Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    TQDK Qeyri-Hökumət Təşkilatları nümayəndələrinə müraciət etdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 23 noyabr 2012-ci il tarixində Komissiyanın yaranmasının 20 illiyinə həsr olunmuş “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası – 20 il: inkişaf mərhələləri” adlı beynəlxalq konfrans keçiriləcək. Komissiyadan “KƏLAMİNFO”ya verilən məlumata görə, konfransa fiziki şəxslər (ölkəmizin təhsildə qiymətləndirmə sahəsi üzrə mütəxəssisləri) və hüquqi şəxslər (təşkilatlar, o cümlədən Qeyri-Hökumət Təşkilatları) qatıla bilərlər. Bunun üçün anket formasını dolduraraq noyabrın 12-dək qeydiyyatdan keçmək tələb olunur.
    07.11.12 Məqaləni oxumaq
     
    BDU yataqxanalarında məskunlaşan qaçqınlara tikilən evlərin inşası başa çatır
    Bərdə rayonunda 195 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastrukturu olan qəsəbənin tikintisi yekunlaşmaq üzrədir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı YAP-ın saytına Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucov deyib. Onun sözlərinə görə, bundan başqa, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün yeni hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllə, İmişli rayonu ərazisində 325 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastrukturu olan qəsəbə, Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşan 1410 məcburi köçkün ailəsi üçün Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin yaxınlığında hündürmərtəbəli yaşayış binalarından ibarət yeni məhəllə, Bakı Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti məskunlaşan 758 məcburi köçkün ailəsi üçün Masazır bələdiyyəsinin ərazisində bütün zəruri sosial-texniki infrastrukturu olan yeni məhəllənin tikintisi başa çatmaq üzrədir.
    06.11.12 Məqaləni oxumaq
     
    Yaponiyalı alim Bakı Dövlət Universitetində mühazirə oxuyub
    Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tokio Universitetinin mədəniyyət antropologiyası üzrə fəxri professoru Takeo Funabikini qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər. BDU haqqında qonaqlara məlumat verən rektor, əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb. Görüşdə BDU ilə Yaponiya universitetlərinin əməkdaşlığı, yapon dilinin tədrisi məsələlərindən danışılıb. Eyni zamanda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs edilib. Qonaq universitetdə yapon dilinin tədrisindən razı qaldığını bildirib. Görüşdə Yaponiyanın səfir Şusuke Vatanabe iştirak edib. Qonaqlar BDU-nun Nanotexnologiya laboratoriyasında və digər elmi mərkəzlərində olublar. Sonra yaponiyalı professor universitet tələbələri qarşısında “Yenə də anlaşılmaz yaponlar? – Onlar böyük zəlzələ vaxtı və ondan sonra nə cür hərəkət edirlər?” mövzusunda mühazirə ilə çıxış edib.
    06.11.12 Məqaləni oxumaq
     
    Nikolayevdə azərbaycanlı uşaqlar üçün xüsusi sinif fəaliyyətə başlayıb
    Ukraynanın mərkəzi şəhərlərindən olan Nikolayevdəki orta məktəblərin birində azərbaycanlı uşaqlar üçün Azərbaycan dilində tədris aparan xüsusi sinif fəaliyyətə başlayıb. Şəhərin mərkəzindəki 42 nömrəli orta ümumtəhsil məktəbindəki xüsusi sinifdə məktəbin şagirdlərindən 25-dən yuxarı Ukrayna vətəndaşı olan azərbaycanlı uşaqlara həftə sonu iki gün Azərbaycanla bağlı fənlər tədris olunur. Sinif Nikolayev vilayətindəki Heydər Əliyev Cəmiyyəti tərəfindən yaradılıb. Cəmiyyətin sədri Yunus Alıyev deyir ki, Azərbaycan dili və Azərbaycan tarixinin tədris olunduğu sinifdə dərslər həftənin xüsusi günləri - altıncı və bazar günləri keçirilir. Y.Alıyev bildirir ki, bu xüsusi sinif üçün müəllimlər də Azərbaycandan gətirilib və bütün bunlara maddi dəstək Heydər Əliyev Cəmiyyəti tərəfindən göstərilir.
    05.11.12 Məqaləni oxumaq
     
    Azərbaycanda “Maliyyə muzeyi”nin yaradılması təklif olunub
    Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib. Məlumatı “KƏLAMİNFO”ya Tarix İnstitutundan veriblər. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən Şurada Maliyyə Nazirliyi nəzdində “Maliyyə muzeyi”nin yaradılması ilə bağlı məsələ müzakirə olunub. Şurada qeyd olunub ki, Tarix İnstitutu Maliyyə Nazirliyinin Azərbaycanda pul tədavülü və sikkə zərbi tarixinə dair muzeyin yaradılması təşəbbüsünü dəstəkləyir. Məsələ ilə bağlı institutda işçi qrupu yaradılıb. İşçi qrupu Azərbaycanın pul (sikkə) tarixinə, zərbxanalarına dair materialları toplayaraq sistemləşdirəcək. Azərbaycanın tarixi torpaqlarında mövcud olmuş zərbxanaların ayrı-ayrı dövrlər üzrə sistemləşdirilərək siyahısının hazırlanması nəzərdə tutulur. Tarixi Azərbaycan zərbxanalarının xəritəsinin də tərtib olunması planlaşdırılır. Pul tədavülü və sikkə zərbi ilə bağlı tarixən verilən fərman və sərəncamlar toplanaraq muzeyin ekspozisiyasında nümayiş etdiriləcək.
    02.11.12 Məqaləni oxumaq
     
    Oslo Universitetinin nümayəndə heyəti ADU-da olub
    Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Oslo Universitetinin nümayəndə heyətini qəbul edib. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, S.Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında Skandinaviya mərkəzinin fəaliyyət göstərdiyini xatırladıb. Universitetlərarası əlaqələrin inkişaf etdiyini vurğulayan rektor bu gün tələbələrin nəinki bu dili öyrəndiklərini, hətta tərcümə sahələrində çalışdıqlarını da qeyd edib. Əlaqələrin bir neçə tələbənin bakalavr səviyyəsində təhsil alması ilə başladığını deyən rektor magistratura səviyyəsi üçün mütəxəssislərin hazırlığına da diqqət çəkərək tələbələrin Oslo universitetlərində təhsillərini davam etdirə bilmək imkanı qazandıqlarını söyləyib. Həmçinin o, tələbələrin Norveç mədəniyyəti və dilini öyrənməyə böyük maraq göstərdiklərini vurğulayıb.
    01.11.12 Məqaləni oxumaq
     
    İtaliya universitetləri ilə ADU arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
    Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Azərbaycanda səfərdə olan İtaliya nümayəndə heyətinin bir neçə üzvünü qəbul edib. ADU-nun mətbuat ximətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, rektor qonaqlara universitet haqqında məlumat verib. Səməd Seyidov İtaliya universitetləri ilə ADU arasındakı xüsusi əməkdaşlıqdan danışıb. O, İtalyan dilinin tədrisinin ADU-da uğurla aparıldığını qeyd edib. Rektor hazırda tərcümə fakültəsində 40 tələbənin italyan dili öyrəndiyini bildirib. S.Seyidov, həmçinin ADU-da İtaliyadan olan müəllimlərin çalışdığını vurğulayıb. İtaliyanın Peruca Universiteti ilə əlaqələrə toxunan S.Seyidov İtaliyanın Milan Tərcüməçilik İnstitutu ilə əlaqələrinin yüksək səviyyədə olmasından söz açıb, bu günlərdə ADU-nun nümayəndə heyətinin sözügedən instituta səfərinə toxunub.
    01.11.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “İtaliya Azərbaycana tərəf ölkədir və biz bundan istifadə etməliyik”
    “İtalyanın La Sapienza Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir. Burada italiyalı alimlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin təcavüzü və digər məsələlərlə bağlı italyan dilində kitablar yazıblar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, həmin kitablar İtaliya universitetlərində tədris olunur: “Dünyanın yeddi böyük ölkəsi sırasında olan dövlətdə Azərbaycana bu qədər diqqət və maraq var. Əlbəttə, bu, birbaşa iki ölkə rəhbərliyinin münasibətləri ilə bağlıdır. Həmçinin bizim İtaliyadakı səfirliyimizin bu işə ciddi yanaşmasının təzahürüdür”. Nazir deyib ki, Dağlıq Qarabağ problemi və Azərbaycanla bağlı digər məsələləri əks etdirən kitabları italiyalı alimlər arxiv sənədləri əsasında hazırlayıblar.
    01.11.12 Məqaləni oxumaq
     
    Nazir: İtaliyan dili Azərbaycanda ikinci xarici dil kimi tədris oluna bilər
    İtalyan dili Azərbaycanın bəzi təhsil müəssisələrində ikinci xarici dil kimi tədris oluna bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir onu da bildirib ki, italyan dilinin Azərbaycanda ikinci dil kimi tədris olunması üçün ilk növbədə kadr olmalıdır: “Ötən il də bu fikri söyləmişdim, ancaq bəziləri buna ciddi yanaşmamışdı. Hesab edirəm ki, italyan dilini ikinci xarici dil kimi məktəblərdə tədris etmək olar”.
    31.10.12 Məqaləni oxumaq
     
    Ali məktəblərə keçiriləcək qəbul imtahanlarında xarici dil üzrə yeni proqram qəbul edilib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) alman, fransız və ingilis dilləri üzrə elmi-metodik seminarlar keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.

    Birinci seminarda 2013/2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının alman dili və fransız dili proqramları müzakirə olunub. İclas müxtəlif orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlərinin iştirakı ilə keçib, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müəllimlər də videobağlantı vasitəsilə bu müzakirədə iştirak edərək öz fikirlərini bildiriblər. Seminar iclasında proqramların daha da təkmilləşdirilməsi istiqamətində müxtəlif fikirlər səslənib.
    Səslənən fikirlər müzakirə edilib və bir neçəsi proqramlarda nəzərə alınıb. Sonra müzakirə olunan proqramlar seminar iştirakçıları tərəfindən qəbul edilib.
    30.10.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30