Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    İlin axırına kimi Azərbaycanın Milli Atlasının ilkin versiyası hazır olacaq
    “Azərbaycanın Milli Atlasının hazırlanması ilə bağlı işlər davam etdirilir. Bu ilin axırına kimi Atlasın ilkin versiyası, maketi hazır olacaq”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Dövlət Torpaq Xəritəçəkmə Komitəsi  Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov məlumat verib.
    09.10.12 Məqaləni oxumaq
     
    Orta məktəblər üçün atlaslarda yeniliklər edilib
    Orta məktəblərin 6-cı sinfi üçün fiziki-coğrafi atlas, kontur xəritə və iş dəftəri yeni variantda proqrama uyğun çap edilib. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Dövlət Torpaq Xəritəçəkmə Komitəsi Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov məlumat verib.
    O qeyd edib ki, bu vəsaitlər əvvəllər olub, ancaq indiki isə həm dizayn baxımdan yenidir, həm də proqrama uyğunlaşdırılaraq bu ildən şagirdlərin istifadəsinə verilib: “Bəzən dərsliklər dəyişir. Ona görə də məcbur oluruq ki, atlasları proqrama uyğun hazırlayaq” deyən M.Bayramov əlavə edib ki, 8-ci sinfin atlası da yenidən işlənib və ora əlavələr edilib. Onun sözlərinə görə, orta məktəb müəllimlərinin xahişi ilə Xəzərin öyrənilməsi üçün ilk dəfə olaraq dənizin xəritəsi verilib. Bundan başqa, həmin atlasda bəzi dəyişikliklər olub. Bu atlas Azərbaycan və rus dillərində hazırlanıb. Həmin atlas da bu ildən şagirdlərin istifadəsinə verilib.
    09.10.12 Məqaləni oxumaq
     
    26 saxta diplomun xarici ölkələrdən əldə edilməsi sübuta yetirilib
    Azərbaycan Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı 2004-cü il yanvarın 1-dən 6982 müraciət daxil olub, onların 804-ü ilə bağlı qeyri-qanuni fakt aşkarlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov diplomların tanınması ilə bağlı yaradılmış yeni elektron sistemin təqdimatında bildirib. O qeyd edib ki, 26 saxta diplomun xarici ölkələrdən əldə edilməsi sübuta yetirilib: “Ekspert Qrupu tərəfindən şəxsi işlərin müzakirəsi nəticəsində 5637 müraciət müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətlərin verilməsi haqqında qərarlar qəbul edilib”. Nazir deyib ki, son illər ərzində ali təhsil almaq məqsədilə xarici ölkələrə gedən vətəndaşların sayı xeyli artıb. Onun sözlərinə görə, 2010-cu ildə diplomların tanınması ilə bağlı nazirliyə 1112, 2011-ci ildə 1234, 2012-ci ildə 1618 müraciət daxil olub: “Müraciətlər hazırda da daxil olur. Bununla əlaqədar təhsil sənədlərinin tanınması işi üzrə sektor tərəfindən vətəndaşların müraciətlərinə baxılması üzrə elektron xidmətin göstərilməsi zərurəti yaranıb”.
    09.10.12 Məqaləni oxumaq
     
    Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək
    Oktyabrın 20-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün Bakı Biznes Mərkəzində əmək yarmarkası keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Yarmarkaya yerli və xarici şirkətlər tərəfindən vakant iş yerləri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcək. Qeyd edək ki, tədbir Azərbaycan Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq keçirilir.
    08.10.12 Məqaləni oxumaq
     
    Gövhər Baxşəliyeva: Bu dialoqun hüdudları olmalıdır
    Bakı Beynəlxalq Humanitar Forumunun bu gün keçirilən “Cəmiyyətin həyatında multikulturalizm” mövzusunda keçirilən Dəyirmi masada millət vəkili, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva “Qloballaşan dünyada dinlərarası dialoq” adlı məruzə edib. “KƏLAMİNFO”nun məlumatına görə, G.Baxşəliyeva bildirib ki, bu gün din amilini nəzərə almadan dünya xalqlarının ictimai inkişaf yönümlərini dəqiq izləmək mümkün deyil. G.Baxşəliyeva “Qloballaşan dünyada dinlərarası dialoq” mövzusunun müasir Azərbaycan gerçəkliyi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb: “Çünki ölkə artıq 14 əsrdir İslam mədəniyyəti orbitinə daxildir və son vaxtlar, xüsusilə dövlət müstəqilliyini əldə etdikdən sonra beynəlxalq təsisatlara - istər İslam, istərsə də dünya və Avropa təsisatlarına sürətlə inteqrasiya olunur və təbiidir ki, fərqli inkişaf yönümlərindən təsirlənir”.
    06.10.12 Məqaləni oxumaq
     
    BDU-da “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib
    Bu gün Bakı Dövlət Universitetində “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Latviyanın 6-cı prezidenti Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Qırğızıstan müvəqqəti hökumətinin keçmiş rəhbəri Roza Otunbayeva, Oksford Universiteti Linkoln Kollecinin rəhbəri Baronessa Susan Greenfield, İsveç prezidentinin müşaviri V Füst və başqa qonaqlar iştirak edib. BDU-nun rektoru Abel Məhərrəmov Azərbaycan təhsilinin inkişafı, bu sahədə aparılan islahatlardan danışıb. Təhsilin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bu istiqamətdə irəlilədiyini diqqətə çatdıran A.Məhərrəmov BDU-nun qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesində iştirakından, bu sahədə əldə edilən uğurlardan bəhs edib. O, qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın bir zərurətə çevrildiyini qeyd edib.
    02.10.12 Məqaləni oxumaq
     
    Qulu Novruzov: “Bizim ali məktəblər öz imkanlarını əcnəbilərə təqdim etməyə hazırdır”
    “Müharibə şəraitində olan Azərbaycanda təhsil büdcəsinin hərbi büdcə ilə eyni olması ölkədə təhsilə verilən diqqətin göstəricisidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda keçirilən “Körpülərin salınması” adlı beynəlxalq konfransda Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov bildirib. O qeyd edib ki, Azərbaycanda hazırda təhsillə bağlı 16 dövlət proqramı həyata keçirilir: “Minlərlə azərbaycanlı gənc bu proqramlar çərçivəsində xaricə təhsil almağa göndəriləcək”. Nazir müavini deyib ki, hazırda da azərbaycanlı gənclər dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilir və bu, daha da genişləndiriləcək: “Azərbaycan Avropa ölkələrindən olan gənclərin bizim ali məktəblərdə təhsil almasında maraqlıdır. Bizim ali məktəblər öz imkanlarını əcnəbilərə təqdim etməyə hazırdır”.
    30.09.12 Məqaləni oxumaq
     
    62 saylı məktəb-litseydən şagirdin şəhadətnaməsinin verilməməsinə aydınlıq gətirilib
    Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri 62 saylı məktəb-litsey haqqında yazılar yer alıb. Bildirilir ki, məktəb-liseyin 9-cu sinfini bitirmiş Hüseynov Nurlan Ağayar oğlunun atası Hüseynov Ağayar Allahverdi oğlu övladının şəhadətnaməsini ala bilmədiyindən şikayətlənir. “KƏLAMİNFO” adıçəkilən məktəbin direktoru Mətanət Cabbarova ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirib. Direktor bildirib ki, “Təhsil haqqında” qanuna uyğun olaraq 9-cu sinfi bitirmiş hər bir şagirdə şəhadətnamə hər hansı bir təhsil müəssisəsində oxuyacağı təqdirdə təqdim oluna bilər: “Mütləq olaraq ən azından peşə məktəbində təhsilini davam etdirməlidir. Əks halda, 11 illik təhsil icbari olduğundan, şagird təhsilini oxuduğu və yaxud digər orta ümumtəhsil məktəblərinin birində davam etdirməlidir.
    29.09.12 Məqaləni oxumaq
     
    Yaqub Mahmudov elmi ezamiyyətdə olub
    Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov və institutun bir qrup əməkdaşı növbəti elmi ezamiyyətdən qayıdıblar. Tarix İnstitutundan “KƏLAMİNFO”ya verilən məlumata görə, bu günlərdə Şəkiyə səfər edən professor Yaqub Mahmudov Mirzə Fətəli Axundzadənin 200 illik yübileyi ilə əlaqədar beynəlxalq elmi simpoziumda və Şəkinin 2700 illiyinə həsr olunan bayram tədbirlərində iştirak edib. Səfər Y.Mahmudov tədbirlərdə Azərbaycan tarixində Mirzə Fətəli Axundzadənin rolu, Şəkinin tarixi və qədim mədəniyyəti haqqında məruzələrlə çıxış edib. Y.Mahmudov çıxışında bildirib ki, Şəki tarixən Azərbaycanın şimalı-qərbində dövlətçiliyimizin dayağı, mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz olub.
    28.09.12 Məqaləni oxumaq
     
    TQDK Azərbaycanı Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın illik konfransında təmsil edib
    Sentyabrın 16-dan 21-dək Qazaxısatanın paytaxtı Astanada Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA- International Association for Educational Assessment) illik 38-ci konfransı keçirilib. Konfransda Azərbaycanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. ”Təhsil müəssisələri və fərdlərə müsbət təsir edən qiymətləndirmə prosedurlarının layihələndirilməsi” mövzusunda keçirilən konfransda dünyanın 40-dan çox ölkəsindən 316 nümayəndə iştirak edib. Tədbirdə TQDK-nın şöbə müdirləri - Natiq Əliyev, Afiqə Batıyeva, Nəriminə Məmmədova, aparıcı məsləhətçi Aydın Qasımov və məsləhətçi Xanlar Xanlarzadə iştirak ediblər.
    26.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30