Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 93 94 95 96 97 98 99 100 101 » #
    Həmsədrlər yenidən regiona səfər edəcəklər
    Noyabr ayının sonlarında Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edəcəklər. Həmsədrlər tərəflər arasında vasitəçilik işlərinin davam etdirilməsi üçün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi brifinqdə bildirib. Lukaşeviç xatırladıb ki, Minsk qrupunun həmsədrləri noyabrın 3-də Vyanada ATƏT-in Daimi Şurasına öz fəaliyyətləri barədə hesabat veriblər. «Orada vasitəçilik missiyasının builki fəaliyyəti əks olunub. Bu il ərzində Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda 14 görüş keçirilib. İki ölkənin rəhbərləri ilə sülh prosesinin gedişi, eyni zamanda Rusiya prezidentinin şəxsən iştirakı, eləcə də ABŞ və Fransa prezidentləri ilə müzakirə olunmaqla Dağlıq Qarabağ münaqişəsinin Əsas prinsipləri layihəsi üzrə müzakirələr aparılıb.
    12.11.11 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: Konstitusiyamızda kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalar mövcuddur
    Azərbaycanın Konstitusiyası inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalar mövcuddur. “KƏLAMİNFO” xəbər verir ki, bunu yap.org.az saytına müsahibəsində Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, bunlar Konstitusiyamızda insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. “Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Belə ki, qeyd olunan prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir.”-deyə Z.Əsgərov vurğulayıb.
    12.11.11 Məqaləni oxumaq
     
    Azərbaycanla Macarıstan arasında beş hökumətlərarası sənəd imzalanıb
    Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstan prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum”u Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstan Vergilər Agentliyinin müdirinin müavini Arnold Mixay imzalayıblar.
    11.11.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Tezliklə Rusiyada inqilab baş verəcək”
    “Tezliklə Rusiyada inqilab baş verəcək, artıq vəziyyət yetişib. Özü də bu, ərəb ölkələrindəki inqilabları kimi yox, daha dəhşətli olacaq”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyir ki, sadəcə, vəziyyəti yaxından izləmək kifayətdir ki, Rusiyada sürətlə inqilabi vəziyyətin yetişməsinin şahidi olasan. “Nəticə etibarı ilə federasiya dağılacaq. Eyni zamanda, bu inqilab ərəb inqilabları kimi olmayacaq, daha qanlı olacaq. Bu gün Rusiya rəhbərliyi müxtəlif bəyanatlar verərək, müxtəlif layihələrə cəhd edərək bunu pərdələmək istəyir. Amma həqiqəti heç vaxt əbədi pərdələmək olmur” - deyə V.Quluzadə vurğulayıb.
    11.11.11 Məqaləni oxumaq
     
    Macarıstan prezidenti: “Avropa ölkələrinə Azərbaycanın nəticələrini əldə etməyə 100 il lazım olardı”
    Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstan prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev Macarıstan prezidentinin Azərbaycana ilk səfərinin yaxşı nəticələrinin olacağını bildirib. “İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Biz artıq sizinlə bu barədə fikir mübadiləsi apardıq. Mən tam əminəm ki, sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfəni verəcək. Siyasi əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına da güclü təkan verir. Əminəm ki, bu gün keçiriləcək biznes forum da iqtisadi sahədə əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olacaq. Mən inanıram ki, sizin səfərinizin bütövlükdə çox uğurlu nəticələri olacaq. Beləliklə, Macarıstan-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyacaq”.
    11.11.11 Məqaləni oxumaq
     
    Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün vaxtı və yeri məlum olub
    Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının növbəti görüşü Almaniyanın paytaxtı Berlində keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev “Konstitusiya günü”nə həsr edilən tədbirdəki çıxışında deyib. Deputat açıqlayıb ki, icma nümayəndələrinin görüşünün noyabrın 28-də keçirilməsi nəzərdə tutulub. R.Rzayev deyib ki, belə görüşlərin keçirilməsində azərbaycanlı icması olaraq maraqlıdırlar: “Hesab edirik ki, bu görüşlər problemin həllinə yardım edə bilər. İki icmanın nümayəndələri nə qədər davamlı görüşsə, münaqişənin həlli bir o qədər yaxınlaşar” deyən millət vəkili əlavə edib ki, belə görüşlərin baş tutmasına mane olan qüvvələr də var. İcma nümayəndəsi xatırladıb ki, ermənilərin bu toplantıda iştirak etməyəcəkləri ilə bağlı müəyyən məlumatlar olsa da, Azərbaycanın Almaniyadakı səfirliyi görüşlə bağlı müvafiq işlərin görüldüyünü və yığıncağın baş tutacağını deyib.
    11.11.11 Məqaləni oxumaq
     
    Konstitusiya gününə həsr edilən konfrans keçirilib
    Bu gün “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Konstitusiya günü” nə həsr edilən konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov, GTMŞ-nin rəhbəri, millət vəkili Fuad Muradov, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, beynəlxalq təşkilatların nümayəndələri, məcburi köçkün gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. F.Muradov deyib ki, Azərbaycanda konstitusion hüququ pozulan 1 milyonadək qaçqın və məcburi köçkün var. Millət vəkili bildirib ki, onların yaşamaq, oxumaq və digər hüquqları pozulub. Konstitusion hüquqlarla bağlı gənclərə geniş məlumatlar verilməsinin vacibliyini qeyd edən F.Muradov bildirib ki, gənclər yetkinlik yaşına çatana qədər öz konstitusion hüquqlarını bilməlidir və bu, çox vacib bir amildir. O, dünyada konstitusion hüquqların bərpası ilə bağlı çox ciddi mübarizənin aparıldığını da diqqətə çatdırıb.
    10.11.11 Məqaləni oxumaq
     
    Rasim Ağayev: “ABŞ çalışır ki, böhranı öz sərhədlərindən kənara atsın”
    “Bu gün ABŞ və Avropada yaşanan böhranlar gözlənilən hadisələrdir. Hələ XIX əsrdə sosial-demokratlar demişdilər ki, kapitalizm bir sistem kimi vaxtaşırı böhranlara uğrayacaq. Müxtəlif dövrlərdə SSRİ-nin dağılması, yeni müstəmləkəçilik siyasətlərinin nəticələri ilə ABŞ və Avropa müəyyən mənada bu böhranları müvəqqəti gecikdirirdi. Ancaq nə qədər yubadılsa da, bu, gəlməli idi və ABŞ-ın bu gün artıq 80 trilyon borcu var”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. O qeyd edib ki, bu ölkələrin əhalisinin istehlak kreditlərinin ödənilməsi tələbi indi məcburən İspaniyada, İtaliyada, İrlandiyada və Yunanıstanda ciddi böhranlara yol açdı: “Bu kimi ölkələrdə hakimiyyətlər istəyirlər ki, böhranın bütün məsuliyyətini vətəndaşların çiyninə qoysunlar və həm də elə bir halda ki, imkanlılar bu məsuliyyətlərdən kənar tutulur.
    10.11.11 Məqaləni oxumaq
     
    İsrailin milli infrastruktur naziri Azərbaycanda səfərdədir
    İsrailin milli infrastruktur naziri Uzi Landau Azərbaycanda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində U.Landau Bakıdakı “Xabad Or-Avner” təhsil mərkəzində olub. Nazir mərkəzin müəllim-şagird heyəti ilə görüşüb, təhsil ocağında yaradılmış şərait ilə tanış olub. İsrailli nazir Azərbaycan rəsmiləri ilə də görüşəcək. Görüşlərdə ölkələrimiz üçün qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.
    10.11.11 Məqaləni oxumaq
     
    Macarıstan prezidenti Pal Şmitt Azərbaycana rəsmi səfərə gəlir
    Bu gün Macarıstan prezidenti Pal Şmitt Azərbaycana rəsmi səfərə gəlir. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı prezident Pal Şmittin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olacaq. Bundan başqa, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının və Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi planlaşdırılır. Səfər noyabrın 12-dək davam edəcək.
    10.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 93 94 95 96 97 98 99 100 101 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30