Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Misir Mərdanov: İndiyə qədər 149 uşaq bioloji ailələrə verilib
    Bu gün “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və nativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsinə dair tədbir keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç, “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının məsul əməkdaşı və layihə çərçivəsində maliyyə təhlilinin aparılması üçün xüsusi dəvət edilən maliyyə məsələləri üzrə beynəlxalq ekspertlər iştirak edirlər.
    30.10.12 Məqaləni oxumaq
     
    TQDK-da xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013–2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın növbəti iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edirdilər. Seminar iclasında növbəti tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanı üçün proqramlar müzakirə olunub. Seminar iştirakçılarından R.İsayeva, S.Nuriyeva, L.Xanbutayeva və başqaları proqramlarla bağlı fikir və təkliflərini bildiriblər. Proqramlara müəyyən əlavələrin edilməsi təklif edilib. Seminarın növbəti iclasında proqramların müzakirəsinin davam etdirilməsi qərara alınıb.
    23.10.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Müəllimlərin 12 saatdan az dərs demələrinə qarşıyıq”
    “Bəzi məktəblərdə müəllimlər az saatlar hesabına işə götürülüb. Elə məktəblər var ki, orada müəllimlər 4, 6 və 8 saat hesabına dərs deyirlər. Həmişə belə hallara qarşı olmuşuq və indi də bu fikrimizdə qərarlıyıq. Biz artıq belə halların qarşısını alırıq”. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya təhsil naziri Misir Mərdanov verib. Nazir deyib ki, bir “stavka” orta məktəblərdə 12 saatdır: “Biz də dərsin 12 saatdan aşağı olmamasını tələb edirik. Əksər hallarda biz buna nail olmuşuq, ancaq uşaqların və siniflərin sayı az olan yerlərdə bəzən 8, 10 saata müəllim götürməyə məcburuq. Ancaq bu hallar da getdikcə aradan qaldırılacaq”.
    23.10.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: Yaşlı müəllimlərin fəaliyyəti bacarıq və qabiliyyətlərinə görə tənzimlənməlidir
    Müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmalı, gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməlidir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikri təhsil naziri Misir Mərdanov deyib. Məktəblərdə şagird-müəllim nisbəti məsələsinə toxunan təhsil naziri bu problemin ciddi xarakter daşıdığını və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulduğunu bildirib. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasının vacibliyini vurğulayan M.Mərdanov həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli olacağına inamını ifadə edib.
    22.10.12 Məqaləni oxumaq
     
    Mahmud Kərimov: AMEA Rəyasət Heyəti hazırda qeyri-legitim fəaliyyət göstərir
    Azərbaycan Milli Elmlər Akademiyasının boş qalan müxbir və həqiqi üzv yerlərinə seçkilərlə bağlı işlər hələlik dayandırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə AMEA prezidenti Mahmud Kərimov deyib. Onun sözlərinə görə, seçkilər qeyri-müəyyən müddətədək təxirə salınıb və nə zaman keçiriləcəyi hələ bəlli deyil: “Akademiyaya seçkilər müvafiq qurumlarla razılaşdırılmalıdır, çünki seçki çox mühüm hadisədir və onu kortəbii keçirmək olmaz. Qərar verilərsə, bir günün içində seçkilərə hazırlıq prosedurlarına başlaya bilərik”.
    22.10.12 Məqaləni oxumaq
     
    ADU-da İtalyan dili həftəsi başa çatıb
    Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının İtalyan dili kafedrası və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən XII dünya italyan dili həftəsinə yekun vurulub. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bağlanış mərasimində İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi, Milan Dil Məktəbinin professoru Silvia Vassalo, İtalyan dili kafedrasının müdiri Kəmalə Əliyeva və Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələr iştirak edib. Tədbirdə təhsil sahəsində əlaqələrdən danışan M.Baldi vurğulayıb ki, İtaliyanın Peruca, Syena universitetləri və Milan Dil Məktəbi ilə ADU arasında əməkdaşlıq telləri mövcuddur. O, qeyd edib ki, bu əməkdaşlıq sayəsində İtaliya universitetləri və ADU arasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilir. Bu münasibətlərin gələcəkdə də artan temp üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
    22.10.12 Məqaləni oxumaq
     
    “Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçiriləcək
    Dekabrın 13-dən 14-dək AMEA Nəsimi adına Dilçilik İnstitutu və AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə “Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçiriləcək. Məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. Konfransda ali və orta məktəblərdə Azərbaycan dilinin daha dərindən öyrənilməsi, ailə, idarə və digər ictimai yerlərdə dilin qorunması, mətbuat, TV, radioda dil məsələlərinə həsr olunan çıxış və müzakirələrin təşkili məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
    22.10.12 Məqaləni oxumaq
     
    Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək
    Sabah saat 11.00-dan 17.00-dək Bakı Biznes Mərkəzində (Neftçilər prospekti, 44) Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq, xaricdə təhsil almış gənclər üçün İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək.

    İİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, yarmarkaya iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı,  tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50 nüfuzlu yerli və xarici şirkət tərəfindən 500-dən çox vakant iş yeri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcək.
    19.10.12 Məqaləni oxumaq
     
    “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticəsi açıqlanıb
    “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak üçün respublikanın əksər bölgələrini təmsil edən 151 məktəb müraciət edib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov müsabiqələrin Təşkilat Komitəsinin yekun iclasında deyib. Nazir əvvəlki illərdə olduğu kimi, bu il də müsabiqə iştirakçıları arasında Bakı məktəblərinin üstünlük təşkil etdiyini vurğulayıb və sənədlərin ekspertizasından sonra 111 məktəbin müsabiqənin II mərhələsinə buraxıldığını nəzərə çatdırıb. Müsabiqənin hər üç mərhələsinin yekununa görə 47 məktəbin qalib gəldiyini (3 məktəb Naxçıvan MR üzrə seçilir) söyləyən təhsil naziri ilk 10 yeri tutan məktəblərin adlarını sadalayıb. Nazir builki müsabiqəyə Mingəçevir və Naftalan şəhərlərindən, Lənkəran, Ağdam, Balakən, Qobustan, Qubadlı, Daşkəsən, Zəngilan, Yardımlı, Kəlbəcər, Goranboy, Laçın, Lerik, Tərtər, Saatlı, Xocalı, Xocavənd, Şuşa rayonundan məktəblərin qatılmamasından təəssüfləndiyini bildirib.
    17.10.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi ali məktəb rəhbərlərinə müraciət edib
    Azərbaycanın Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və fəaliyyətinə icazə verilmiş digər əlavə təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumatda qeyd olunub ki, Nazirlər Kabinetinin 06 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilən “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq rəhbər və pedaqoji kadrların ixtisasartırma təhsili modul-kredit əsaslı yeni model üzrə həyata keçirilməlidir. İxtisasartırma təhsilində yeni modelə keçidi təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən “İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsi və ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi barədə” 18 aprel 2012-ci il tarixli, 597 nömrəli əmr verilib. Həmin əmrlə ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi ilə bağlı işlərin yerinə yetirilməsi üçün müvafiq komissiya yaradılıb.
    16.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30