Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    Xaricdə təhsil almağa göndəriləcək tələbələrin sayı artırılacaq
    “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu il 500 nəfərdən artıq azərbaycanlı tələbə xaricdə təhsil almağa göndəriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil nazirinin müavini Qulu Novruzov deyib. Onun sözlərinə görə, növbəti ildə dövlət xətti ilə daha çox tələbənin xaricə təhsil almağa göndərilməsi planlaşdırılır. Q.Novruzov deyib ki, bu il xaricdə təhsil alan tələbələrin sayı xeyli artıb. Onun sözlərinə görə, ötən il xaricə göndərilən tələbələrin sayı 421, ondan əvvəlki il isə 300-dən artıq olub. Bu il 500-dən artıq olacaq, növbəti ildə isə say daha da artırılacaq.
    26.09.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov təhsil müəssisələrinin qışa hazırlığından danışıb
    “Azərbaycanda məktəblərin payız-qış mövsümünə hazırlığı ilə bağlı müvafiq addımlar atılır. Təhsil müəssisələrində istiliklə bağlı yaranan problemlər ildən-ilə azalır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov söyləyib.

    Nazir qeyd edib ki, məktəblərin istilik problemlərinin həlli ilə bağlı müvafiq qurumlar tərəfindən iş aparılır. Onun sözlərinə görə, Azərbaycanda şəhərlər, rayonlar və kəndlərin qazlaşdırılmasına çox ciddi diqqət yetirilir: “Bu da o deməkdir ki, təhsil müəssisələrinin istilik sisteminin qazla işləməsi sahəsində də şərait yaxşılaşdırılır”.
    21.09.12 Məqaləni oxumaq
     
    Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
    Sentyabrın 19-20-si tarixlərində AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Cavid Qasımov Kayseri şəhərində yerləşən Nuh Naci Yazgan Universiteti tərəfindən təşkil edilən “Qadınların əxilikdə rolu” II Beynəlxalq simpoziumunda iştirak edib. Məlumatı “KƏLAMİNFO”ya Şərqşünaslıq İnstitutundan veriblər.
    20.09.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri ötən il ümumilikdə 1671 medal qazanıblar
    Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri 2011-2012-ci dərs ilində respublika birincilik və çempionatlarında 315 qızıl, 235 gümüş, 1121 bürünc olmaqla, ümumilikdə 1671 medal qazanıblar. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, idman məktəblərinin yetirmələri milli yığma komandaların tərkibində Avropa, dünya birinciliklərində və beynəlxalq turnirlərdə 62 qızıl, 47 gümüş, 92 bürünc medal əldə ediblər. Onu da qeyd edək ki, ölkə üzrə fəaliyyət göstərən 375 məktəbdənkənar təhsil müəssisəsində maraq və qabiliyyətlərinə uyğun olaraq 226537 şagird müxtəlif dərnəklərə cəlb olunub.
    12.09.12 Məqaləni oxumaq
     
    Azərbaycanda 9-cu sinif şagirdləri üçün keçirilən payız imtahanının nəticələri açıqlandı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9-cu siniflər üzrə sentyabrın 9-da keçirilmiş payız imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Payız imtahanında iyun ayında keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyənlər və ya imtahanda iştirak edib, bir və ya iki fəndən müvəffəq qiymət ala bilməyən 9-cu sinif şagirdləri iştirak ediblər. Payız imtahanında 28000-dən çox şagirdin iştirak edib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı (30 riyaziyyat, 30 Azərbaycan dili) təqdim edilib. Bundan əlavə şagirdlərə təqdim edilmiş mövzu üzrə yazı işi də yerinə yetirilib. Ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alıblar. Nəticələr TQDK-nın rəsmi internet saytında (http://tqdk.gov.az/ortamekteb2012net9_p/) yerləşdirilib. Şagirdlər 7727 nömrəsinə SMS göndərməklə də öz nəticələrini öyrənə bilərlər.
    11.09.12 Məqaləni oxumaq
     
    Yaşı 65 və ondan yuxarı olan müəllimlər və məktəb direktorlarının əksəriyyəti vəzifəsindən uzaqlaşdırılıb
    “Ötən il ümumtəhsil müəssisələrində yaş senzi ilə bağlı ciddi tədbirlər gördük. Belə ki, yaşı 65 və ondan yuxarı olan müəllimlər və məktəb direktorlarının əksəriyyəti vəzifəsindən uzaqlaşdırıldı”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. Nazir əlavə edib ki, parlamentin qəbul etdiyi və dövlət başçısının təsdiqlədiyi qanunda onlara 2 faiz saxlamaq imkanı verilib: “Mən bu gün də o fikirdəyəm ki, bu, çox humanist bir addımdır. Bizim əsas vəzifəmiz yaşı çatanları vəzifəsindən uzaqlaşdırmaq deyil, Azərbaycan təhsilinə ləyaqətlə xidmət edən müəllimləri saxlamaqdır. Hesab edirəm ki, hər bir insanı vəzifədən çıxarmazdan əvvəl bir az düşünmək lazımdır”. Nazir əlavə edib ki, millətinə xidmət edən müəllimləri saxlamaq lazımdır. O, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinə də toxunub və bildirib ki, bu istiqamətdə iş gedir: “Bu, uzun bir prosesdir və bu barədə əlavə nəsə deyə bilmərəm”.
    11.09.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Ötən tədris ilinin nəticələrini müsbət qiymətləndirirəm”
    “Ötən tədris ilinin nəticələrini müsbət qiymətləndirirəm. Ölkə başçısının rəhbərliyi altında aparılan təhsil islahatları göz qabağındadır. ” KƏLAMİNFO” xəbər verir ki, bu barədə danışan təhsil naziri Misir Mərdanov deyib ki, təhsil sahəsində görülən böyük işlərdən biri məktəb tikintisidir və bu il 160-dan çox məktəb tikilib, şagirdlərin istifadəsinə veriləcək. Nazir növbəti uğuru məktəblərdə İKT-nin tətbiq və bunun getdikcə genişlənməsində görür: “Müəllim və şagirdlərin İKT-dən istifadə bacarığı xeyli yüksəlib. 1200-dən çox məktəb geniş zolaqlı İKT şəbəkəsinə qoşulub. Azərbaycanın ümumtəhsil müəssislərində fəaliyyət göstərən 150 min müəllimin böyük əksəriyyəti İKT bacarığına yiyələnir”.
    10.09.12 Məqaləni oxumaq
     
    Nailə Rzaquliyeva: “Əsas devizimiz təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi olacaq”
    “Bizi qarşıda çox mühüm işlər gözləyir. 2012-2013-cü dərs ilində əsas devizimiz təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva paytaxtın təhsil işçilərinin sentyabr konfransındakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu məqsədə çatmaq, cəmiyyətə yüksək təhsilli insanlar yetişdirmək müəllimlərin əsas vəzifəsi və mənəvi borcu olaraq qalır. “Ona görə də bu gün müzakirə edilən hər bir məsələ məktəbdə, pedaqoji kollektivlərdə təhlil edilməli, qabaqcıl təcrübəyə əsaslanan təlim metodlarının tətbiqinə şərait yaradılmalıdır. Məktəblərimizdə bu işləri həyata keçirəcək kadr potensialı var”.
    10.09.12 Məqaləni oxumaq
     
    Şagirdlərin köçürülməsinin qarşısını almaq üçün daha ciddi addımlar atılacaq
    Orta ümumtəhsil müəssisələrində şagirdlərin bir məktəbdən digərinə köçürülməsinin qarşısını almaq üçün növbəti dərs ilində daha ciddi addımlar atmaq lazımdır. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.
    10.09.12 Məqaləni oxumaq
     
    Təhsil naziri: “Şəxsən mən də bu işə qarışmıram”
    “Məbəd kimi baxdığımız məktəbə hər adamı göndərməyə mənəvi haqqımız yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib. Nazir xatırladıb ki, bu il 16 mindən çox müəllim işə qəbul olmaq üçün ərizə verib və 3 minə yaxın müəllim isə işə qəbul olub: “Bu gün biz məktəbə göndərdiyimiz müəllimi kompyuter vasitəsilə və ədalətli seçirik. Şəxsən mən də bu işə qarışmıram. Komissiya və proqram var. Müəllim olmaq istəyən hər kəs internet vasitəsilə imtahan verir. Yer tuta bilməyən hazırlaşsın və növbəti ildə imtahan versin”. Kadr problemini tam aradan qaldırmağın hələ mümkün olmadığını diqqətə çatdıran M.Mərdanov bildirib elə insanlar olub ki, qəbul olduqları yerə getməyiblər: “Çünki onları həmin yerlər qane etmir. Kadr probleminin həlli bir-iki ilin işi deyil, ancaq bu istiqamətdə iş davam edir”.
    10.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  10 11 12 13 14 15 16 17 18  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30