Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 92 93 94 95 96 97 98 99 100 » #
    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva uşaqların dostu elan edilib
    Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların onlara aid qərarların qəbulunda və siyasətinin formalaşmasında iştirakı ilə Azərbaycan Uşaqlarının Ümumrespublika II Forumunu keçirib. “KƏLAMİNFO” xəbər verir ki, forum Heydər Əliyev və UNİCEF-in dəstəyi ilə baş tutub.
    16.11.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar AŞPA-nın komitələrinin iclaslarına qatılacaqlar
    Bu gün Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Elxan Süleymanov qurumun Monitorinq, Hüquqi işlər və İnsan haqları Komitələrinin iclaslarında iştirak etmək üçün Parisə yola düşürlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. İclaslarda İnsan Haqları Konvensiyasının həyata keçirilməsinin cari vəziyyəti, məişət zorakılığı qurbanlarının müdafiəsi, siyasi məhbus məsələsinə yenidən baxılması, Türkiyə və Makedoniyada post-monitorinq dialoqu, Rusiyada parlament seçkilərinə hazırlıq, Ukrayna və Gürcüstan tərəfindən öhdəliklərin yerinə yetirilməsi, həmçinin digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlar tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətlərini bildirəcəklər. Səfər noyabrın 18-də başa çatacaq.
    16.11.11 Məqaləni oxumaq
     
    Millət vəkilləri hərbi qanunvericilik aktlarına dəyişikliklər təklif ediblər
    Bu gün Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlardan və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”dən “azadlığın məhdudlaşdırılması” terminin çıxarılması müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda eyni zamanda deputatlar hərbi xidmətə çağırışa dəyişiklik edilməsi ilə bağlı təkliflər ediblər.
    16.11.11 Məqaləni oxumaq
     
    Səfir İlqar Muxtarov etimadnamələrini Peru prezidentinə təqdim edib
    Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Peruda səfir təyin edilməsi ilə əlaqədar etimadnamələrini Peru prezidenti Oyanta Umala Tassoya (Ollanta Humala Tasso) təqdim edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Meksikadakı səfirliyindən veriblər. Görüş zamanı səfir İ.Muxtarov Azərbaycan prezidenti İlham Əliyevin Peru prezidenti O.Umalaya salamlarını çatdırıb. Tərəflər, Azərbaycan və Peru arasında geniş spektrdə münasibətlərin inkişafı, o cümlədən enerji sektorunda əməkdaşlıq perspektivləri, siyasi əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Səfir İ.Muxtarov prezident O.Umalaya Azərbaycanın tarixi, mədəni dəyərləri, ölkəmizin iqtisadi inkişaf templəri və hazırkı potensialı haqda məlumat verib.
    15.11.11 Məqaləni oxumaq
     
    Eks-prezidentlər haqqında qanun layihəsi ikinci oxunuşda qəbul olunub
    Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb. İclasda ilk olaraq “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu ikinci oxunuşda müzakirəyə çıxarılıb. Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oktyabrın 25-də keçirilmiş birinci səsvermədə qeyd etdiyini təkrarlayaraq bildirib ki, qanunun təsir dairəsinə Azərbaycan müstəqillik qazandıqdan sonra prezident olmuş bütün şəxslərə şamil olunur. Ə.Hüseynli, həmçinin bildirib ki, keçmiş prezidentin pensiya məbləği fəaliyyətdə olan prezidentin vəzifə maaşının 50 faizini təşkil edəcək.
    15.11.11 Məqaləni oxumaq
     
    Eks-prezidentlər haqqında qanun layihəsi üçüncü oxunuşdan keçib
    Milli Məclisin bu gün keçirilən iclasında altı ay sonra nəzərdə tutulan “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Milli Məclisin deputatı Jalə Əliyeva iclasda bir qrup deputatın səsləndirdiyi fikri dəstəklədiyini qeyd edərək ümummilli lider Heydər Əliyev haqqında qanun layihəsinin hazırlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı xüsusi işçi qrupunun yaradılmasına ehtiyac var.
    15.11.11 Məqaləni oxumaq
     
    XİN rəsmisi: “Latviya Ermənistana qanunsuz silah satışı ilə bağlı Bakıya hələ rəsmi cavab verməyib”
    “Latviyanın “Latspeceksports” şirkətinin Ermənistana silah satışının araşdırılması ilə bağlı Bakının Riqaya göndərdiyi rəsmi sorğuya cavab gəlməyib”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. XİN rəsmisi deyir ki, onlarda olan məlumata görə hazırda bununla bağlı Latviya tərəfi araşdırma aparır və indiyə qədər hələki heç bir nəticə əldə olunmayıb. Digər ölkələrə məxsus şirkətlərin də Ermənistana qeyri-qanuni silah satışının olub-olmamasına gəlincə E.Abdullayev bildirib ki, bu məsələ XİN tərəfindən daim diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, ötən ayın əvvəlində Azərbaycan XİN tərəfindən Latviyaya məxsus şirkətin Ermənistana qanunsuz silah satışının olması faktı açıqlanmışdı.
    15.11.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: "İrana qarşı müharibə ehtimalı artır"
    “Bu gün İran onu əhatə edən müharibə ehtimalının kifayət qədər yüksək olduğu məqamda müsəlman ölkələrinə deyil, məhz ikiüzlü Ermənistana üz tutur”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün Beynəlxalq Mətbuat Mərkəzində İran ətrafında baş verən hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq İranın düşdüyü vəziyyəti təhlil edərək qeyd edib ki, Tehran nüvə texnologiyaları ilə bağlı dünyanı qane edəcək bir söz deməyib. “Bundan başqa İranda Buşer AES-nı işlədən elə onu yaradan rus mütəxəssisləridir. Əgər İranın bir AES-i işlətməyə gücü çatmırsa, nüvə silahını istehsal etsə, onu necə idarə edəcək? Nüvə obyektində olan qəzanı idarə edən mütəxəssislər lazımdır”,-deyə M.Əhmədoğlu vurğulayıb.
    15.11.11 Məqaləni oxumaq
     
    ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Azərbaycana səfərə gəlib
    ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycana ikigünlük səfərə gəlib. ABŞ-ın Azərbaycandakı səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Riçard Morninqstar Azərbaycan prezidenti İlham Əliyevlə və digər rəsmi şəxslərlə də bir sıra rəsmi görüşlər keçirəcək.
    14.11.11 Məqaləni oxumaq
     
    Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
    Bolqarıstan prezidenti Georgi Pırvanov bu gün Azərbaycana rəsmi səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda prezident Georgi Pırvanov və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
    14.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 92 93 94 95 96 97 98 99 100 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30