblərin I sinfinə uşaqların qəbulu ilə bağlı valideynlərə müraciət edib. “KƏLAMİNFO”nun məlumatına görə, müraciətdə deyilir ki, valideynlər məktəblərdə uşaqlarını I sinfə qəbul edilməsi üçün yalnız tələb olunan sənədləri təqdim etməlidirlər: “Əgər sənədlərin təqdimatı zamanı onların narazılığına səbəb ola biləcək hər hansı məsələ ilə qarşılaşsalar, Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərən 441 06 99 nömrəli “qaynar xətt”ə müraciət eləsinlər. Biz həmin problemləri operativ şəkildə həll edəcəyik”. Məlumatda bəzi mətbu orqanlarda guya I siniflərə qəbul zamanı valideynlərdən nəyinsə umulması barədə xəbərləri təkzib edilir: “Belə hal yoxdur. Əgər varsa, bizim “qaynar xətt”ə müraciət eləsinlər və biz də bu müraciətləri ciddi şəkildə araşdıraq” - deyə BŞTİ-nin məlumatında bildirilir.
    01.09.12 Məqaləni oxumaq
     
    Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri “Azərikimya”da təcrübə keçirlər
    ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində Moskva Dövlət Universitetinin Bakı filialının Sumqayıtın kimya müəssisələrində növbəti istehsalat təcrübəsi keçən tələbələri ilə görüş olub. Şirkətdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə “Azərikimya” müəssisələrinin istehsalat fəaliyyəti, son iki ildə aparılan yeniləşmə və modernləşdirmə tədbirləri, müasir avadanlıqların və yeni texnologiyaların tətbiqi və neft-kimya sənayesinin perspektivləri, o cümlədən yeni yaradılmaqda olan Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu, bütünlüklə yerli xammal əsasında fəaliyyət göstərəcək Polipropilen zavodu haqqında məlumat verilib. Görüş zamanı yeni istehsalat sahələrini bacarıqla idarə edə biləcək kadrların hazırlanması ilə bağlı Birliyin kadr siyasəti barədə də söhbət aparılıb. Birliyin rəhbərliyi kimya istehsalatı, ekologiyanın qorunması və perspektiv planlarla bağlı tələbələri maraqlandıran çoxsaylı suallara cavab verib.
    31.08.12 Məqaləni oxumaq
     
    Etibar Əliyev: Universitetlərdə ödənişsiz təhsilin tətbiqinə Azərbaycanın da imkanı var
    Azərbaycanın ali təhsil müəssisələrində ödənişlərin ləğv edilməsi gözlənilmir, hətta buna doğru addımlar da yoxdur. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, təhsil üzrə ekspert Etibar Əliyev deyib. E.Əliyevin sözlərinə görə, ödənişli təhsil tətbiq ediləndən bəri hətta tələbə krediti verilməyib ki, imkanı olmayan bu kredit vasitəsilə ödənişini etsin. Ödənişlərin ləğvi ilə bağlı Türkiyənin qəbul etdiyi yeni qərara toxunan E.Əliyev bildirib ki, bu, bir növ Almaniya modelidir: “Uzun illərdir ki, Almaniyada təhsil pulsuzdur və bir çox tədqiqatçı və ekspert hesab edir ki, pulsuz təhsil daha çox effekt verir. Yəni dövlət təhsili öz “qanadları” altına alır.
    31.08.12 Məqaləni oxumaq
     
    AMEA doktoranturaya qəbulun detallarını açıqlayıb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2012-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulunun detallarını açıqlayıb. AMEA-dan “KƏLAMİNFO” verilən məlumata görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (ali təhsili olan ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
    31.08.12 Məqaləni oxumaq
     
    Nazirlik məktəbli geyimləri və məktəb ləvazimatları ilə bağlı monitorinqlərə başlayıb
    Yeni dərs ilinin yaxınlaşması ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məktəbli geyimlərinin və məktəb ləvazimatlarının satışında süni qiymət artımı hallarına yol verilməməsi məqsədilə Bakıda və respublikanın regionlarında monitorinqlərə başlayıb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.
    31.08.12 Məqaləni oxumaq
     
    Fələstinin Azərbaycandakı səfiri ADU-da olub
    Bu gün Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov  Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərəm A.Rəhim ilə görüşüb. Məlumatı “KƏLAMİNFO”a ADU-nun mətbuat xidmətindən veriblər. Rektor Səməd Seyidov  yeni tədris ilində ADU-ya qəbulun 50% artdığını səfirin diqqətinə çatdırıb. O, Universitetdə Qərb dilləri ilə yanaşı, Şərq ölkələrinin dillərinin də tədris olunduğunu deyib.  S.Seyidov  Çin, Yapon dillərinin tədrisinin də ADU-da uğurla aparıldığını qeyd edib. Rəhbərlik etdiyi ali təhsil ocağında 2011-2012-ci tədris ilində Ərəbşünaslıq ixtisasının açıldığını xatırladan rektor ADU-da bu istiqamət üzrə artıq 10 tələbənin təhsil aldığını bildirib.
    Rektor səfiri Ərəbşünas tələbələrlə görüşmək məqsədilə yeni tədris ilində yenidən ADU-ya dəvət edib. Səfir ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə tanışlıq və ünsiyyətdən maraqlı olduğunu söyləyib. O,  yeni dərs ilində tələbələrə mühazirə oxumaqdan məmnunluğunu da dilə gətirib.
    29.08.12 Məqaləni oxumaq
     
    Cənubi Koreya universitetlərində 76 azərbaycanlı təhsil alır
    Bu gün təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki səfiri Li Ci Ha ilə görüşüb. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. 

    Görüşdə təhsil naziri M.Mərdanov son illər Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini nəzərə çatdırıb. Azərbaycanda həyata keçirilən təhsil layihələrində Cənubi Koreya ilə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir nəzərdə tutulan bütün layihələrin uğurla nəticələnəcəyinə inamını ifadə edib.
    Hər iki ölkənin yaxın tərəfdaş və dost olduğunu bildirən M.Mərdanov qeyd edib ki, hazırda 76 azərbaycanlı gənc Cənubi Koreya universitetlərində təhsil alır.
    Səfir Li Ci Ha M.Mərdanova minnətdarlığını bildirib. Azərbaycanda səfir kimi çalışmasından məmnunluğunu ifadə edən qonaq ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı əməkdaşlıqda təhsil layihələrinin mühüm əhəmiyyətindən söhbət açıb. Səfir Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin, tələbə mübadiləsinin və digər layihələrin mühüm roluna diqqət çəkib.
    25.08.12 Məqaləni oxumaq
     
    Qulu Novruzov: Azərbaycanda 6000 nəfərədək əcnəbi tələbə təhsil alır
    Azərbaycanda 6000 nəfərədək əcnəbi tələbə təhsil alır. “KƏLAMİNFO” xəbər verir ki, bunu yap.org.az ssaytına təhsil nazirinin müavini Qulu Novruzov deyib. Nazir müavini bildirib ki, onlar 40-a yaxın ölkəni təmsil edirlər. “Daha çox isə Türkiyə, İran, Çin və Yaxın Şərq ölkələrindən olan tələbələr bizim ali məktəblərimizdə təhsil alırlar” - deyə Q.Novruzov qeyd edib.
    17.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30